Türkiyə paytaxtının mərkəzində terror hadisəsiylə bağlı Ankaranın baş prokuroru Harun Kodalak xüsusi istintaq qrupu yaradıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, istintaq qrupuna iyirmidən çox əməliyyatçı daxil edilib.
Paytaxtın ürəyində özünü partlatmış terrorçunun kod adı "Avaşin" olub.
Bir qrup Ankara polisinə gedərək mütəxəssis polislərlə əməliyyatları koordinasiya edərkən, ikinci qrup da partlayış baş verən ərazidə araşdırmalar aparıb. Həmçinin partlayışda həlak olanların cəsədlərinin ekpertizası 4 prokurorun nəzarəti altında aparılıb. Araşdırmalar zamanı hadisəylə bağlı bir çox məqamlara aydınlıq gəlib.
Hadisə yerində vəzifə borcunu aparan prokurorlardan biri deyib: "Partlayışdan dərhal sonra hadisə yerinə çatdım. Etdiyim ilk araşdırmada şəxsiyyətinin Ayşe Bilgioğlu olduğunu bildirən bir yaşlı qadın dayanırdı. Əllərində simit olan, çörək paketi olan vətəndaşlar vardı".Ekpertiza üçün mərkəzə gətirilən bütün cəsədlər nömrələnib. Prokurorluq əməkdaşları 9 nömrəli cəsədin yaxınlarının çıxmadığını qeyd edib. Aparılan araşdırmalardan sonra bu cəsədin terror aktını törədən 24 yaşlı PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu bəlli olub. Hadisə yerindən toplanan dəlillər, bomba yüklü BMW markalı avtomobildən əldə edilən cəsəd parçaları və barmaq izindən bu tam təsdiq olunub.
Terrorçu-kamikadze Qars vilayətinin Kağızman rayonunda qeydiyyatda olub. Balıkesir Universiteti Turizm Otelçilik fakultəsinin tələbəsi olan Səhər Çağla Dəmir 2013-cü ildən PKK sıralarına qoşulub. Sonradan Suriyaya gedən qadın burada terror təşkilatının düşərgələrində təhsil alıb və həmçinin təlimlərində iştirak edib. Paytaxtın ürəyində özünü partlatmış terrorçunun kod adı "Avaşin" olub. Səhər Çağla Dəmir 2013-ci ildə PKK üzvü və terror təşkilatını təbliğat etdıyi üçün nəzarətə alınıb. Balıkesir Ağır Ceza Məhkəməsi tərəfindən haqqında iddia açılan Dəmir bu tarixdən aradan itib.
Dünən Ankaranın mərkəzində özünü partlatmış terrorçunun ailəsi Şanlıurfa şəhərində saxlanaraq dindirilib. Səhər Çağla Dəmirin atası qızıyla çoxdan görüşmədiyini iddia edib. Ankara mərkəzində digər bir terrorçu-intiharçı ilə birlikdə minalanmış maşında özünü partlatmış tələbə qızın atası 2013-cü ildən qızıyla ünsiyyət saxlamadığını qeyd edib. Onun sözlərinə görə, Səhər Çağla Dəmir onun uşaqları arasında universitetə oxumağa yola düşmüş tək övladıdır. "Bizə polis gəldi və bizi xəstəxanaya apardılar. Burada DNK testini etdilər. Əgər terroru həqiqətən qızım törədibsə, onun cənazəsini qəbul etməyəcəm", - deyə terrorçunun atası bildirib.
Terror aktı Ankarada martın 13-də törədilib. Partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb. Ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Son dəfə belə hadisə fevral ayının 17-də törədilib.
İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb. Ümumiyyətlə isə bu, son 5 ayda paytaxtda törədilən 3-cü terror aktıdır. Ümumilikdə, bu hadisələr nəticəsində 180-ə yaxın insan ölüb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
195 kq arıqlayan qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Meqan Marklın gizli Hollivud planı ortaya çıxdı
Bu 9 qida arıqladır!
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Gəlin gözəldir, yoxsa tort?
Dua Lipa geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Yeni türk nəsilini necə yetişdirməli?
Balaca uşaqlar üçün papışın toxunması
Qaynananın və gəlinin şikayətləri
Ailənizlə səyahət edə biləcəyiniz 4 ölkə
Dünya tibb elmində ilk
Milyonlarla insanın həyatı belə dəyişdi
Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Paşinyan məğlubiyyətin məsuliyyətini üzərində olduğunu bildirib
Koronavirusun simptomları dəyişdi
Ətrafa atılan maskalar: Ən böyük təhlükə mənbəyi - VİDEO
Bu makiyaj səhvlərini etməyin!
Çörək yeyərək arıqlamaq olarmı?
Varikozdan qorunmaq üçün 15 dəyərli addım
Azərbaycanın futbol hakimi AÇ-nin final mərhələsində
Yaylıq və şərflər
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Parkinson xəstəliyinə tutulmuş sənətçinin görünüşü pərəstişkarlarını məyus etdi - VİDEO
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Azərbaycanda Avro-4 normalarının qəbulu nə ilə bağlıdır?
Möhtəşəm rekord: dünyanı qaçaraq dolaşdı
Möhtəşəm mənzərələr
Bürclərin mənfi xüsusiyyətləri (2)
5 gündə 5 kilo arıqladan MÖCÜZƏVİ DARÇIN SUYU
At şabalıdı
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
Gürcüstan Azərbaycana başsağlığı verdi
2014-cü ilin şərf və şal modelləri
Dövlət xəstəxanalarında tibb fakültələri açılacaq - RƏSMİ
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Qarışıq geyimlər
Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Bəhram Bağırzadə həftələr sonra şəkil paylaşdı-FOTO
Koronavirusa görə “Eurovision”da problemlər başladı
Son 14 gün ərzində virusa yoluxma halları artıb - RƏSMİ
Edamdan 18 il sonra bəraət aldı
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Hər səhər tıxacda qalanlar üçün xoş xəbər - FOTO
Böyük Dostoyevski 192 yaşında
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı














