Qadin.NET / Azərbaycan əhalisi İlham Əliyevə etibar edir

Azərbaycan əhalisi İlham Əliyevə etibar edir

 

Azərbaycan əhalisi İlham Əliyevə etibar edir

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilmiş rayonlarında aparılmış hərbi əməliyyatlar prezident İlham Əliyevin məşhurluğunu və nüfüzunu bir qədər də artırıb.

 

ANS PRESS-in məlumatına görə, ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlət başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan ordusunun cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirib.

Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonların işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazır olduğunda əmindilər.

"Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib"

Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökumətin fəaliyyətini yüksək qiymətləndirir, Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində "əla", yaxud "yaxşı" işləyib.

“AJF & Associates” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.

Sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Sorğuda soruşulan sual və cavabları təqdim edirik:

- “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” Analoji sorğu aprelin 26-da keçirilib. Sorğunun nəticələri Azərbaycan əhalisinin 97 faizi Prezident İlham Əliyevə tam etibar etdiyini göstərib. “Rəy” Monitorinq Mərkəzi sorğunu aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirib. Məlumata görə, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib.Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.

Mənbə: ANS PRESS

6 may 2016
GO BACK