
Göyərən dizlər qan xəstəliyinin xəbərçisidir
Gəzməyi bacaran, ayağı yer tutan uşaqların oynayarkən yıxılıb-əzilməsi normal hal kimi qəbul edilir. Əldə, ayaqda yaranan göyərmələr, zədələnmələr əksər valideynlər tərəfindən həssaslıqla qarşılansa da, çoxu buna fikir vermir. "Uşaq yıxıla-yıxıla böyüyər" misalına uyğun olaraq uşaqların da iki addımdan bir yıxılması normal sayılır. Göyərən hissələr isə bir müddət sonra sağalır və tamamilə yox olur. Bəzən bu göyərmələr uzun müddət bədəndə qalır. Belə olan halda valideynlər əldə, ayaqda yaranmış göyərmiş yerə buz, soyuq su qoymaqla onu aradan qaldırmağa çalışırlar. Halbuki, bu cür yardımlar uşaq yıxılıb-əzildiyi zaman daha effektiv olur, nəinki göyərmə uzunmüddətli olduqda.
Göyərmə, uşağın yıxıldığı an dəri altındakı qılcıq damarların zədələnməsi, partlaması sonrası yaranan ləkələrdir. Bu ləkələr uşaq yıxıldığı an nəzərə çarpmaz. Vaxtında soyuq suyla müdaxilə etdikdə damarlarda qan dövranı zəifləyər və dəri altı qanama azalar. Bu da göyərmənin ən az səviyyədə yaranmasına səbəb olar. Müdaxilə etmədikdə qısa bir müddətdən sonra dəri altına sızmış qan və zədələnən damarlar tündləşməyə başlayır ki, bu da bədənmə göyərmələrin yaranması ilə nəticələnər. Sağlam olan uşaqlarda bu göyərmələr tez bir zamanda sağalmalıdır. Lakin göyərmələr uzun müddətli davam edirsə, bəzən uşaq yıxılmadığı zaman belə əl və ayaqlarında göyərmələr yaranırsa, valideynlər buna daha diqqətli olmalıdır. Uşaqlarda dizdən aşağıda olan göyərmələr normal, nadinclik göyərmələri sayılırsa, dizdən yuxarı olan göyərmələr hər hansı bir xəstəliyin işarəsi deməkdir.
Həkim-hemotoloq Rüstəm Rəşidin sözlərinə görə, uşaqlarda bağça və məktəb yaşlarında yaranan göyərmələr travma nəticəsində olur. Lakin bu göyərmələr bəzən tamamilə ayrı xəstəliklərin işartısı da ola bilir. Hər iki göyərmə bir- birinə olduqca oxşar olduğundan valideyn uşağında göyərmənin necə olduğunu seçə bilmir. Xüsusilə 2-14 yaş arası uşaqlarda yaranan göyərmələr valideynləri narahat etmir, amma bu göyərmələr travma nəticəsində yaranmadıqda bədəndə hər hansı bir qan xəstəliyinin olmasından xəbər vermiş olur: "Diz altında yaranan göyərmələr demək olar ki, travma nəticəsində yaranır. Çünki diz altında sümük üstü yumuşaq toxuma çox azdır və ən kiçik travmalar belə göyərmələrə səbəb olur. Lakin diz üstündə yumşaq toxuma çoxdur deyə travma şiddətinə görə yüngülləşir. Yumşaq toxumalarda qılcıq damarların zədələnməsi diz altına nisbətən daha az olur. Buna görə, xüsusən dizdən yuxarı olan göyərmələri nəzarətdə saxlamaq lazımdır. Bu göyərtilər hemotoloji bir problemin olmasını göstərir. Qandakı laxtalanmanı yaradan trombositlərin azlığı, laxtalanma faktorundakı əskiklikləri əhatə edən hemofililər, trombositlərdəki funksiya pozğunluqları və nadir olaraq hemofiliya kimi bir çox xəstəliklər bədəndə göyərmənin yaranmasına səbəb ola bilir. Hətta bəzən hemofiliyalı uşaqlarda ilk şübhə çəkən məqam trombositlərin azlığına bağlı olaraq inkişaf edən bu göyərmələrdir".
Xüsusən ayaqlarda yaranan bu göyərmələrin səbəbi hər hansı bir qan xəstəliyidirsə, göyərmə zədələnən yerlərdən başlayır. Zamanla bütün bədənə yayılan və müxtəlif nahiyyələrdə əmələ gələn göyərmələrə qarşı valideynlər diqqətli olmalıdır. Qarabəniz olan uşaqlarda belə qan xəstəliyinə bağlı olaraq yaranan göyərmələr elə də nəzərə çarpmaz, amma zaman-zaman uşağın bütün bədənini nəzarətdən keçirib hər hansı bir göyərmənin olub-olmamasına fikir vermək lazımdır. Sayı birdən çox olan, travma yüngül olsa belə həddindən çox göyərən, əsasən heç bir travma olmadığı halda yaranan göyərmələr qan xəstəliyinin xəbərçisidir. Uşaq bədənində yaranan hər bir göyərmə zamanı həkimə getmək lazım deyil. Sadəcə valideyn bu göyərmənin hər hansı bir travmadan qaynaqlanıb-qaynaqlanmadığını dəqiq bilməlidir. Göyərmənin sağalma müddətini nəzarətdə saxlamalıdır. Xüsusən uşağın harda yıxılıb əzildiyini ondan soruşmalıdır. Artmayan, bədənin digər hissələrində də yaranmayan göyərmələr uşağın sağlam olması deməkdir. Lakin valideyn hər hansı bir göylükdən şübhələnirsə, həkim-hemotoloqa müraciət etmək ən yaxşısıdır.
Həmsöhbətimizin sözlərinə görə, qan xəstəliyi olanlarda cüzi bir zədə və ya cüzi bir ehtiyatsız davranmadan oynaqlarda və daxili orqanlarda qansızmalar əmələ gələ bilər. Bu qansızmalar bədənin müxtəlif nahiyyələrində göyərmələr yaradır: "Valideynlər qorxuya düşməsinlər. Əgər körpələrində belə göyərmələr varsa həkimə müraciət etsinlər. Bu göyərmələr hemofiliya xəstəliyinin göstəricisi olsa belə xəstəliyə düçar olanlar bir çox qan xəstəliklərinə baxanda şanslıdırlar. Çünki belə xəstələr özlərini qoruyaraq normal insanlar kimi yaşaya bilərlər. Lakin bu o demək deyil ki, valideyn biganə yanaşmalıdır. Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar olur ki, bu da gənc yaşlarda şikəstliyə və ya ölümə səbəb ola bilər".
Valideyn uşaqda travma zamanı yaranan göyərmə ilə travmanın şiddətini qarşılaşdırmalıdır. Ola bilər ki, çox kiçik, yüngül bir əzilmədən ayaq çox böyük hissədə göyərsin. Bu, sağlam uşaqlarda rast gəlinməyən bir haldır. Bəzən travma zamanı vaxt ötürmədən buzla müdaxilə edilir, lakin buna baxmayaraq göyərmə artır və uzunmüddətli ayaqda qalırsa, bu da həkimə müraciət etmək üçün əsaslı bir səbəbdir.

XƏBƏR LENTİ
Günün qoroskopu:Adi saydığınız işləri qulaqardına vurmayın
Gözəl dəri üçün kartof maskası
Əbülfəs Qarayev mədəniyyət naziri oldu
Yaşıl qəhvə nəyə görə xeyirlidir?
Erməni siyasətçidən şok açıqlama: "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
2016-ci ilin seçilmiş saç modelləri
Blinçikli qəlyanaltı (foto resept)
Amerikasayağı Lamborghini Aventador
Kıvançla Beren Saat yenidən bir arada
90 kiloqram arıqlayıb belə oldu
Ən çox satılan smartfon hansıdır?
Sumqayıtda sosial evlər tikilir - VİDEO
"Kanal S"dən əsgər ailəsinə sürpriz
Bu məhsulun qiyməti şoka salır
Saçları gurlaşdıran bildirçin yumurtası
Qoç bürcünün 5 əsas xüsusiyyəti
Bu gecə Palçıq Yağacaq
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Yuxu pozuntuları
MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib
"Aristokrat" salatı (video-resept)
WhatsApp-dan Google bombası
"Bizim Cəbiş müəllim"in Makedonu
Hava haqqında - 22.02.2014
II qan qrupuna sahib insanlar koronavirusa qarşı nə qədər həssasdırlar?
Xəstəlik aktyoru tanınmaz hala saldı
"Wellington" kərə yağı - 100% Yeni Zelandiya
Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı
Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı
Kəlbəcər rayonunun Zivel kəndi - VİDEO
Özcan Deniz yenidən evlənir
Gülüş: qatil, yoxsa xilaskar?
Güney Azərbaycana səyahət
Prezident İlham Əliyevə siyahı göndərildi
Ayın ən yaxşı futbolçusu seçildi
Yoxa çıxan qadının evindən şoka görüntülər- FOTO
Ermənilərin daha bir yalanı ifşa olundu
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Saçların rəngini təbii vasitələrlə dəyişdirin
Məşhur aktrisa ana oldu-FOTO
Günün qoroskopu:Gərgin gündür!
Nadir mavi almaz 14,9 milyon dollara satıldı
“Əminəm ki, bu dəfəki yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər”
Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
Aleyna Tilkinin Bakı çıxışı bu görüntülərlə yadda qaldı-FOTO
