Milli.Az gecce.az-a istinadən bildirir ki, gözəl görünmək və formada olmaq hər bir insanın arzusudur, əsas da xanımların. Lakin təəssüf ki, arıqlayım deyərkən sağlamlığını itirənlərin sayı bu arzuda olanların sayından geri qalmır. Çünki xanımlar artıq çəki problemi ilə qarşılaşdıqları zaman, problemin səbəbini araşdırmaq əvəzinə dərhal həllini axtarırlar. Və köməyə ilk gələn dəbli diyetli saytlar, rəfiqələr, qonşular olur. Və təbii ki, instagram və digər sosial şəbəkələrdən izlədikləri məşhurların arıqlama üsullarını qeyd etməmək olmaz.
İnsanlar bir-birilərindən cinsiyyəti, yaşı, boyu, çəkisi, yaşadığı coğrafiya və bir çox xüsusiyyətlərlə fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni diyetin hər kəsdə eyni nəticə verəcəyini düşünmək məsələyə qeyri-ciddi yanaşmaqdır.
Bir həkim kimi məni bu məsələ narahat edir. Çünki hər bir xanım anadır. Və sağlamlığını itirən ana gələcəyə sağlam nəsil ötürə bilməz, sağlam qidalanmağı bacarmayan ana ailədə düzgün qida mədəniyyəti formalaşdıra bilməz.
Gündəmə məşhur, dəbli diyetlərin yaratdığı fəsadlar və orqanizmdə bəzən geri dönüşü olmayan problemlər gəlir. Bu dəbli diyetlər çıxış yoludursa, o zaman niyə hələ də bu qədər artıq çəkili insan var? Niyə hər gün piylənmədən əziyyət çəkənlərin sayı sürətlə artır? Niyə hər il bu problemdən çıxış yolunu tapmaq üçün elmi araşdırmalara çoxlu vəsaitlər xərclənir?
Dəbli diyetlər ürək və böyrəklər başda olmaqla bir çox orqanlarımızı sıradan çıxarır. Bu diyetlərdən sonra yaranan şikayətlər isə çoxlarımıza tanışdır: baş ağrıları, ürəkbulanma, əsəbilik, qəbzlik, yorğunluq, hipotoniya, saç tökülməsi, yaddaşın pozulması.
Nəticədə isə bizə qalan bazal metabolizma sürətinin azalmasıdır. Yəni "doktor, nə etsəmdə çəkim getmir" məsələsi.
İndi çoxlarınız bəlkə də "axı filankəs filan diyetlə gözəl nəticə əldə etdi", "mən filan diyetlə yaxşı arıqlamışdım" deyə düşünürsünüz. O zaman bu sualıma da cavab verin. Bəs sonra nə oldu? Əksər hallarda cavab "kilomu artıqlaması ilə geri aldım" olur.
Artıq çəki probleminiz varsa ilk olaraq bunun səbəbini araşdırın. Müayinədən keçin. Səbəbini bilmək diyetoloqunuzla bu səbəbi aradan qaldıracaq şəkildə kilo verməyinizi, sizi sağlamlığınıza qovuşdurar və nəticənin qalıcı olmasını təmin edər. Çünki artıq çəki yaratdığı estetik, sosial problemlər bir yana sağlamlıq üçün təhlükəlidir.
Sağlamlığınıza biganə qalmayın. Siz ailənizə və çevrənizə sağlam lazımsınız! Sağlam şəkildə arıqlayın!
Day.az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq