
Məcmu kapitalın minimum həcmi ilə bağlı tələbin yerinə yetirilməsi üçün banklara 2015-cü ilin yanvarın 1-nə kimi vaxt verilib. Bundan öncə banklar üçün 2014-cü ilin yanvarın 1-nə kimi ilyarımlıq müddət müəyyən edilmişdi. Ötən ilin sonunda Mərkəzi Bank bankların kapitalını mütəmadi artırdığını, amma hələ bankların yarısının məcmu kapitalın mininmum həddi ilə bağlı tələbə uyğunlaşdığını nəzərə alaraq müddəti daha bir il uzatdı. Cari ilin sonunda müddətin yenidən uzadılıb-uzadılmayacağı bilinmir. Hər halda qüvvədə olan qərara əsasən kommersiya bankları dekabrın 31-nə kimi Mərkəzi Bankın tələbinə əməl etməlidir.
Banklar nə dərəcə məcmu kapitalının minimum həddi ilə bağlı tələbə uyğunlaşıb?
Kommersiya banklarinin əksəriyyəti 2014-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını açıqlayıblar. Yalnız bir neçə kiçik bankın yeni hesabatlara rast gəlmək olmur. Digər banklar rəsmi saytlarında 2014-cü ilin birinci rübünün yekunları haqqında hesabatlarını yerləşdiriblər. Burada bir müsbət yeniliyi vurğulayaq ki, ötən ilə nisbətən bu il bankların informasiya açıqlılığı yaxşılaşıb. Əvvəlki dövrlərdə ən yeni məlumatlara azsayda bankın rəsmi saytında rast gəlmək olurdusa, indi əksər bank mütəmadi şəkildə yeni məlumatları saytlarında yerləşdirir.
Həmin hesablarla tanış olduqda məlum olur ki, bankların böyük hissəsi, hətta aktivləri kiçik olan banklar belə məcmu kapitalın artırılması tədbirlərini davam etdiriblər. Artıq 9 bankın məcmu kapitalı 100 milyon manat həddini ötüb. 2013-cü ilin 3-cü rübünün yekununda 8 bank 100 milyon manatlıq həddi keçmişdi. Ötən müddətdə "Unibank" da kapitalını artıraraq ilk doqquzluğa düşüb.
Daha 19 bank 50-100 milyon manatlıq həddə çatıb. Altı ay əvvəl məcmu kapitalının həcmi 50-100 milyon manat səviyyəsində olan cəmi 12 bank var idi. 2014-cü ilin birinci rübündə 3 bankın məcmu kapitalı 35-50 milyon manat həcmindədir, 8 bankın kapitalı 20-30 milyon manat, 5 bankın kapitalı isə 3,5-20 milyon manat həcmindədir.
Açıqlanan fərdi məlumatlardan aydın olur ki, ən böyük məcmu kapitala "Azərbaycan Beynəlxalq Bankı" (ABB) sahibdir. ABB kommersiya bankları arasında yeganə dövlət bankıdır və onun məcmu kapitalının həcmi birinci rübün sonunda 950,6 milyon manata çatıb. Bank sektorunda cəmi kapitalın 26,6 faizi ABB-yə məxsusdur.
"Kapital Bank" və "Paşa Bank"ın məcmu kapitalı 240 milyon manatdan yüksəkdir. Birincisinin 246,6 milyon manat, digərinin 241,6 milyon manat məcmu kapitalı var. "Xalq Bankı" 183 milyon manat, "Bank of Baku" 144 milyon manat məcmu kapitala sahibdir.
İlk beşlikdə qərar tutan bankların cəmi kapitalı 1,766 milyard manat olub ki, bu da ümumi bank kapitalının təxminən 50 faizini formalaşdırır. Məcmu kapitalı 100 milyon manatı ötən banklar 2,24 milyard manatlıq (ümumi kapitalın 62,7 faizi) kapitala, məcmu kapitalı 50 milyon manatdan artıq olan banklar isə təxminən 3,3 milyard manatlıq (92 faiz) kapitala sahibdirlər. Məcmu kapitalı 35 milyon manatı ötən daha 3 bankı ("Bank VTB", "NBCBank", "Bank of Azerbaican") da nəzərə alsaq, 32 bankın məcmu kapitalı bank sektorunun cəmi kapitalının 95 faizindən çox hissəsini formalaşdırır.
Yerdə qalan 12 bankın ümumi bank kapitalında payı 5 faizə yaxındır.
İlin sonuna qədər daha bir neçə bank məcmu kapitalını tələb edilən həddə çatdıra biləcək. Məcmu kapitalını 50 milyon manata çatdıracaq banklar sırasında "Bank VTB" (Azərbaycan), "NBCBank" və "Bank of Azerbaican" da olacaq. "NBCBank" son ilyarında məcmu kapitalının həcmini 85 faizdən çox artırıb. "Bank VTB" də məcmu kapitalını sürətlə artırır. Buna görə də növbəti rübdə məcmu kapitalını 50 milyona çatdıran bankların sayının 28-dən 31-ə yüksələcəyini yəqin edə bilərik.
İndi əsas çətinlik məcmu kapitalını hələ 30 milyon manata çatdıra bilməyən bankların qarşısında durur. Birinci rübün sonunda 7 bankın məcmu kapitalının həcmi 20-30 milyon manat həcmində, 4 bankın məcmu kapitalı 10-20 milyon manat həcmində, 2 bankın kapitalı isə 10 milyon manatdan azdır. Məcmu kapitalı 10 milyon manatdan az olan banklardan biri "Azərbaycan Kredit Bankı"dır. Bu bankın açıqladığı məlumata əsasən, birinci rübün sonunda bankın məcmu kapitalı 6,1 milyon manat olub.
Digər bank "Evrobank"dır və onun saytından bankın məcmu kapitalı ilə bağlı məlumata rast gəlmək olmur. Bununla belə, Mərkəzi Bankın kapitallaşmaya dair son məlumatında bir bankın məcmu kapitalının 3,5-5 milyon manat həcmində olduğu bildirilir. Həmin bankın məcmu kapitalının həcmi cəmi bank kapitalının 0,1 faizini, yəni 3,7 milyon manatını təşkil edir. Bu məlumatları əlaqələndirsək, belə məlum olur ki, "Evrobank" təxminən 4 milyon manat həcmində məcmu kapitala sahibdir.Məcmu kapitalın minimum səviyyəsinə dair tələbə uyğunlaşa bilməyən banklar gələcəkdə 2 yoldan birini seçməli olacaq: ya digər bankla birləşəcək, yaxud bank olmayan kredit təşkilatı şəklində fəaliyyətini davam etdirəcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qan donduran məkanda yaşayanlar - FOTO
Hava yenidən istiləşəcək
Çəkinə nəzarət et
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Obama din azadlığını müdafiə edəcəklərini bildirib
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
"Rembo" qayıdır - FOTO
Dilini alnına vuran şəxsin FOTOLARI
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Sabahın HAVAsı
Yaponiyadan Putinə rədd cavabı
Məşhurlar dünən və bu gün
Ərikli-çiyələkli piroq(foto resept)
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
Misirdə mağara məbədi
Alexa Chungın dəbli donları
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Yoqurtu sevməyin 10 səbəbi ( 2-ci hissə)
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Bütün dünyadan gözəllik sirləri
Musiqi ürəyi gücləndirir
Qışın son ayı necə başlayacaq?
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Qarpız alaq, almayaq?
Koreyasayağı salat (foto resept)
Yağışlı havada darıxmamaq üçün...
Zakir Həsənov həkimləri cəbhədə topladı
Barmaq izləriniz və xarakteriniz...
Avropadan Azərbaycana Qarabağ xəyanəti
Xərçəng xəstəliyindən qorunun!
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Azanı təhqir edən aktrisa həbs olunacaq
Üzünüzü güldürəcək şəkillər
Özge Ulusoydan maraqlı paylaşım-FOTO
Kiçik ölkənin böyük hədəfləri...
"Bakı 2015" Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib
Quru əncir şirniyyatı (foto resept)
Yeni illə gələn təhlükə
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
Bakının qiyməti qalxdı
Azərbaycanda rezidenturanı bitirən həkimlərə müjdə
Olimpiya günlərində toy qadağan edildi
Biri-birindən gözəl toy donları
6 ayda 212 kq arıqladı
Yolun solu ilə maşın idarəsi
Ofis işçilərinin xəstəliyi
Ən maraqlı "Şaxta baba" tortları
Acun evini 125 trilyona satdı
Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]