Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, DİM-dən APA-ya verilən xəbərə görə, iclasın gündəliyi DİM saytının strukturunun müzakirəsi, "Abituriyent" jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlərdən ibarət olub.
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in saytı barədə danışaraq qeyd edib ki, onun strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurularaq, onun geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olmaq istəyən namizədə qədər) nəzərdə tutulub. Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanıb.
M. Abbasazadə "Abituriyent" jurnalının sonuncu xüsusi buraxılışının ümumi (9 illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu qeyd edib. O bildirib ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa, jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib. Qeyd olunub ki, imtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb.
Noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib. Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli olan tədbirlər və ona həvalə olunmuş vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacib olduğunu qeyd olunub.
İclasda digər cari məsələlər də müzakirə olunub. Müzakirə olunan hər məsələyə dair Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
Milli.Az
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)