Özbəkistanın Zəfərabad rayon rəhbərliyi hər bir aztəminatlı ailəyə 20 cücə paylayır. Rayon administrasiyasının əməkdaşı deyir ki, sponsor vəsaitləri hesabına alınan cücələr insanlarda toyuqçuluğa maraq yaratmaq üçün pulsuz paylanır.
Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə AzadlıqRadiosunun Özbəkistan xidmətinə yerli evdar qadınlardan biri məlumat verib.
O, bunu təsdiqləmək üçün özbək xidmətinə pulsuz cücələrin fotosunu da göndərib. "Dünən məhəlləmizin ağsaqqalı və iki nəfər maşınla bizə gələrək 20 cücə verdilər və dedilər ki, onları böyüdün, həmişə evinizdə yumurta olacaq. Bunu hakimiyyət hədiyyə edib", - deyə o bildirib.
Qadının sözlərinə görə, qalan aztəminatlı ailələrə də pulsuz cücələr paylanıb. Zəfərabad rayon rəhbərliyinin nümayəndəsi Kadır Rizaev də məlumatı təsdiqləyib. "Hazırda bizdə 257 belə ailə var. Onların hər birinə 20 cücə paylayırıq. Bu cücələri sponsor hesabına Qallyaralsk rayonundakı "Sanqzor-Parranda" toyuq fabrikindən gətirir və hakimiyyətin göstərişi ilə aztəminatlı ailələrə paylayırıq. Əsas məqsəd insanlarda toyuqçuluğa maraq yaratmaq və onlara maddi kömək etməkdir", - Kadırov deyib.
Amma o, sponsorun kimliyinə aydınlıq gətirməkdən boyun qaçırıb. Kadırov deyib ki, hər bir aztəminatlı ailənin 100 toyuqla təmin edilməsilə bağlı hökumət proqramını yerinə yetirmək üçün Zəfərabad rayon rəhbərliyi yerli sakinlər arasında təbliğat aparır. Onun sözlərinə görə, hazırda banklar toyuqçuluq, maldarlıq və limonçuluqla məşğul olmaq üçün insanlara 9 faizə 7,5 milyon sum kredit buraxır.
Amma bir neçə sakinin dediklərinə görə, yerli sakinlərin heç də hamısı bu krediti almağa tələsmir. İşsiz müəllim Zeydulla Razzakov hesab edir ki, işsiz adamın kredit götürməsi çox təhlükəlidir. "Mən bu krediti hansı pulla qaytaracam? 100 toyuq saxlamaq elə də asan iş deyil. Onlara yem, saxlamaq üçün yer lazımdır. Əgər toyuqlar hansısa xəstəlikdən qırılsa, onda krediti necə bağlayacam? Əgər bu pula mal-qara alsan, ona da yem lazımdır. Onların kökəlməsinə isə azı bir il vaxt lazımdır. Əgər insanların bu krediti 3 ildən sonra ödəməyə başlamasına icazə versəydilər, onda riskə getmək olardı", - Zeydulla müəllim deyir.
Qeyd edək ki, kənd yerlərində hər bir ailənin 100 toyuq saxlaması ideyasını prezident Şavkat Mirziyayev bu yaxınlarda Karakalpak regionuna səfəri zamanı vermişdi. Prezident hesab edir ki, bu, ölkədə yoxsulluğa son qoyacaq. Prezident həmin vaxt yerli hakimiyyətlərə bu göstərişin həyata keçirilməsini, banklara isə insanlara kredit buraxmağı göstəriş vermişdi.
Milli.Az
XƏBƏR LENTİ
Dünyanın sonu yaxınlaşır
Gülməli heyvan şəkilləri
Ermənilər Dağlıq Qarabağı itirir
Nişan üçün don modelləri
Cənubi Koreyada məcburi maska rejimi tətbiq edildi
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
"SHELL" Residence by Kotari Ide
Badımcan küküsü (foto resept)
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb
Vanqanın 2020-ci il PROQNOZU
Jennifer Lopez ilin ikonası adına layiq görüldü-FOTO
1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI
Aygün Bəylərin ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO
Bananlı tort (foto resept)
"Halloween" mövzulu tortlar
Maraqlı görünüşə malik tortlar
Hadise yenə "hadisə" yaratdı-FOTO
Türkiyə prezidentinin Qarabağ arzusu
Arıqlamaq üçün üsullar
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
İtirdiyi 1000 lirəni tapan qadın dəli oldu
Mövsümün ilk "El Klassiko"sunu qaçırmayın: "Real" "Barselona"nın qonağıdır
Yay havası gəlir
Kadir Neslihanı belə TƏBRİK ETDİ - FOTO
Ölümün bir addımlığında: Beyin travması
Siqareti tərgitmək üçün yeni üsul
Beyin qanaması keçirən Şeroun Stoundan ETİRAF
Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək
Gülən uşaqlar 4
Günəşli hava sabah da davam edəcək
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Onlara yox deyə bilməyəcəksiniz
Uşağa hansı adları qoymaq məsləhətdir?
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
Hava haqqında
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
Cadugərlik,sehrbazlıq,ovsunçuluq- bunlara inanırsınızmı?
Daha 3 medal qazandıq
Vitaminlərin sirləri
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Türkiyənin son Ukrayna qərarı
Nəticələr açıqlandı: 4 nəfər 700 bal toplayıb
Cəbhədə gərgin gecə