Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə son səfəri çox yadda qalan olub. Bu səfərin ardınca Rusiya liderinin verdiyi bəyanatlar onu göstərir ki, regionda yeni blokların yaranmasından xəbər var. Türkiyə Rusiya yaxınlaşmasını siyasilər şərh ediblər.ANS TV-nin məlumatına görə, Rusiyanın “Cənub axını”nın istiqamətini Türkiyəyə yönləndirəndən sonra şərqdə yeni geosiyasi vəziyyət yaranıb. Türkiyənin Qərblə müttəfiq olmasına baxmayaraq, Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sanksiyalara qoşulmaması, əksinə rəsmi Ankara ilə Moskva arasında ticarət dövriyyəsinin 100 milyard dollaradək artırmaq barədə razılaşmaları ilə Ərdoğanın Qərbin deyil, öz milli maraqlarını qorumaq istəyi üzə çıxdı.Ekspertlər bu fikirdədir ki, Türkiyə-Suriya məsələsinə görə əsas təşəbbüslərin qərbdən alınaraq Rusiya və İranın tərəfinə keçməsinin də fərqindədir. Bu baxımından Avropanın yararlanmaq istəmədiyi imkanlardan Türkiyə maksimum dərəcədə istifadə edərək Rusiya ilə yeni “Türk axını” qaz xətti çəkilişinə razılaşdı. Politoloqlar yeni enerji layihəsilə paralel dünyanın geosiyasi xəritəsinin dəyişəcəyi qənaətindədirlər.Rəsmi Ankaranın Moskvaya yeni Rusiya-Türkiyə-İran alyansı yaratmaq təklifi yeni qütbün formalaşdırılmasından xəbər verir. İkinci tərəfdən Rusiyanın Avrasiya İqtisadi İttifaqına Türkiyəni də qoşmaq məsələsi müzakirə mövzusudur. Rusiyanın İranla, Türkiyənin də bu islam dövləti ilə münasibətləri fonunda ekspertlər yeni üçlüyün, yeni qütbün formalaşmasını proqnozlaşdırırlar.“Təbii ki, Qərb bunu istəməyəcək. Qərb istəmir alternativ mərkəzlər, bazarlar yaransın, Tükriyə-İran-Rusiya və Azərbaycan bu dövlətlərlə münasibətini saxlayıb bu böyük üçlüyü dördlüyə də çevirə bilər” – deyə politoloq Tofiq Abbasov bildirib.Politoloqlar bu qənaətdədirlər ki, regionda yaranan mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan qonşularla, eləcə də digər dövlətlərlə əvvəlki balanslaşdırılmış siyasət yürütməyə davam etməlidir.
“Moskva özünün indiki halında bunu formalaşdıra bilər və dünyada tarazlığı pozan müəyyən hərəkətlərə də gedə bilər. Biz hər hansı bir tərəfə üstünlük vermədən özümüzün müstəqil və xüsusi çəkisi böyük olan siyasətimizi yeritməkdə davam etdirəcəyik” – deyə politoloq Qabil Hüseynli bildirib.
Ankara-Moskva-Tehran üçlüyünün bir sıra maneələrlə üzləşəcəyini proqnoz edənlər də var. İran, Rusiya sanksiyalarla üz-üzədir, NATO üzvü Türkiyənin isə Qərblə bağları birdən-birə qırmaq ehtimalı da böyük deyil. Ekpertlər bu fikirdədir ki, Ankara-Moskva-Tehran üçlüyü formalaşacağı təqdirdə, ABŞ bunun qarşısını ya Suriya məsələsində Türkiyə ilə Rusiyanı, ya İranı üz-üzə qoymaqla və ya Türkiyə ərazisində İŞİD-lə mübarizədə yeni münaqişə ocağı yaratmaqla mane olmağa çalışacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün ulduz falı
2013-cü ilin rəmzi süfrəmizdə
Küçələri möcüzələr diyarına çevirən rəssam
Kəvərli pizza (foto resept)
2015-ci ilin qol çantaları
Yeni ipoteka təklifi
Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır
Məşhur şoumen aylar sonra ayağa qalxdı
Arianaya limon atdılar-FOTO
Toyuq qutabı (foto-resept)
Üzündəki sızanaqları təmizləmək istədi, qaraciyərini itirdi - FOTO
Qeyri-sabit hava oktyabrın 8-dək davam edəcək
"Nəhənglər"(2)
İdmançımız erməni rəqibini “sürüdü”
Hava haqqında
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi - FOTO
Nazirlik xəbərdarlıq etdi
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
Banan qabığı pəhrizi
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər - RİSK SİYAHISI
Azərbaycanda Məhərrəmlik başlayıb
Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"
İsveçrə koronavirusla mübarizəyə ordunu cəlb edir
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
25 mindən artıq türk qətliamla üz-üzə
Kenan Doğuludan Beren Saata gözlənilməz jest
Eynəkdən qurtulmaq olar
Castin Biber nişanlandı-FOTO
Alimdən XƏBƏRDARLIQ - Azərbaycanda iyulun 20-dən avqustun 20-dək...
Atlantidanın mövcud olduğunu sübut edən yeni KƏŞF
Rusiyalı ekspert: "Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək"
Səmada təhlükə var
Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Lazanya (foto resept)
Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”
Dünyanın ən ekstremal oteli istifadəyə verildi - VİDEO
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Mütləq izləməli olduğunuz moda filmləri
İlon Maksin pikapı diqqət çəkdi-FOTO
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
Qum sənəti
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
Məşhur müğənni polislərdən kömək istədi
Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü: 379 yeni yoluxma - RƏSMİ
HAVA necə olacaq?- 1 fevral
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
Təyyarədə ölən 150 nəfərin dəhşət dolu imdad qışqırığı
Hamamdakı böyük təhlükə















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]