Azərbaycanda şəhid, əlil, Milli Qəhrəman, aztəminatlı ailələrdən məktəbə gedən uşaqlar pulsuz məktəbli forması ilə təmin oluna bilər.
Bunun üçün şəhid, əlil və aztəminatlı ailələr məktubla "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə müraciət etməlidirlər. Day.Az bildirir ki, bu barədə məlumatı movqe.az-a "Bakı Tikiş Evi"nin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov bildirib ki, hər il olduğu kimi, bu il hələ ki nə qədər sayda ailənin uşaqlarına BTE tərəfindən məktəbli formasının pulsuz verilməsi müəyyənləşməyib: "Bu il dolların qiyməti ilə bağlı xammalın alış qiymətində artım var. Məktəbli formalarının qiyməti 8 faiz civarında bahalaşıb. 37 manat məktəbli formasının tikilişi ilə bağlı xərcləri ancaq ödəyir. Amma bununla belə BTE tərəfindən hər il şəhid, əlil, Milli Qəhrəman, aztəminatlı ailələrin övladlarına pulsuz məktəbli formaları verilir. Bu il nə qədər pulsuz məktəbli formasının ayrılacağı rəhbərliyin qərarından asılıdır. Amma artıq Qusarda 30 imkansız ailəyə pulsuz məktəbli forması verilib. Bu, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"na edilmiş müraciət əsasında baş tutub. Millət vəkilləri, iş adamları da sözügedən ailələrə məktəbli forması alaraq pulsuz paylayırlar. Bizim də imkanımız daxilində "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"na edilmiş müraciətlər əsasında pulsuz məktəbli forması ayıracağıq. Amma bu nə qədər olacaq, bu barədə rəhbərlik qərar verəcək. BTE güzəştli şəhid, əlil, aztəminatlı ailələrin uşaqlarının təhsilə marağının azalmaması, bu ailələrdə böyüyən uşaqlara dəstək üçün hər il olduğu kimi bu il də bu xeyirxah missiyasını yerinə yetirir və yeni dərs ili başlayanadək bu koorparativ məsuliyyətini yerinə yetirəcək".
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova da xəbəri təsdiqləyərək bildirib ki, indiyədək İctimai Birliyə xeyli sayda müraciət daxil olub: "Bizim BTE ilə müqaviləmizə əsasən, imtiyazlı ailələrin övladlarına məktəbli forması tikiş müəssisəsi tərəfindən pulsuz verilir. Bu güzəştli kateqoriyaya şəhid, Milli Qəhrəman, əlil və aztəminatlı ailələrinin uşaqları daxildir. Artıq Qusarda 2 saylı məktəbdə təhsil alan imkansız uşaqlara pulsuz məktəbli forması göndərilib. Bu il nəzərdə tutmuşuq ki, əsasən bölgələrdən edilən müraciətlərə daha çox yer verək. Çünki neçə ildir ki, əsasən Bakı məktəblərində təhsil alan şagirdlərə formalar pulsuz verilir. Bütün bunlarla yanaşı, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə pulsuz məktəbli forması almaq üçün edilən hər bir müraciət araşdırılır. Biz onlardan güzəştli kateqoriyaya aid olduğunu təsdiqləyən rəsmi sənəd tələb edirik. Əgər ailədə valideynlərdən birinin şəhid, əlil, Milli Qəhrəman statusu varsa və yaxud aztəminatlı ailə kimi rəsmi qeydiyyatdadırsa, biz həmin sənədləri ondan tələb edirik. Həmin sənədləri "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinə edilən müraciətlə birlikdə BTE-yə göndəririk. BTE tərəfindən bu kateqoriyadan olan ailələrin övladlarına məktəbli forması pulsuz olaraq verilir. Bu xeyirxah işin arxasında təhsilə, imtiyazlı ailələrin uşaqlarına dəstək missiyası dayanır. Sağ olsun BTE, bizim təşəbbüsümüzə dəstək verərək artıq beş ildən çoxdur ki, güzəştli ailələrə məktəbli formasının pulsuz verilməsini həyata keçirir. Hazırda müraciətlər davam edir".
Day.Az
XƏBƏR LENTİ
"Xəzər dənizinin suyunun ölkə daxilinə ötürülməsi ekoloji fəlakətə səbəb ola bilər"
Milano Moda Həftəsi: 2021 yaz/yay dəbi
Barak Obamanın qızı işə başladı - saatı 9 dollara - FOTO
Reyhan Karacanın burnu sındı-FOTO
“Atiye” üçüncü mövsümündə final edəcək
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Həyatın xoşbəxtliyini sadə şeylərdə axtaraq
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Sadə makiyaj üçün tövsiyələr
Meyvə-tərəvəzlə arıqlayın
Sabahın HAVASI
Qida infeksiyasından qoruyan ədviyyat
Macəra axtaran pişiklər
“Hər uşaq bir hədiyyədir!”
Azərbaycan banklarını nə gözləyir?
Qızıl süd arıqlamağa kömək edir
Məşhur futbolçu xəyanət xəbərlərinə cavab verdi-FOTO
Toyuq ruleti(foto resept)
Yaz saç düzümü üçün 15 ideya
“Diqqət!Ebola qızdırması”
Viber dəyişdi
Onun bir xəyalı cahana dəyər
Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?
Rihanna yeni Fenty ayaqqabı kolleksiyasını tanıtdı
13 qadını qətlə yetirən manyak koronavirusdan öldü
Məşhur müğənninin hicablı FOTOsu tənqid edildi
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Mayli Sayrus geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda olub
"Prezidentin cəbhə bölgəsinə getməsi ciddi mesajdır"
Əhalinin sayı açıqlandı
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Baş nazirin mətbəxinə siz də baxın
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
Avtobuslarda gediş haqqı artırılır?
Armen Sarkisyan: “Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub”
Sadə kök salatı (foto resept)
Günün qoroskopu - 12.11.2013
Ana unikal saçlı oğlundan danışdı-FOTO
"Crumble" (foto-resept)
İstanbulda yağan qar Bakı ilə bağlı aviareyslərə təsir edib?
İlin Ən Nüfuzlu insanları seçildi-SİYAHI
Serenay sonsuz ayaqqabılarından danışdı_FOTO
Bu qadın nə edir?
Ən yeni dəniz canlıları
Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər
Bəlkə bir şans verək?
Şəkidə Prezident Kuboku uğrunda çövkən üzrə yarışlar başa çatıb
Ad günü keksi
Elman Rüstəmov bank kreditləri haqda














