Qadin.NET / Ankara terrorunu törədən qız: "Avaşin"

Ankara terrorunu törədən qız: "Avaşin"

 

Ankara terrorunu törədən qız: "Avaşin"

Türkiyə paytaxtının mərkəzində terror hadisəsiylə bağlı Ankaranın baş prokuroru Harun Kodalak xüsusi istintaq qrupu yaradıb.

 

Milli.Az anspress-ə istinadən bildirir ki, istintaq qrupuna iyirmidən çox əməliyyatçı daxil edilib.

Paytaxtın ürəyində özünü partlatmış terrorçunun kod adı "Avaşin" olub.
Bir qrup Ankara polisinə gedərək mütəxəssis polislərlə əməliyyatları koordinasiya edərkən, ikinci qrup da partlayış baş verən ərazidə araşdırmalar aparıb. Həmçinin partlayışda həlak olanların cəsədlərinin ekpertizası 4 prokurorun nəzarəti altında aparılıb. Araşdırmalar zamanı hadisəylə bağlı bir çox məqamlara aydınlıq gəlib.

Hadisə yerində vəzifə borcunu aparan prokurorlardan biri deyib: "Partlayışdan dərhal sonra hadisə yerinə çatdım. Etdiyim ilk araşdırmada şəxsiyyətinin Ayşe Bilgioğlu olduğunu bildirən bir yaşlı qadın dayanırdı. Əllərində simit olan, çörək paketi olan vətəndaşlar vardı".Ekpertiza üçün mərkəzə gətirilən bütün cəsədlər nömrələnib. Prokurorluq əməkdaşları 9 nömrəli cəsədin yaxınlarının çıxmadığını qeyd edib. Aparılan araşdırmalardan sonra bu cəsədin terror aktını törədən 24 yaşlı PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu bəlli olub. Hadisə yerindən toplanan dəlillər, bomba yüklü BMW markalı avtomobildən əldə edilən cəsəd parçaları və barmaq izindən bu tam təsdiq olunub.

Terrorçu-kamikadze Qars vilayətinin Kağızman rayonunda qeydiyyatda olub. Balıkesir Universiteti Turizm Otelçilik fakultəsinin tələbəsi olan Səhər Çağla Dəmir 2013-cü ildən PKK sıralarına qoşulub. Sonradan Suriyaya gedən qadın burada terror təşkilatının düşərgələrində təhsil alıb və həmçinin təlimlərində iştirak edib. Paytaxtın ürəyində özünü partlatmış terrorçunun kod adı "Avaşin" olub. Səhər Çağla Dəmir 2013-ci ildə PKK üzvü və terror təşkilatını təbliğat etdıyi üçün nəzarətə alınıb. Balıkesir Ağır Ceza Məhkəməsi tərəfindən haqqında iddia açılan Dəmir bu tarixdən aradan itib.
Dünən Ankaranın mərkəzində özünü partlatmış terrorçunun ailəsi Şanlıurfa şəhərində saxlanaraq dindirilib. Səhər Çağla Dəmirin atası qızıyla çoxdan görüşmədiyini iddia edib. Ankara mərkəzində digər bir terrorçu-intiharçı ilə birlikdə minalanmış maşında özünü partlatmış tələbə qızın atası 2013-cü ildən qızıyla ünsiyyət saxlamadığını qeyd edib. Onun sözlərinə görə, Səhər Çağla Dəmir onun uşaqları arasında universitetə oxumağa yola düşmüş tək övladıdır. "Bizə polis gəldi və bizi xəstəxanaya apardılar. Burada DNK  testini etdilər. Əgər terroru həqiqətən qızım törədibsə, onun cənazəsini qəbul etməyəcəm", - deyə terrorçunun atası bildirib.
Terror aktı Ankarada martın 13-də törədilib. Partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb. Ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Son dəfə belə hadisə fevral ayının 17-də törədilib.

İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb. Ümumiyyətlə isə bu, son 5 ayda paytaxtda törədilən 3-cü terror aktıdır. Ümumilikdə, bu hadisələr nəticəsində 180-ə yaxın insan ölüb.

Mənbə: Milli.Az

16 mart 2016
GO BACK