Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar sentyabrın 1-dən 19-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Ehtiyat zabit hazırlığı kursu”na müvafiq ixtisaslar üzrə qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran kursantlarla leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Kursa qəbul olunmaq istəyən namizədlər SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)
Telefon: (012) 538-85-62
Müraciət etmə vaxtı: 2020-ci il sentyabrın 1-dən 19-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək.
XƏBƏR LENTİ
Yuxular və yuxuyozmalar (10)
Bu qidaları soyuducuya qoymayın!
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
Kişi-qadın münasibətlərində ən ideal yaş fərqi
Oğlan sevgilisinin xəyatını xilas etdi
Gül DAVASI-FOTO
Hələ də səyahətə çıxmayanlar üçün
Körpələrə bal vermək olarmı?
Mətbəxdə qırmızı havası
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Alimlər bu dərmanın koronavirusa qarşı faydasız olduğunu sübut etdilər
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Sabahın HAVAsı
Saç tökülməsinin qarşısını alan qidalar
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Günün ulduz falı - 21.09.2013
HAVA necə olacaq?
Ən gözəl məscidlər
Maşınında pərdə olanların DİQQƏTİNƏ: 2 həftəniz var
Qəhvəli buz kubları (foto-resept)
“Tik-Tok rahibəsi” çəkdiyi görüntülərinə görə döyüldü - VİDEO
İspanaqlı toyuq ruleti
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Gökçe Bahadır makiyajsız halı ilə diqqət çəkib-FOTO
Düyü kimi incə
Hava haqqında
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Bu gündən sosial müavinətlərin məbləği artır
2018-in gəlin saç düzümləri
Gənc qızlar üçün gündəlik geyimlər
Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
Noxud şorbası (foto resept)
Məşhur aktyor özünə 1 milyonluq ev aldı-FOTO
Şokoladlı, vanilli cizkeyk (foto resept)
2012-ci ilin qısa don modelləri
2018/2019 Qış gözəllik trendləri
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
Boranıda qarabaşaq sıyığı (foto resept)
Bir ölkə də Ebola təşvişində
Günəş dəhşət saçır
Fatih Terim: "Oyunçularım buna hazırdırlar"
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Zövqlü xanımlar üçün çantalar
Bu ilin ilk ay tutulması başlayıb
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Dünya 14 il əvvəlki vəziyyətinə qayıtdı
Xiyar salatı (foto resept)