İki il öncə bu xəstəliyə yoluxan Zivər Hüseynovanın söylədiyinə görə, bir neçə gün halsızlıq, yuxusuzluq və baş ağrılarından şikayətlənib: “Fikirləşdim ki, ağır fiziki işlə məşğul olduğum üçün belə oluram. Yəqin, 1-2 günə keçib gedər. Ancaq bir müddət sonra vəziyyətim daha da pisləşdi, hərarətim yüksəldi, baş ağrılarım şiddətləndi, bənizim soldu, dilim şişdi və üzəri ağarmağa başladı, dodaqlarımda çatlar əmələ gəldi. Hərəkət edə bilmirdim. Hətta qolumu qaldırmağa belə taqətim yox idi, çox zəifləmişdim. Həkimə müraciət edib qan analizi verdim. Analizdən sonra qarın yatalağına yoluxduğum məlum oldu. Vəziyyətim çox pis idi. Mənə elə gəlirdi ki, öləcəm. Bir neçə ay xəstəxanada qaldım və həkimlərin nəzarəti altında ciddi şəkildə müalicə olundum. Müalicə müsbət effekt verdi və tədricən sağlamlığıma qovuşdum”.
Tədricən ortaya çıxan simptomlar
Həkim-infeksionist Aygün Həsənovanın sözlərinə görə, kəskin infeksion xəstəlik sayılan qarın yatalağını bakteriyalar törədilir. Soyuğa qarşı çox davamlı olan bu bakteriyalar torpaqda, suda, meyvə-tərəvəz və digər qida məhsullarında bir neçə ay yaşaya bilir. Xəstəliyə yoluxma su və qida məhsullarının qəbulu yolu ilə əsasən yay və payız aylarında təsadüf edilir. Xəstəliyin inkubasiya (gizli) dövrü 8-30, bəzən də 3-40 gündür. Tədricən başlayan xəstəlik zamanı xəstədə zəiflik, əzginlik, halsızlıq, baş gicəllənməsi, güclü baş ağrıları, hərarətin yüksəlməsi, üşütmə, iştahsızlıq, yuxusuzluq kimi əlamətlər müşahidə olunur. 7-8 gün sonra isə xəstənin vəziyyəti kəskin şəkildə dəyişir. Xəstədə sayıqlama, qarabasma, yuxunun pozulması, ətraflarda titrəmə, keyləşmə yaranır. Xəstənin dərisi quruyur və solğun rəng alır, hərarət yüksəlir, dil böyüməyə, üzəri ərplə örtülməyə başlayır. Ovucları və pəncəsi sarımtıl rəng alır. Xəstəliyin kəskin dövründə dil quruyur və üzərində kiçik həcmli qansızmalar yaranır. Dodaqlarda quruma, çat və qabıqlanmalar olur. Qarın köpür, dalaq, qaraciyər böyüyür və bəzi orqanlarda funksional pozğunluqlar ortaya çıxır. Xəstə qarın nahiyəsində küt ağrılardan və qəbizlikdən əziyyət çəkir. Xəstəliyin 9-10-cu günündə döş qəfəsinin ön divarında, qarın ətrafı nahiyələrdə çəhrayı rəngdə, girdə kiçik səpkilər əmələ gəlir.
Sinir sisteminə zərbə
İnfeksionist deyir ki, qarın yatalağı zamanı xəstənin tənəffüs sistemində də müəyyən problemlər ortaya çıxır. Xəstə bəzən nəfəs çatışmazlığından şikayətlənir. Bu hal əsasən xəstəliyin kritik dövründə müşahidə edilir. İlk günlərdə xəstənin ürək-qan damar sistemində də pozğunluqlar yaranır. Nəbz zəif olur, xəstə küt ürək ağrılarından şikayətlənir. Ancaq bir müddət sonra bu simptomlar keçib gedir. Xəstəlik daha çox sinir sisteminə, ən çox da vegetativ sinir sisteminə ciddi təsir edir. Bu da özünü şiddətli baş ağrısı, bayılma kimi əlamətlərlə büruzə verir. Xəstəlik ağırlaşdıqda isə xəstə hətta komaya da düşür.
Bağırsağın deşilmə təhlükəsi
A.Həsənovanın dediyinə görə, qarın yatalağını törədən bakteriyalar orqanizmə düşdükdən sonra ilk olaraq dəyişikliklər bağırsaqda və limfa vəzlərində baş verir. İnfeksiyanın təsirindən limfa vəzləri böyüyür. Bir müddət sonra bağırsağın, demək olar ki, bütün qişaları nekroza (çürümə) uğrayır. Xəstəliyin üçüncü həftəsində bağırsağın nekrozlaşmış hissəsi qopmağa başlayır. Tədricən qopan yer yaraya (xora) çevrilir. Damar divarının nəzilməsi nəticəsində bağırsaq qanaxması baş verir. Bundan sonra da bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülür. Nəticədə peritonit baş verir. Bu zaman xəstənin vəziyyəti ağırlaşır, üzü avazıyır, qarın nahiyəsində güclü ağrılar baş qaldırır. Ağrılar o qədər güclü olur ki, xəstə hətta huşunu da itirir. Vaxtında cərrahi müdaxilə olmadığı təqdirdə xəstə həyatını itirə bilər.
Diaqnoz
Həkim bildirib ki, xəstəliyin kritik həddə çatmaması üçün vaxtında və düzgün diaqnozun qoyulması başlıca şərtdir. Xəstəliyə xas əlamətlər - güclü baş ağrıları, yüksək hərarət, yuxu pozğunluğu, üzəri ərplə örtülmüş dil, bədəndə səpkilər və sair əsasında qarın yatalağına diaqnoz asanlıqla qoyula bilir. Qanın laborator müayinəsi isə xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün ən əlverişli üsuldur.
Müalicə və profilaktika
A.Həsənova vurğulayıb ki, xəstəliyə yoluxan insan xəstəxana şəraitində müalicə olunmalıdır. Qarın yatalağının müalicəsində əsasən antibiotiklərdən və intoksikasiyaya qarşı preparatlardan istifadə olunur. Müalicə kursu əsasən bir necə mərhələdən ibarət olur. Xəstənin immun sistemini yüksəltmək üçün vitamin terapiya da tətbiq edilir: “Qarın yatalağından müalicə olunan xəstənin qidasına da xüsusi fikir verilməlidir. Belə xəstələrə asan həzm olunan, yüksək kalorili, vitaminlərlə zəngin qida verilməlidir. Ancaq xəstə qatı, kəskin və ədviyyatlı qidalardan uzaq durmalıdır. Çünki belə qidalardan istifadə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Xəstə müalicə müddətində yataq rejimində olmalıdır. Kritik dövr keçdikdən sonra yataqdan qalxmaq olar. İnfeksiyanın yayılmaması üçün sanitar-gigiyena qaydalarına da ciddi şəkildə əməl olunmalıdır. Xəstənin qaldığı otaq, istifadə etdiyi qablar tez-tez dezinfeksiya edilməlidir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR