"Azərbaycanda ən qarlı və soyuq hava 1949, 1967, 1972 və 2012-ci illərdə müşahidə edilib. Bunlar ən soyuq illər hesab edilir".
Day.Az bildirir ki, bunu Publika.az-a açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
O bildirib ki, qışın soyuq keçmə səbəbi Şimal Buzlu okean üzərində formalaşan artik hava kütlələrinin Azərbaycana gəlməsi ilə bağlıdır: "Qərb hava kütlələri gələndə yağış, arktik hava kütləsi gələndə qar müşahidə edilir".
M.Həsənov bu il oktyabr ayında müşahidə edilən yağışlı havanın sonuncu dəfə 1972-ci ildə qeydə alındığını deyib: "Həmin il dekabr ayı da çox soyuq olub. 1972-ci ildə isə dekabrın 22-dən 29-dək bütün respublika güclü qar müşahidə edilmişdi. Həmin il oktyabr ayı yağıntılı olmuşdu, lakin bu ilki səviyyədə olmamışdı. Düzdür, yağıntılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yağıntının miqdarı barədə məlumatı verməyib. Hər halda aylıq yağıntıdan 2-2.5 dəfə çoxdur. 1972-ci ilin noyabrında hava normal, iqlim normasına yaxın olmuşdu. Dekabr ayında yağıntılar düşsə də, 2012-ci il kimi güclü şaxtalar müşahidə edilmədi. 1973-cü ilin yanvarı, fevralı da daha normal keçmişdi, diqqət cəlb edən anomal hava olmamışdı. Dekabrda gecələr havanın temperaturu Bakıda mənfi 5-6 dərəcəyə enmişdi. 2012-ci ilin yanvarında Bakıda temperatur mənfi 11 dərəcə oldu. Həmin il qarlı-şaxtalı hava yanvarın 24-dən fevralın 9-dək davam etmişdi. Ondan əvvəlki oktyabr ayı belə belə yağışlı keçməmişdi.".
1972-ci ildə oktyabrın soyuq keçməsi və dekabrda şaxtalı havaların olması və bu ilin də oktyabr ayında anoloji hava şəraitinin müşahidə edilməsi, bu il qışın da sərt keçəcəyi ehtimalına gəlincə M.Həsənov bu barədə ehtimal yürütməyi doğru hesab etmədiyini deyir: "Hava kütlələrinin hərəkətində qanunauyğunluq müəyyən edilməyib. Ona görə də 1972-ci ildəki kimi bu il də yağıntılı oktyabrdan sonra şaxtalı dekabrın olub-olmayacağını proqnoz verə bilmərik".
İqlimşünasın sözlərinə görə, İmişlidə 44 ildən ilk dəfə oktyabrda qar yağması, son illərin ən soyuq payızının müşahidə edilməsini qlobal iqlim dəyişmələrinin Azərbaycana təzahürü kimi dəyərləndirmək olar. O, bu dəyişikliyin kənd təsərrüfatına zərərinə də toxundu: "Diqqət etsəniz ətraf ölkələrinin hamısında bu cür hava müşahidə edilir. Bu hava yığımı başa çatdırılmayan meyvələr və pambıq üçün zərərlidir. Nəzərə almalıyıq ki, xurma, alma, narın yığımı tam başa çatmayıb. Ən çox zərər isə pambıqçılığadır. Çünki yağış birbaşa onun keyfiyyətinə təsir edir, bu da onun daha ucuz satılması deməkdir. Həmçinin bir çox ərazilərdə yağış erroziyası yaranır. İntensiv yağışlar torpağın üst qatını yuyub aparır. Bu hal daha çox yamaclarda müşahidə edilir. Düzən və şum aparılmış ərazilərdə bir təhlükə yoxdur. Ancaq Şamaxı, Quba, Qusar kimi rayonlarda yağış torpağın üst qatında erroziyaya səbəb olur. Bu da dolayısı ilə gələcəkdə məhsuldarlığın aşağı düşməsi deməkdir".
XƏBƏR LENTİ
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Bürc simvolları makiyajla
Epilepsiya ilə autizm arasında əlaqə varmış
İranda zəlzələ evləri dağıtdı
Azərbaycanda iki telekanal birləşib
Yaş hamburger (foto resept)
Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO
Aynalar
Həssas dərilər üçün maska
Yoqurtlu küftə (foto resept)
Putinə qılınc hədiyyə etdilər
Yer kürəsinə yüksək sürətlə yüzlərlə UNO YAXINLAŞIR
Xəstə oğlunun ən böyük arzusunu reallaşdırdı-FOTO
Bu ölkəyə kasıblar gedə bilməz - FOTO
Eşşək südü və insan sağlamlığındakı əhəmiyyəti
Viktoriya Bekhem yaşından danışdı
Azad söz (7-ci hissə)
Dünyanın ən böyüyü satıldı
Bu şagirdlər üçün imtahan müddəti artırıldı - QƏRAR
YENİLİK: Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin - Belə avtomobilləri idarə etməyin!
Hindli qadınların gözəllik sirləri
Obama tətilə çıxdı
Divan-kreslo dəstləri
Uşağım məni niyə anlamır?
"Qızıl ştat"-Kaliforniya
Aleyna “Apple” şirkətini məhkəməyə verdi
Möcüzə şəkillər
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
Ögey ana
Saç uzadan kök maskası
"Victoriyanın sirri"
Azərbaycana qar yağacaq
Aktrisadan qəribə paylaşım-FOTO
Bakının məşhur dairəsi dəyişdirilir
İlk peşəsi müəllim olan məşhurlar
Ali məktəblər üçün şəhərciklər salınır
Yeni ilin ilk günündən Bakıda havanın temperaturu düşəcək
Məşhur alim 120 yaşa qədər sağlam yaşamağın sirlərini açdı
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
65 illik cütlük koronavirusa qalib gəldi
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi
Azərbaycanda siqaret çəkənlərə bəd xəbər
Sağlam arıqlamaq üçün velosiped
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Yeni Chevrolet Volt
Həddən artıq mehriban olduğu üçün öldürüldü-FOTO
Doğuşdan sonra pəhriz: ideal ərzaqlar
Siqaret narkotikdir














