Milli.Az bildirir ki, İrəvandakı Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin icraçı direktoru Karapet Kalençyan "Dağlıq Qarabağdakı müharibənin nəticələri nədir?" başlıqlı məqaləsində belə yazıb.
Onun fikrincə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan birmənalı olaraq uduzub."ATƏT-in Minsk Qrupunun həmsədrləri əla bilirlər ki, Dağlıq Qarabağ münaqişəsində dövlətin ərazi bütövlüyü ilə millətin öz müqəddəratını həll etməsi prinsipləri tam ziddiyyət təşkil edir.
Avropa, Rusiya və ABŞ-ı razı salan məqam da odur ki, sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərindən bəri Ermənistan, daha doğrusu ölkəni idarə edənlər Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu Azərbaycana qaytarmaq istəyirlər. Amma Ter-Petrosyan buna cürət etmədi, sonra Robert Köçəryan və Serj Sarkisyan da qorxdular. Rusiya da Azərbaycana yardım edir. Halbuki, biz MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya Birliyinin üzvüyük. Üstəlik, bu müstəvilərdə Rusiya ilə qarşılıqlı müqavilələrimiz var. Amma ordumuz zəifdir. Bu səbəbdən də bir ordu təpədən-dırnağədək silahlı olanda, o biri ordunun isə heç nəyi olmayanda nəticənin necə olacağı bəllidir.
Hazırda ordumuzda olan silah və hərbi texnika köhnədir, sursatlar başa çatır, anbarlarda isə güllə və mərmi ehtiyatları yoxdur", - K.Kalençyan yazıb.
O, daha sonra vurğulayıb ki, Vyana görüşünə qatılaraq danışıqlarda iştirak etmiş Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmaması ilə faktiki olaraq razılaşıb və belə şəraitdə ermənilərin vəziyyəti daha da ağırlaşıb: "Dağlıq Qarabağ ermənilərinin rəhbərləri də Ermənistan hakimiyyətindən asılı olduğu üçün onları yaxşı heç nə gözləmir. Vəziyyət kritikdir. Ermənistanın müdafiə və xarici işlər nazirləri nə işlə məşğul olurlar: Ermənistan ordusunda əsgərlər intihar edirlər, zabitlər oğurluq edir, rüşvət alırlar - kimsə bu biabırçılıqların qarşısını aldımı? Bir neçə nəfəri "dördgünlük müharibə"dən sonra işdən çıxardılar. Amma əsas rüşvətxorlara toxunan olmadı.
Bəs Xarici İşlər Nazirliyi nə işlə məşğul olur?! Bizə deyirlər ki, diplomatların fəaliyyəti gözə görünmür, hər şey kuluarlarda həll olunur. Yaxşı, hesab edək ki, inandıq. Hanı o "məxfi fəaliyyət"in nəticələri? "Dördgünlük müharibə" Ermənistanın xarici siyasətinin yarıtmaz, hətta sarsaq səviyyədə olduğunu göstərdi. XİN belə nəticələrin olmaması üçün nə etdi?! Heç nə.
Çünki MDB daxilində bir sıra təşkilatlarda birgə təmsil olunduğu Belarus Azərbaycanı birmənalı olaraq dəstəklədi. Üstəlik, Minskin qəbul etdiyi yeni hərbi doktrinaya görə, Belarusun qoşunları ölkə xaricində hər hansı hərbi əməliyyatlarda iştirak edə bilməz.Qazaxıstan da Azərbaycanı dəstəklədi. Belədirsə, KTMT və Avrasiya Birliyi Ermənistanın nəyinə gərəkdir?! Belarus və Qazaxıstan Azərbaycanı dəstəkləyirsə, Rusiya da Azərbaycana silah satırsa, MDB-dəki təşkilatlarda niyə hələ də qalırıq - anlamıram.
ATƏT sədri Pedro Aqramaunt, ABŞ, Rusiya, Avrasiya Birliyi və KTMT-dəki bütün ölkələr Azərbaycana dəstək olursa, Brüsseldə Ermənistanın məğlubiyyəti sayıla biləcək "Sərsəng qətnaməsi" qəbul olunursa, görün biz nə gündəyik.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "dördgünlük müharibə" zamanı çox fəal işlədisə, Ermənistanın səfiri, ümumiyyətlə, gözə dəymədi.
Kim Kardaşyan və İveta Mukuçyan bizim XİN-lə müqayisədə ermənilərə daha çox fayda verirlər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Facebook"dan bəd xəbər
Sevgilisi olmayan qızlara müjdə
Azərbaycan Ordusunda qadınlar xidmət edəcəklər?
Yeməli ayaqqabılar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Unikal əməliyyat: qoz ağacının xilası
Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər
Üçəmlərə Rəcəb, Tayyib və Ərdoğan adını verdilər
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
2014-cü ilin babet modelləri
Bu rayonlarımızda qızları ərə yox, elmə verirlər
Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Demet Akalın Bakıda toyda-FOTO
Poçtalyon insanları əyləndirməyin maraqlı üsulunu tapıb
Fitness performansınızı artıracaq 4 qayda
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Portağallı çörək (foto resept)
Yeni trend: Afrika hörüyü
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Bayram rabitəçilərimizin işini çətinləşdirdi
Hande Erçel arıqladı-FOTO
Sevdiyiniz şəxsin oxuduqları
Həyatı məhv edən qaydalar
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Arıqladan üzüm yarpağı çayı
Bəzək əşyaları
Qoltuqaltı ləkələr üçün maskalar
Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu təxirə salındı
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Həyatımızın mənbəyi odur
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi
Daryna Kossarın sənət əsərləri
"Ç" hərfi ilə başlayan adların mənası
Azərbaycanda hərbi zavodda partlayış
Bayramınız mübarək!
Göz təzyiqinin səbəbləri
HAVA necə olacaq?- 3 İyun
Bu gün hava necə olacaq?
Bakı susuz qalacaq
Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?
Bir gündə 4 milyard qazandı-FOTO
Mikroblardan qorunaq
Fərqli krossovkalar dükanı
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Evlərin dam örtüyü dəyişdiriləcək
Ermənilər qəsdən Şuşa meşələrini yandırır - RƏSMİ
Karantində olan Ronaldu belə görüntüləndi - VİDEO