Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsusilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq gənc şair yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edir, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlib. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qan donduran məkanda yaşayanlar - FOTO
Hava yenidən istiləşəcək
Çəkinə nəzarət et
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Obama din azadlığını müdafiə edəcəklərini bildirib
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
"Rembo" qayıdır - FOTO
Dilini alnına vuran şəxsin FOTOLARI
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Sabahın HAVAsı
Yaponiyadan Putinə rədd cavabı
Məşhurlar dünən və bu gün
Ərikli-çiyələkli piroq(foto resept)
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
Misirdə mağara məbədi
Alexa Chungın dəbli donları
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Yoqurtu sevməyin 10 səbəbi ( 2-ci hissə)
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Bütün dünyadan gözəllik sirləri
Musiqi ürəyi gücləndirir
Qışın son ayı necə başlayacaq?
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Qarpız alaq, almayaq?
Koreyasayağı salat (foto resept)
Yağışlı havada darıxmamaq üçün...
Zakir Həsənov həkimləri cəbhədə topladı
Barmaq izləriniz və xarakteriniz...
Avropadan Azərbaycana Qarabağ xəyanəti
Xərçəng xəstəliyindən qorunun!
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Azanı təhqir edən aktrisa həbs olunacaq
Üzünüzü güldürəcək şəkillər
Özge Ulusoydan maraqlı paylaşım-FOTO
Kiçik ölkənin böyük hədəfləri...
"Bakı 2015" Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib
Quru əncir şirniyyatı (foto resept)
Yeni illə gələn təhlükə
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
Bakının qiyməti qalxdı
Azərbaycanda rezidenturanı bitirən həkimlərə müjdə
Olimpiya günlərində toy qadağan edildi
Biri-birindən gözəl toy donları
6 ayda 212 kq arıqladı
Yolun solu ilə maşın idarəsi
Ofis işçilərinin xəstəliyi
Ən maraqlı "Şaxta baba" tortları
Acun evini 125 trilyona satdı
Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]