Vyanada onun ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil edilən bir sıra görüşlər keçirəcəyi qeyd edilib. Məlumat üçün qeyd edək ki, məhz həmin gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün keçiriləcəyi barədə məlumat yayılıb.
Bu barədə ATƏT-in bir neçə gün öncə yayılan bəyanatında məlumat verilmişdi. Bəyanatda görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilsə də, dəqiq vaxt qeyd edilməmişdi. "Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".Görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.
Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, Con Kerri dünya turu çərçivəsində Vyanaya səfər edəcək. Kirbinin sözlərinə görə, Dövlət katibi Avstriya paytaxtında Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək. “Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri ilə müzakirələr aparacaq".
Prezidentlər arasında ilin ilk görüşünün gözlənildiyi bir zamanda erməni silahlı qüvvələri cəbhə xəttində yenidən fəallaşıblar. Belə ki, ötən gün axşam saatlarından başlayaraq bu gecəyə kimi Tərtər rayonundakı yaşayış məntəqləri və mövqelərimiz intensiv atəşə məruz qalıb. Ermənilərin hər dəfə danışıqlar prosesini pozmaq üçün bu cür təxribatalara əl atması isə sirr deyil. Bunu hələ bir neçə gün öncə cəbhə xəttində olan Azərbaycan prezidenti İlham Əliyev də deyib. “Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır”, - deyə o, hərbçilər, erməni təcavüzündən zərər çəkən sakinlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlət aprelin ilk günlərindən yenidən atəşkəsi pozub və ordumuz tərəfindən layiqli cavabını alıb.
Bu görüş baş tutsa, bu, iki ölkə prezidentlərinin 2016-cı ildə ilk görüşü olacaq. Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
"Prezidentlər nizamlama danışıqlarınının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər", - deyə ATƏT-in rəsmi saytında həmin görüşdən sonra yerləşdirilmiş bəyanatda bildirilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanda zəlzələ oldu
İndoneziyada zəlzələ olub
Ərdoğandan seçkilərlə bağlı ilk AÇIQLAMA
Günün ulduz falı
"Sehirli Annem"in aktrisası ikinci dəfə ana oldu-FOTO
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür
Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
NASA alimlərindən inanılmaz layihə
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
Marsa göndəriləcək avtomobil - FOTO
Ən uzunömürlü smartfon satılacaq
Güllü paltar modelləri
Atası Sabirin şeir dəftərini cırıb
Tam Günəş tutulması baş verəcək - Vaxt AÇIQLANDI
Günün qoroskopu:Yüz ölçüb, bir biçin
Xalq artisti 37 il əvvəlki əsgərlik FOTOlarını yaymağa məcbur oldu
Kabab (foto resept)
Azərbaycan alimlərindən daha bir ilk
"Google"dan Mandela jesti
Metabolizmanı sürətləndirən 3 üsul
Məşhur reper Beyrutda zərərçəkmişlərə yardım etdi
"YARAT" Müasir İncəsənət Məkanı "ArtGanja" Festivalının açılışını elan edir
Dəbdən düşməyən ayaqqabılar(1)
Dəhşətli proqnoz: Cəhənnəm istiləri gəlir
Qadınlarda menopauza və müalicəsi
Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)
Evlilik xoşbəxtliyi öldürməz!
Ramazanın 7-ci günün duası
Qan xərçənginin dərmanı tapıldı
Günün qoroskopu: Sparta çarı Leonid demişdi...
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
Səadətimizdən daha önəmli nədir?
Şəkidə belə hal 14 il əvvəl olmuşdu
"8 Mart" salatı (foto resept)
Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Burak və Fahriyənin toyundan FOTO-lar
Bakıda cənub küləyi əsəcək, rayonlara yağacaq
Azərbaycanın məşhur həkimi vəfat etdi
Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Kirayə mənzillərin qiyməti necə dəyişib? - ARAŞDIRMA
Əşyaları fərqli funksiyalar üçün istifadə etmək
Əhalinin banklarda nə qədər pulu var?
Göz qripinə diqqət etmək lazımdır!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Səhər tez durmaq istəyirsiniz?
Dondurulmuş nar ölümünə səbəb oldu