Buğa - Günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər yarana bilər.Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər.Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdankı bir münaqişəni də həll etmək şansı var.
Əkizlər - qonaq qəbulu, eyni zamanda xeyli uzaqdan gələn müsafirləri qarşılamaq üçün əla gündür. Həm özünüzü əla ev sahibi kimi göstərə, həm də xoş söhbətlə gözəl vaxt keçirərək faydalı əlaqələri möhkəmlədə biləcəksiniz. Maraqlı təkliflər alırsınız. Bunlardan biri həyatınızı kökündən dəyişə bilər.Bu gün yaranan problemlərin əksəriyyəti tələsik qərarlar verməyiniz səbəbindən ortaya çıxır. Bir qədər təmkin həm özünüzü, həm ailə üzvlərinizi çətinlikdən qurtarmaqda sizə kömək edər. Günün ikinci yarısı yaşlı qohumlarınızla ciddi fikir ayrılığı mümkündür.
Xərçəng - sizin öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Başqalarını kor dalana salan hadisələr sizi ciddi məşğul etmir. Üstəlik, siz çox gözəl tərəfdaşlar tapırsınız. Onlar sizin yolunuzda canlarından keçməyə də hazırdırlar, özü də əvəzsiz. Böyük qələbələrlə yanaşı, xırda sevinclər də az deyil. Yaxınlarınız xoş sürprizləri əsirgəməyəcək, dostlarınız xoş xəbərləri sizinlə bölüşməyə tələsəcəklər. Bu gün romantik görüşlər təyin edə bilərsiniz. Onlar sizin istədiyiniz kimi keçəcək.
Şir - bu gün işləriniz ona görə alınır ki, ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.Günün ikinci yarısı sakitlik vəd edir. Romantik görüşlər, sevgi etirafları üçün əla vaxtdır. Yaxınlarınız üçün xırda hədiyyələr, suvenirlər ala bilərsiniz.
Qız - ehtiyatlı olun: mənfi tendensiyaların gücü bu gün xüsusilə artır. İşdə problemlər ola bilər. Bəzi səhvləriniz maliyyə itkilərinə səbəb olacaq. Uğursuz şərait və ya rəhbərliyin qəfil tapşırığı ucbatından planları dəyişməli olacaqsınız. İş görüşləri baş tutmur, əvvəllər əldə etdiyiniz razılaşmalara isə yenidən baxmaq tələb olunur.İntellektual potensialınız yüksəkdir və bu, əsas silahınızdır. Məhz ağlınız, düzgün mühakimələriniz sayəsində maneələri aşa, çətin problemləri həll edə, günü əla başa vura biləcəksiniz.
Tərəzi - Hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür. Odur ki, münaqişəli situasiyaların çoxluğu qaçılmazdır. Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.
Əqrəb - bu gün daha məsuliyyətlisiniz. Ciddi yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var. Çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa bilərsiniz.Yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu, təhlükəli ola bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa bilərsiniz.
Oxatan - dünəndən bəri, sanki, elə bir hadisə, dəyişiklik baş verməyib, amma gün daha xoş və şən görünür. Hirs və qıcıqlarınızın öhdəsindən gələrək bütün günahkarları bağışlayacaq, küskünlükləri bir kənara ataraq həyatın dadını çıxarmağa çalışacaqsınız. Gün şəxsi məsələlərin həlli üçün çox münasibdir. Çoxdankı bir arzunuz həyata keçə bilər.Yaradıcılıq, təhsil, tədqiqat işləri ilə məşğul ola bilərsiniz. Uğurlu alış-veriş mümkündür. Səfərlər, dostlarla görüş, aktiv istirahət əhvalınızı yüksəldəcək.
Oğlaq - istənilən söhbət, ünsiyyət üçün gözəl gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə, yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz. Əyləncəylə, asudə vaxtla bağlı ideyalırınız möhtəşəmdir.Mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul edirsiniz.
Dolça - ünsiyyətə açıqsınız. İnsanlara gülümsəyirsiniz və müvafiq cavab özünü gözlətmir. Yeni işə başlamaq üçün əla gündür. Siz, şübhəsiz, lider olacaqsınız. Köməkçiləriniz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dostlarınızla birlikdə yaxşı əylənə bilərsiniz. Bəzi Dolçaların yeni pərəstişkarları olacaq.Maliyyə vəziyyətini pis adlandırmaq olar. Özlərinə lazım olmayan əşyaları satan insanlar bu gün sizi tapırlar. Onlardan yaxa qurtarmaq isə elə də asan deyil.
Balıqlar - bu gün xeyli plan qura bilərsiniz, amma onları həyata keçirmək mümkün olmayacaq. Ya öz gücünüzü düzgün hesablamırsınız, ya da tərəfdaş seçiminiz yanlış olur, işlər isə tökülüb qalır. Ən yaxşısı, mürəkkəb bir məsələni bir kənara qoyub, daha asanını və daha maraqlısını yerinə yetirməyə çalışın.Günün ikinci yarısı isə öz problemlərinizi başqalarının hesabına həll etməyə çalışacaqsınız. Sizi tezliklə ifşa edəcəklər və bu, heç də xoşunuza gəlməyəcək. Tərəfdaşlarınızla, sizi, həqiqətən, sevən insanlarla münaqişə gözlənilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
Lətifələr kitabımdan
Aralarında 33 yaş fərqi olsa da...-FOTO
"Chek-up"dan keçmisinizmi?
Facebookdan yenilik
Azərbaycana qarşı terroru kim və niyə dəstəkləyir?
Azərbaycan XİN-də Seyşel Respublikasının sabiq Prezidenti ilə görüş keçirilib
Günün qoroskopu: düzgün olmayan qərarlar verə bilərsiniz
8 Mart hansı ölkədə necə qeyd edilir?
Bədən üçün kalsium və fosfor
Təzə balığın seçilməsi və saxlanması
Rihanna ana olacaq?
Rayon avtomobillərinə aid qadağa qüvvəyə mindi
Dünyada bu qidaların yeyilməsi qadağan edilib
Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? - RƏSMİ
Hamilələr üçün bandajı necə geyməli?
Uşaq otağı mebelləri
Cins donu necə geyinməli?
Bu şəxslərə müavinət veriləcək - ÖZƏL
İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
Dibçək bitkiləri haqqında (2)
2013-də Azərbaycanda neçə film çəkilib?
Burak Özçivit əməliyyat olunacaq
Qarpızın fərqli təqdimatı
Tülkü və Aslan
700 bal toplayan abituriyentlərin SAYI AÇIQLANDI - RƏSMİ
Google Glass artıq açıq satılır
Amine 500 minlik gəlinlikdən danışdı-FOTO
Ronaldinyonun super qolu komandanı finala aparmadı
Çiyələkli mürəbbə (foto-resept)
Xəyanət haradan başlayır
Asan salat (foto resept)
Feyxoanın möcüzələri
Ekzoplanet aşkarlandı-FOTO
Nyu-York rəngləndi
Qeyri adi qaşları olan it – VİDEO
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər
Kartoflu zapekanka (foto resept)
"Yaprak dökümünün "Şevket"ini bir də indi görün - FOTO
Buz qayalarına belə dırmandılar
2018-2019 Payız/Qış saç trendləri
Hava haqqında
2018/2019 Qış gözəllik trendləri
Bürclər Emelenin qələmindən
"Feysbuk" statusları redaktə etmək funksiyasını ləğv etdi?
Az kalorili məhsullar
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
Osmanlı imperiyasının qəribə adətləri
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]