2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, xarici ticarət dövriyyəsinin 81,9 faizi İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Çin, Birləşmiş Krallıq, İsrail, Çexiya, Gürcüstan, Sinqapur, Yaponiya, Hindistan, Portuqaliya, Ukrayna, Norveç, Tailand, İsveçrə və Xorvatiya dövlətlərinin hesabına formalaşıb.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 13,0 faizi Türkiyənin, 6,4 faizi Çinin, 6,3 faizi Birləşmiş Krallığın, 6,1 faizi ABŞ-ın, 4,5 faizi İtaliyanın, 4,4 faizi Sinqapurun, 4,2 faizi Almaniyanın, 4,1 faizi Yaponiyanın, 3,0 faizi Ukraynanın, 2,8 faizi Norveçin, 1,8 faizi Fransanın, 1,7 faizi Braziliyanın, hər biri 1,6 faiz olmaqla İran və Qazaxıstanın, 1,2 faizi Xorvatiyanın, hər biri 1,1 faiz olmaqla Niderland və Avstriyanın, hər biri 1,0 faiz olmaqla Koreya və Birləşmiş Ərəb Əmirliklərinin, 14,7 faizi isə digər ölkələrin payına düşüb.
İxrac olunmuş məhsulların dəyərinin 19,9 faizi İtaliyaya, 9,0 faizi Fransaya, 8,7 faizi Almaniyaya, 7,9 faizi Tayvana, 6,2 faizi İsrailə, 5,0 faizi Rusiyaya, 4,8 faizi Çexiyaya, 4,7 faizi Gürcüstana, 4,2 faizi Türkiyəyə, 3,5 faizi Portuqaliyaya, 3,0 faizi Hindistana, 2,6 faizi Tailanda, hər biri 2,0 faiz olmaqla İndoneziya və Türkmənistana, 1,7 faizini İspaniyaya, 1,6 faizini İsveçrəyə, 1,5 faizini Tunisə, 1,4 faizini Rumıniyaya, 1,3 faizini Xorvatiyaya, 1,0 faizini Livana, qalan 8,0 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib.
İdxal olunmuş məhsulların dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatlar, tütün məmulatları, mebel və onun hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağları üstünlük təşkil edib.
Milli.Az
XƏBƏR LENTİ
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Qarağatlı tort (foto resept)
Şəkəri həyatınızdan çıxarmaq üçün ...
Doğuşdan sonra depressiya
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Günün ulduz falı
Türkiyədə zəlzələ dağıntı var
Dırnaqları necə möhkəmləndirməli
Çində təmiz hava pulla satılır
Azərbaycan Premyer Liqasının açılışında əsgər salamı
“Taxt oyunları”nın aktyoru vəfat edib
Dövlət Xidmətindən xəbərdarlıq: Diqqətli olun
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Azərbaycanda iş vaxtı azaldılır - Bəs kimlər üçün?
Ata Buş ABŞ-ın ən uzunömürlü sabiq prezidenti oldu
Böyük hücum planı
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı
Stil ikonuna çevrilən tayvanlı cütlük
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlandı
Maşınlar (Pazl)
Laçındakı su elektrik stansiyası yenidən qurulur
Bakıda mənzillər kəskin ucuzlaşdı
Qaralan qoltuq altı üçün nə etməli?
Skotun fərqli portretləri
"İyul" salatı (foto resept)
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Göz linzaları kor edə bilər
Şişkinlik ciddi xəstəliklərdən xəbər verir
Daxilimizdəki dünyalar
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Sezonun ən dəbli çanta modelləri
Qısa boylu qadınlar necə geyinməlidir?
"Miss Rusiya 2018" seçildi-FOTO
Ürək-damar xəstəliklərini aradan qaldıran meyvə
Hava haqqında
Hazal Kayanın toyu 600 minə başa gəlib-FOTO
Bakıda daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Hər zaman lazım olan gözəllik məsləhətləri (1ci hissə)
Tədris kurslarının fəaliyyətinə qadağa qoyulur? - RƏSMİ
Soçi milli komandamızı geridə qoydu
Dişləri təbii yollarla necə ağartmalı?
Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ
Dünya bu 3-lükdən qorxur
Həcc savabına bərabər namaz
Ermənilərin Həsən xofu bitmir
ABŞ "İŞİD"ə müharibə elan etdi
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
Bakı rəsmən imtina etdi














