
Üzdə və ya ayaqlarda yaranan şişkinliyə çox vaxt əhəmiyyət vermir, "yorğunluqdan olub" deyir və bir müddətdən sonra öz-özünə keçəcəyini düşünürük. Amma şişkinliyin yorğunluğa görə müvəqqəti olsa da, ciddi xəstəlikdən xəbər verən, sağlamlığın təhlükə altında olduğuna işarə edənlər də olur. Ağır fəsadlara səbəb olmasa belə, üzdə və ya bədəndə yaranan şişkinlik estetik cəhətdən xoş təsir bağışlamır.
Həkim Nigar Məhərrəmovanın sözlərinə görə, qan dövranının pozulması nəticəsində orqanizmin müəyyən hissələrində maye və natrium yığılır ki, bu cür maye yığılan hissələrdə şişkinlik yaranır. Şişkinliyə allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif olması, hədsiz çox su içmək, düzgün qidalanmamaq, oturaq həyat tərzi, kontraseptiv vasitələrin qəbulu, ayağı ayağın üstünə aşırıb oturmaq, oturaq iş, isti hava, narahat ayaqqabı, hamiləlik, böyrək və həzm sistemi xəstəlikləri səbəb ola bilər. Şişkinlik endokrin sistemi xəstəlikləri, qarına su dolanda, çoxlu miqdarda spirtli içkilər qəbul etdikdən sonra da yaranır.
N.Məhərrəmova bildirib ki, bədəndəki şişkinliyə görə şəxsin hansı xəstəliklərdən əziyyət çəkdiyini təxmin etmək olar: "Məsələn, böyrəklərdə patologiya zamanı ayaqlarda şişkinlik yaranır, ağrıya və qaşınmaya səbəb olmur. Şişkinlik daha çox üzdə yaranır və dəri solğun ağ rəngə çalır. Şişkinlik çox yumşaq olur və basdıqda izi uzun müddət qalır. Səhər yaranır, axşama doğru keçir. Göz qapaqlarında azca şişkinlik, altında isə qaraltı müşahidə olunur. Sidiyin rəngi dəyişir və miqdarı azalır".
Bağırsaqda problemlər olduqda ayaqlarda şişkinlik narahatlıq yaradı bilər. Ürəyin fəaliyyətində problemləri olanlarda isə uzun müddət ayaq üstə dayandıqdan sonra şişkinlik müşahidə olunur. Şişkinlə yanaşı nəbz tezləşir və tənginəfəslik yaranır. Əsasən qarın, cinsiyyət orqanları, bilək və ayaq barmaqları, boyun damarları şişir. Şişkinlik axşam güclənir, səhər isə tamamilə keçə bilər.
Damarlarda problem olduqda şişkinlik ayaqlarda ağrı və ağırlıq hissi ilə müşahidə olunur. Aşağı ətrafların damarları şişir, dabanlar qızarır. Əlamətlər gün ərzində yaranır və keçir. Oynaqlarda olan şişkinlik isə revmatizm və ya artritdən xəbər verir. "Əgər hormonal pozğunluq varsa, şişkinlik bir qədər möhkəm olur və üzərinə basdıqda yeri qalmır. Çox vaxt şişkinlik ayağın aşağı hissəsində olur. Bu əlamətlə yanaşı insan yuxululuq və apatiyadan, çiyin və dilinin şişməsindən də narahat olur" deyən müsahibimiz bu tip şişkinliklər olduqda həkimə müraciət etməyi məsləhət görür.
Onun sözlərinə görə, kvinke şişkinliyi isə asfiksiya və nəfəsin kəsilməsinə səbəb ola bilir. Bu şişkinlik zamanı üz, dodaqlar, boyun şişir. Kvinke şişkinliyi müxtlif bioloji və kimyəvi faktorların təsirinə reaksiyadır, çox vaxt allergik reaksiya kimi özünü göstərir. "Allergiya dərman preparatının, hansısa qida məhsulunun, həşərat dişləməsinin, adi qan xəstəliklərinin təsirindən dərhal özünü göstərə bilər. 20-25 faiz hallarda irsi olur, 30 faiz hallarda isə Kvinke şişkinliyinin səbəbini müəyyən etmək olmur. Bu allergiya növü həyat üçün təhlükəli olduğu üçün dərhal müalicə olunmalıdır".
Qeyd edək ki, şişkinlər müvəqqəti, yorğunluğa görə də ola bilər. Yorğun olduqda, az yatdıqda, çox su işdikdə, düzgün qidalanmadıqda, sağlam həyat tərzi sürmədikdə də üzdə şişkinliklər yaranır. B vitamin qruplarının çatışmazlığı, quru və ayaqüstü yeməklər, pəhriz saxlamaq, yatmazdan əvvəl çox yemək də üzü eybəcərləşdirən şişkinlikləri yaradır. Xüsusilə də göz ətrafı şişir. Bununla mübarizə aparmaq üçün şişkinliyə səbəb olan sadalalan əlamətləri aradan qaldırmaq, bununla yanaşı xüsusi maskalar etmək lazımdır. Kosmetoloq Nuranə Əliyarovanın sözlərinə görə, ağ çörəyin iç hissəsi və melissanın yarpaqlarından hazırlanan lasyon göz qapaqlarının şişkinliyinin aradan götürülməsində çox effektivdir. Maskanın hazırlanması və istifadəsi asandır. "Ağ çörəyin iç hissəsini və melissanın yarpaqlarını qarışdırıb qarışığı üzə yaxıb 15-20 dəqiqə saxlamaq və ilıq su ilə yumaq lazımdır.
Nanənin yarpaqlarından maska da yaxşı kömək edir. Nanəni yaxşıca xırdalamaq, püre şəklini alana qədər əzmək və alınan qarışığı göz ətrafına sürtmək lazımdır. Üstünə isə əlavələrsiz yaşıl çay dəmləməsində isladılmış pambıq disk qoyulur. 15 dəqiqə gözlədikdən sonra maskanı yumaq olar".
Gözlərdəki torba kimi yaranan şişkinliyi aradan götürmək üçünsə cəfərinin kökünü xırdalamaq və əzmək, alınan qarışığı adi və ya yaşıl çay dəmləməsində qarışdırmaq, şişkinliyin üzərinə qoyub 15-20 dəqiqə gözləmək lazımdır. Maskanı soyuq çayla yumaq lazımdır.
Lakin yalnız maskalarla sağlam və gözəl görünüşü qaytarmaq olmur. Şişkinliklərin aradan götürülməsi üçün düzgün həyat tərzi sürmək, yeməklərdə duzun miqdarını azaltmaq (gündəlik doza 3 qram) və ya şişkinliyin tam itməsi üçün duz heç yeməmək, konservləşdirilmiş, qızardılmış, hisə verilmiş qidalardan imtina etmək, bədəndəki artıq mayenin ixrac olunmasına kömək edən meyvə və giləmeyvələr yemək, yatmazdan 4 saat əvvəl qida qəbul etməmək, sidikqovucu bitki dəmləmələri içmək faydalıdır.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 29 APREL
Cem Yılmaz Açıqlaması ilə DİQQƏT ÇƏKDİ
Küçəyə atılan it özünə iş tapdı
Leydi Qaqanın tərzi
Alma qızartması ( foto resept)
Rihanna ərəb milyarderə ərə gedir - FOTO
D vitaminini artıran üsullar
Ölkədə sənədsiz ev qalmayacaq
Dünyada ən varlı 5 qadın
Məşhur cütlük boşanmadan 20 gün sonra EVLƏNİR
Bu günün hava proqnozu
İnsan nə üçün ət yeməlidir?
Bu gecədən ekspres avtobusların fəaliyyəti dayandırılacaq
Naomi Kempbellin yeni vəzifəsi keniyalıları qəzəbləndirdi
2025-ci il üçün bədbin proqnoz verildi
Zərif ziyafət geyimləri
Azərbaycanda yeni kollec
Ağrılarınızın gizli səbəbləri
Kosmetik buz kubları
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
Kəs və yapışdır-16
Müğənni Hadisenin yeni klipi trend oldu-VİDEO
BMT: 90 günahsız uşaq öldürülüb
Dərini nəmləndirən şabalıd maskası
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Dahilərdən gözəl sözlər-1
Ermənilər cəbhədə təxribat törətdilər
Onun şərəfinə "Şahsənəm" yazıldı
Hicaba görə Dünya çempionatından imtina etdi
Mənasız dizayn nümunələri
İçlikli kartof kotleti (foto resept)
Sağlam arıqlamağın yolu
İnternetdə hər gördüyümüzə inanmiriq, elə deyilmi? - FOTO
Jerar Depardenin məhkəmə işi ləğv olundu-FOTO
Günün ulduz falı
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
Saçın tökülməsinə qarşı maska
Uğursuz təbiət şəkilləri
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
Nikol Kidman hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_FOTO
Qəhvəli piroq (foto-resept)
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - VİDEO
Tərəvəzli toyuq (foto resept)
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Gözəl bədənə sahib olmaq istəyənlər üçün 5 idman növü
Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır - RƏSMİ
Duyğusal yemə ilə necə başa çıxmalı?
Bu gün muzeylərə giriş pulsuzdur
Bir neçə ərazinin qaz təchizatı dayandırılacaq















- ŞƏRHLƏR