Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak etmişlər.
Trend bildirir ki, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlamış, təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirmişdir. Nazir qeyd etmişdir ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür.
Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirmişdir. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etmişdir. Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyini söyləmişdir. Təhsil naziri demişdir ki, ilk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanmışdır. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır.
Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların ilk növbədə təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir.
XƏBƏR LENTİ
Hərbçilərimiz Ağdamda minaya düşdü: Həlak olan var - RƏSMİ
Hind toyuğu qızartması (foto resept)
Azərbaycan milli uşaq oyunları-7
Dekorasiyada vintage tərzi
"Hara getsələr, qaça bilmirlər, mənimlə düşür ermənilər"
20 ani çəkilmiş foto
Tuğba Özay xəstəxanalıq oldu-SƏBƏB
Zəruri vitaminlər
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Koronavirusun yeni mutasiyasının əsas təhlükəsi AÇIQLANDI
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
HAVA necə olacaq? 9-yanvar
Prezident İlham Əliyevin doğum günüdür
"Payız aylarına hazır olmalıyıq" - Baş infeksionistdən xəbərdarlıq
Məhəmməd Əli ilə vida mərasimi keçirilib
4 addımla dərinizi gözəlləşdirin
2012-ci ilin səndəl modelləri
Qurban Qurbanov: ""Neftçi" mənim üçün..."
SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Koronavirus bu tarixə qədər davam edəcək
İki qolu olmayan iki övlad anası: onun əzələlərinə baxın
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Azərbaycanda zəlzələ oldu
Ermənistanla Qazaxıstan arasındakı gərginlik artır
Azərbaycanda hansı mobil telefon dəbdədir?
COVID-19-un zəhərlənmə kimi müalicəsi təklif olundu
Acun Eserin toyuna maşın bağışladı_FOTO
Cemli piroq(foto resept)
Özünə inam testi
Putin İrəvana gedir, amma...
İnessa M-in-"Nağıl" adlı broş kolleksiyası
Alişan yoldaşının saçından yazdı-FOTO
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Profil üçün şəkillər
Monikadan növbəti eleqant obraz - FOTO
Günün qoroskopu: Aktiv olun!
“Dərs vaxtı”nın bu günə olan cədvəli
Səhər saatlarından düşmən rayonlarımızı artilleriya atəşinə tutub - RƏSMİ
“Survivor” bu görüntülərə görə cərimələndi - VİDEO
"Yeralması" şorbası (video-resept)
"Dilqəm və Şahbazın azad edilməsi üçün hələ də ciddi addım atılmayıb"
İldə bir milyon Azərbaycanlı İrana müalicə məqsədi ilə gedir
Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Bakı haqqında 1968-ci ildə çəkilmiş və heç vaxt görmədiyiniz film - VİDEO
Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO
İstedadlı övlad böyütməyin asan yolları
Dırnaqları necə möhkəmləndirməli
Əl işlərim
Ölümün bir addımlığında...