Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilmiş rayonlarında aparılmış hərbi əməliyyatlar prezident İlham Əliyevin məşhurluğunu və nüfüzunu bir qədər də artırıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlət başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan ordusunun cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirib.
Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonların işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazır olduğunda əmindilər.
"Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib"
Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökumətin fəaliyyətini yüksək qiymətləndirir, Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində "əla", yaxud "yaxşı" işləyib.
“AJF & Associates” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.
Sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Sorğuda soruşulan sual və cavabları təqdim edirik:
- “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” Analoji sorğu aprelin 26-da keçirilib. Sorğunun nəticələri Azərbaycan əhalisinin 97 faizi Prezident İlham Əliyevə tam etibar etdiyini göstərib. “Rəy” Monitorinq Mərkəzi sorğunu aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirib. Məlumata görə, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib.Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.
Rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ən yaxşı avtomobillər seçildi
Günün ulduz falı - 25.09.2013
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
Kiprikləri uzatmaq üçün maska
Gözəlliyi ilə hər kəsi heyran edən pilot-FOTO
Azərbaycanda 9 May
Günün qoroskopu:Laqeyd olmayın!
Kim Çen In həyat yoldaşını edam edib?
İştah açan ayaqqabılar
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ/VİDEO
Nəhəng BUZ DAДћI QOPDU: mütəxəssislər həyəcan içindədir
Qara rəngli donlar (1)
Məşhur aktrisa qəfildən öldü-FOTO
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək - FOTO
Cəbhədə son vəziyyət
Dollarla krediti olanlar oxusunlar
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
Ərdoğan: Sosial şəbəkələr hüquqlarımı pozur
Günün ulduz falı
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Nazirlik 28 yaşadək ali təhsilli şəxslərə müraciət etdi
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Klaç çanta modelləri
Evdə "baton" çörəyi (foto resept)
Azərbaycanın sığorta bazarı xarici investorlar üçün açıqdır
Qaçırılan körpə 55 ildən sonra tapıldı
İsmayıllıda zona birinciliyi
Heyvansevərlər üçün filmlər
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
Günü-gündən dəyişilən ayaqqabı dünyası
Evliliyin ən çətin və xoşbəxt illəri
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Azərbaycan və Türkiyə bayraqları təhqir edildi!
Kəlbəcər rayonunun işğalından 21 il ötür
Azərbaycanlı nazirin arxasından Qarabağı sildilər
Əl işlərim
Mənzillərin ucuzlaşması davam edir
Bu problemin həllini hamı gözləyir
Vərəm xəstələrinə pulsuz verilən dərman aptekdə pulla satılırmış
Sizi sevdiyini göstərən 6 əlamət
Hava haqqında
Maradonadan şok iddia: Yadplanetlilər məni...
Məşhurlar və saç aksesuarları
Sevdiyimiz filmlərin ulduzları dünən və bu gün
Google Glass yasaqlandı
Yaz yağışı
Kəlamlar
Su da bahalaşdı
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)














