Az olsun, yaxşı olsun
2016-cı il bank sektoru üçün ixtisarlarla başladı. AMB bir-birinin ardınca bazar iştirakçılarının lisenziyalarının ləğvinə start verib. Belə ki, yanvarın 18-dən fevralın 1-dək Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv etdi: bu, "Bank of Azerbaijan", "NBCBank", "United Credit Bank", "Qafqaz İnkişaf Bankı", "Ganjabank", "Atrabank" və "Texnikabank"dır. Lakin, məlum olduğu kimi, bu qərar hətta onların özləri üçün də gözlənilməz olub. Buna görə də bu qərarın ardından bağlanan banklardan biri "NBCBank" digər "tərəfdaşları" ilə birləşmək şərti ilə lisenziyasının qaytarılmasına nail ola bilib. Bu arada, artıq bir sıra kifayət qədər nüfuzlu oyunçular konsolidasiya haqda istəklərini ifadə ediblər və sənədlərlə əsaslandırıblar. Mərkəzi Bankın sədri Elman Rüstəmovun dediyi kimi, bu, islahatların ilkin mərhələsidir və sistemi hələlik ödəmə qabiliyyətini itirən banklar tərk ediblər. "Maliyyə sektorunda konsolidasiya problemləri hər zaman diqqət mərkəzində olub. Bağlanan banklara diqqət yetirilsə, onların ölkənin sosial-iqtisadi sistemində rolu böyük deyildi. Əksinə, onlar maliyyə sabitliyi üçün problemlər yarada bilərdilər", - o, bildirib. E. Rüstəmov qeyd edib ki, rəhbərlik etdiyi struktur bəzi banklara konsolidasiya üçün 1 ay vaxt verib. AMB rəhbəri qeyd edib ki, 2016-cı ilin mühüm vəzifələrindən biri bank sektorunda sabitliyin qorunub saxlanılmasıdır. Belə ki, bu il nizamlayıcının diqqət mərkəzində maliyyə sabitliyi və bank sektorunda səmərəli idarəetmənin saxlanılması üçün keçiriləcək stress-testlər olacaq. "Mərkəzi Bank iqtisadi artımın dəstəklənməsində maliyyə-bank sektorunun rolunun gücləndirilməsinə imkan verən, o cümlədən iqtisadi subyektlərin kreditə çıxış imkanlarını genişləndirən tədbirləri davam etdirəcək. Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaq", - o, deyib.
Müştəriləri itirməmək
Hərçənd, bank bazarında oyunçuların azaldılması, prinsipcə, gözlənilən və zəruri idi. Ekspertlərdə tez-tez sual yaranır - bazarda bu dərəcə kəskin və gözlənilməz dəyişikliklər istehlakçıların sektora olan etimadlarının səviyyəsinə nə dərəcədə təsir edəcək. Bu halda çox şey artıq bağlanan bankların əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) təzminatların verilməsinin nəticəsinin nə dərəcədə qənaətbəxş olmasından asılı olacaq. Fondun rəhbəri Azad Cavadovun sözlərinə görə, 2016-cı ilin əvvəlindən Azərbaycanda lisenziyası ləğv edilən 6 bankın əmanətçilərinə veriləcək kompensasiyanın ümumi həcmi ilkin hesablamalara görə, 117,2 mln. manatdır. Qeyd etmək lazımdır ki, fond vəziyyətə kifayət qədər sürətlə reaksiya verib - bir sıra banklar üçün depozitlərin qaytarılması prosesinə artıq başlanılıb, şəffaflığın təmin edilməsi məqsədilə KİV-lə iş son dərəcə fəal qurulub. Əhalinin banklara olan etimadının artırılması üçün qanunvericilikdə məbləğindən asılı olmayaraq, bütün əmanətlərin tam sığortalanmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib. Əvvəl sığorta sistemi əhalinin 30 min manata qədər və illik 12%-dən yüksək olmayan məbləğini əhatə edirdi. Lakin əmanətin valyutasından asılı olaraq differensiallaşan əmanətlərin faizləri üzrə məhdudiyyətlər saxlanılacaq. Bu yeniliklərin məhz bank sektoruna etimadın yüksək səviyyəsinin saxlanılması üçün faydalılığına heç kim şübhə etmir, onlar da elə bu məqsədlə qəbul ediliblər. Lakin burada başqa məsələ çıxır. A. Cavadovun etiraf etdiyi kimi, lisenziyaları ləğv edilən bankların əmanətçilərinə kompensasiyaların ödənişindən sonra və onların hamısı sığorta hal hesab edilərlərsə, fondun sığorta ehtiyatları 132 mln.-dan 14,7 mln.-dək azalacaq. Elman Rüstəmovun hesablamalarına görə isə əhalinin banklarda əmanəti 9,3 mlrd. manatı ötür. Aydındır ki, bütün banklar bağlanmayacaq, əgər qərar daha 3-4 bank üzrə qəbul edilərsə, ADIF-in vəsaiti yetəcəkmi?Məlum olduğu kimi, burada da təşviş üçün səbəb yoxdur. "Fond təqvim ödənişlərini almaqda davam edəcək. Fond birinci rüb ərzində, təxminən, 7 mln. manat, il ərzində isə, təxminən, 30 mln. manat alacaq. Bundan başqa, qanunvericiliyə əsasən, vəsaitlərimiz bitərsə, biz Mərkəzi Bankdan və ya dövlətdən kredit ala bilərik. Bu halda qanuna əsasən, banklar tərəfindən təqvim ödənişləri ildə sığortalanmış əmanətlərin həcminin 0,5%-dən 0,8%-dək artırılacaq", - A. Cavadov qeyd edib. Bir sözlə, bank sektorundan "üz döndərməyə" səbəb yoxdur. Ələlxüsus da, qeyd edək ki, bank əmanətləri üzrə vətəndaşların faiz gəlirlərinin vergiyə cəlb edilməsi zamanı vergi tətillərinin tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinə dəyişikliklər edilib. Bundan başqa, dəyişikliklər dividendlər, diskontlar formasında gəlirlər və investisiya qiymətli kağızlar üzrə faiz gəlirlərinin də vergidən azad olunmasını nəzərdə tutur. E. Rüstəmovun sözlərinə görə, Azərbaycanda bank sektoru bütövlükdə sabitdir və yüksək göstəricilərlə səciyyələnir. "Banklarda likvidliyin səviyyəsi, təxminən, 5 mlrd. manat təşkil edir. Hazırda isə Azərbaycanda kapitalın adekvatlığı 14% təşkil edir ki, bu, 8%-lik beynəlxalq normadan yüksəkdir", - o, əlavə edib.
Vahid nizamlayıcı
Ekspertlər bu günlər yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasını təkcə bank sektorunun deyil, bütövlükdə ölkənin maliyyə sektorunun inkişafı üçün əlavə müsbət rol oynayacağını da qeyd edirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına əsasən, bu ictimai hüquqi şəxs qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarət edilməsi məqsədilə yaradılıb. Həmçinin palatanın funksiyalarında pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir. Fərmana əsasən, bir ay ərzində dövlət başçısı tərəfindən palatanın nizamnaməsi, strukturu və işçilərinin sayı müəyyən ediləcək. Bu andan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti dayandırılacaq. Qısaca ifadə etsək - yeni struktur ölkənin maliyyə bazarının vahid nizamlanmasını təmin edəcək. "Bu cür prinsip qlobal maliyyə mərkəzlərində uğurla tətbiq olunur və palata öz fəaliyyətində məhz bu mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq", - İqtisadi İslahatlar üzrə AR Prezidentinin Köməkçisi Xidmətinin məlumatında qeyd edilir. AMB sədri E. Rüstəmovun sözlərinə görə, bu konsolidasiyaya beynəlxalq təcrübəyə əsaslanaraq qərar verilib. "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması maliyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq", - o, hesab edir. Bununla belə, E. Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq: "Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəlki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq".Qeyd edilir ki, şəffaflığın təmin edilməsi üçün Palata kollegial idarəçilik prinsipləri ilə idarə olunacaq, bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Bu şəkildə, maliyyə-bank bazarının bir sıra iştirakçıları üçün islahatlar nə qədər ağrılı olsa da, bu, böhran təlatümü şərtlərində ümumi sabitliyin saxlanılmasının yeganə yoludur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yaponiyada 3800 nəfəri gun vurdu
Hava haqqında
Tarkan 10 il sonra Rusiyada - 1,3 milyon alacaq
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Möcüzəvi əkizlər
3166 sahibkara 229,7 milyon manat güzəştli kredit verilib
Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil!"
Kayli Cenner nişanlandı – FOTO
Prezident İlham Əliyev fəxri adlar verdi
Hava haqqında - 16.08.2013
“Mançester Siti”nin iki əsas futbolçusu yeni mövsüm öncəsi koronavirusa yoluxdu
Dəbli geyim kombinasiyaları
KXCP Müsavat Partiyasının təklifini rədd etdi
Barak Obamanın qızı işə başladı - saatı 9 dollara - FOTO
Hamilələr qurban əti yeyə bilərmi?
Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək
Cüdoçularımız 5 qızıl medal qazandılar
Çipsi: biz onu niyə sevirik?
Can Yaman "Diriliş Osman"a qatılır?
"Avropa Oyunları müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir"
HAVA necə olacaq?-12 yanvar
Günün qoroskopu: Ailənin yaşlı üzvlərini sevindirin
Finlandiya meşələri
Soba olladiləri (foto resept)
Məşhur serialın aktyorları sevgili oldular
İlham Əliyevdən 2 yeni təyinat
Dünyanın ən səs-küylü boşanması başlayıb
"Wellington" əridilmiş kərə yağı
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
Novruzla bağlı tədbirlər ləğv olundu-SƏBƏB
İspan rəssamın əl işləri
WhatsApp-dan daha bir yenilik
Limon suyunun 10 faydası
100 milyonluq TƏLƏB-FOTO
Turşəngli qutab (foto resept)
Günün ulduz falı
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Sabah hava nə vəd edir?
Toyuq ciyərindən olladilər (foto resept)
Qonaq otağı mebelləri
Bu gecə ilk Qədr gecəsidir
HAVA necə olacaq?
İnanılmaz: 24 saata 11 kq arıqladı
Pensiyaçıların nəzərinə!
"Fast food" yeməkləri qida borusu xərçəngi riskini artırır
Vacib kredit iclası keçirildi
Kəsmikli çizkeyk(foto resept)
Neft ucuzlaşır
Pankek (video-resept)














