Ermənistanın ən məşhur aktyoru, "Frunzik" adı ilə tanınan Mher Mkrtıçyanın dul xanımı, aktrisa və rejissor Tamara Hovvanisyan "1in.am"a verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Ermənistandakı və Dağlıq Qarabağdakı ermənilər hansısa dəyişikliklərdən danışırlar, halbuki belə dəyişikliklər yoxdur, nəzərə çarpmır."Dəyişikliklər o zaman olacaq ki, Ermənistan prezidenti Serj Sarkisyan və onun dəstəsi hakimiyyəti tərk etsin. Onlar yenidən müharibə olmasını, qan tökülməsini istəmirlərsə, getməlidirlər. Mütləq getməlidirlər! Bizim "müstəqil" ölkəmizdə indiyədək ölkənin inkişafı üçün çalışan normal, ağıllı, vicdanlı prezident olmayıb. Hamı oğurluq edir. Səsləri oğurlayırlar, xalqın və dövlətin sərvətini oğurlayırlar, gənclərin həyatını oğurlayırlar. Biabırçılıqdır! İndiyədək insanlar susurdu. Bəziləri nəyəsə ümid edirdi, bəziləri qorxurdu. İndi hamı danışmağa başlayıb. Ermənilər arasında indi bulanıq suda balıq tutmaq istəyənlərin sayı hədsiz artıb. Dağlıq Qarabağdakı döyüşlərdə həlak olmuş əsgərlərimizin sayını hələ də açıqlamırlar, düzgün məlumat vermirlər, həqiqəti bizdən gizlədirlər. Lap elə təsəvvür edək ki, Müdafiə Nazirliyinin dediyi təki, 92 nəfər həlak olub. 92 nəfərin nə demək olduğunu anlayırsınızmı?! Bu insanlar yaşamalı, ailə qurmalı idilər. Onlarsa boş yerə həlak oldular, qanlarını tökdükləri məqsədi də Ermənistan rəhbərliyi satışa çıxardı, hərraca qoydu. Son 20 ildə Ermənistanda nə qədər gəncin həlak olduğunu hesablayın. Onların evlərinə gedin, ailələrinin hansı vəziyyətdə yaşadıqlarına baxın. Görəsən, dünyada Ermənistan kimi başqa bir dövlət varmı ki, həbsxanaya atılmağa layiq cinayətkarlar ölkəni idarə etsinlər?!" - Tamara Hovvanisyan deyib.
Onun sözlərinə görə, Ermənistan dövlət müstəqilliyi qazanandan bəri ölkəni idarə etmiş Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan cinayətkarlardır. Tanınmış aktrisa və rejissorun fikrincə, Ermənistan acınacaqlı vəziyyətdədir: cəmiyyət qorxaq, ordu bivec və oğru generalların əli altında, hər tərəfdə rüşvətxorluq, korrupsiya, qanunsuzluq və banditizm..."Bəs bizim günahımız nədir?! Güahımız odur ki, heç nə edə bilməyəcəyimizi düşünürük, "başımı aşağı salıb işləyim, ailəm üçün bir qədər pul qazanım" deyirik, müti kütləyə çevrilirik. Nə etməliyik?! Baqramyan prospektini bağlamalı və hakimiyyəti o binalara buraxmamalıyıq. Hakimiyyət dəyişməlidir. İqtidara cəsarətli, ağıllı, vicdanlı insanlar gəlməlidir. Bu zir-zibili təmizləmək üçün. Onların hamısını mülkiyyətindən məhrum etmək gərəkdir. Qoy Sarkisyanın dəstəsində kimsə düşünməsin ki, xaricdəki əmlakından yararlana biləcək. Onların hamısını xalq məhkəməsinə çıxarmalı, cəzalandırmalı, sonra normal dövlət qurmalıyıq. Normal dövlət isə normal ordu, normal sərhədlər deməkdir. İndiki xarici işlər nazirimiz Edvard Nalbandyan kimi özündən razı, amma bomboş qovluq əvəzinə peşəkar diplomatlarımız olmalıdır. Başa düşürsünüzmü, baş verənlərə artıq dözmək mümkün deyil. Onların sarsaq bəyanatlarını dinləmək, onların axmaqlığına, həyasızlığına dözmək mümkün deyil! Bu ölkədə qalmış 2 milyon insandan kimsə və ya dünya ölkələrindəki 10 milyon erməni arasından birinin bu adamlara haqq qazandıra biləcəyini düşünmürəm", - aktrisa söyləyib.
T.Hovvanisyan daha sonra maraqlı etiraf edib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər ümidlərini tam itiriblər.
"Sarkisyan deyir ki, qarabağlı ermənilər vuruşmaq istəyirlər. Mənsə deyirəm yalandır, qarabağlı ermənilər Dağlıq Qarabağı tərk etməyin yollarını axtarırlar. Onlar ümidsiz, bədbin vəziyyətdədir, heç bir perspektivin olmadığını düşünürlər. Dağlıq Qarabağ ermənilərin perspektivlərinin necə olacağını soruşursunuz?! Gedin, qaraçılardan soruşun. Prezidentimiz, hakimiyyətimiz xalqa nifrət edir. Onların arzuları var, amma dilə gətirmirlər. Mənsə deyirəm - Serj Sarkisyan və ətrafındakı adamlar ermənilərin dövlətini məhv etmək istəyirlər. Onları süpürüb atmasaq, məhv olacağıq. Daha doğrusu, artıq məhv olmağa başlamışıq. Belə məhvin necə yaşandığını isə dövləti olmayan, dünya ölkələrinə səpələnmiş qaraçılardan soruşun...", - tanınmış erməni aktrisa və rejissor söyləyib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
700 bal yığsa da ali məktəbə girə bilmir-FOTO
Buyurun, söz sizindir - "Bizim Tarla" Yaşıl noxud məhsulu
Hicablı xanımlar üçün ziyafət donları
Tövlədə gözəl, unikal xəzinə tapıldı
"Telegram"ın işində qüsurlar yarandı
"Beşiktaş"ın fanat qrupunun erməni lideri və çoxlu sayda azarkeş həbs edilib
Azad olunmuş yerlərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqin ilkin nəticələri açıqlandı
Obama ilahi oxudu
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Kənd, yoxsa zavod südü alaq?
Belçika meşələrində yarasa yuvaları
Ukraynada qan su yerinə axır
Müəllimlərin maaşı 20% artırıldı
BÜRCLƏR bizə nə vəd edir? - 4 MART
Planşet satışları artacaq
Luis Borxesdən qısa həyat dərsi
ABŞ-dan Azərbaycana böyük dəstək
Demet Akalından sərt mesaj - FOTO
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
9 may - Qələbə günüdür!
Təzə əncir şirniyyatı (foto-resept)
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
İspan qadınlarının makiyaj sirləri
Qapı bəzəyi düzəldək
Labirint-1
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTO
ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb
Obama tarixi Kuba qərarını verdi
Beynəlxalq Bankda ciddi problemlər yaranıb
Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır? - Alim cavab verib
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Məşhur müğənni ərə gedir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycanda gənclər günüdür
Yeri təhlükə gözləyir-Foto
Ronaldu hönkür-hönkür ağladı
Saç çubuqları
Hadisenin paylaşımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ozan Güvən qalmaqalı daha da böyüdü-FOTO
Ən asan və arıqladan idmanlar
İctimai nəqliyyatda gedişhaqqı artırılır?
Azərbaycanda zəlzələ
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Yol hərəkəti haqqında qanun dəyişdirildi
Süd ilə arıqlama
Ana südü və körpə
Dünyanın ən varlı cütlüyü açıqlanıb-FOTO
Şaxta babalar parada çıxdılar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]