
Əgər orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləsi pozulubsa, təzyiqinizlə bağlı problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbul etməyə tələsməyin. Milli.Az Atv.Az-a istinadən bildirir ki, bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür. Yetər ki, yemək menyunuzun tərkibinə feyxoa əlavə edəsiniz.Feyxoa - ekzotik meyvədir. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Adətən noyabr ayının ortaları və yanvar ayının sonu ən məhsuldar dövrüdür. Feyxoa XIX əsrdən tanınıb. Həmişəyaşıl ağaclar sinifinə aiddir. Bu meyvə Braziliya təbiətşünası "Joao da Silva Feyxo" nun şərəfinə feyxoa adlandırılıb. Feyxoanın tam tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olub.Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Ortaya maraqlı bir sual çıxır. Bəs nə üçün yod bizim orqanizmimizə lazımdır? Cavab çox sadədir. Çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi pozğunluqlardan tamamilə uzaqlaşdırır. Əgər orqanizminizdə yod yeterincədirsə,o zaman əmin olun ki, siz özünüzü gümrah, şən, əks halda siz daim özünüzü yorğun, gücdən düşmüş və sanki heç nəyə həvəsiniz olmamış kimi hiss edəcəksiniz.Yodla bərabər feyxoa özündə 93 mineral maddələri cəmləşdirir. Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, habelə təbiətin ona bəxş etdiyi alma turşusu da var. Bu da insanın simasına xüsusilə gözəllik verir. Feyxoa eyni zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit ( böyrək problemi) , mədə-bağırsaqda qastrit, kolit və s. kimi xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz. Yaxud dərinizdəki ləkələri aparmaq üçün feyxoanı şirə çəkən maşından keçirin, yaxın dərinizə. Tərkibindəki bolluca C vitamini ləkələrin təmizlənməsinə kömək edəcək. Həmçinin soyuducunun buz dolabına töküb daim üzünüzə çəkə bilərsiniz. Nəticənin mükəmməl olacağından əmin ola bilərsiniz. Xəstəliklərdə istifadə etmək üçün 1:1 şəkərlə feyxoa götürülür, bura qabıqlı halda limon və portağal da çəkə bilərsiniz . Daim soyuducuda saxlanılır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək lazımdır. 10 gün qəbul edib, 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. Həmçinin uşaqlarda boğaz ağrısına qarşı, qan artmasına, immun siteminin artmasına yardımçı olacaq.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Türkiyədə dəhşətli yol qəzası
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
Sinan Akçıl BOŞANDI
Gəncədə reyd keçirilib
Yemək seçən uşağınızı yola gətirin
Qondarma rejimin “müdafiə naziri”nin məhv edildiyi avtomobil - FOTO
Təki sən gülümsə...
Əməliyyatsız burun kiçiltmə texnikası
Qadın.Net-lilərin ilk məktəb həyəcanı...
Yeni il hansı bürcə DÜŞƏRLİ OLACAQ?
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Dünya mətbəxi - Fransa
Gənc yazar "Donuz qripi"nə yoluxdu-FOTO
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK
Claudia Schiffer moda sərgisi açır
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Kəs və yapışdır-58
Hamilələrdə doğuş qorxusu
Türk məşhurları idman edərkən
Türkiyə səfirliyindən Bayraq günü təbriki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Göldə itən aktrisanın cəsədi tapıldı
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Ancelina Coli uşaqları Pittdən soyutmağa çalışır?-FOTO
Zamiq: "Bu il evlənəcəm"
40 metro stansiyası bağlandı, avtobus səfərləri təxirə salındı
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
Sual
Möcüzəvi əkizlər
Kıvanç Tatlıtuğ 3 milyon ziyana düşdü
Gimnastımız Avropa çempionatında 3-cü oldu
Fərqli saç aksessuarı
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Hava haqqında - 08.09.2013
Namaz qılmaq üçün “ağıllı canamaz”
Seda Sayandan qəribə etiraf
Uşaqların sosial-psixoloji inkişafı-28
Dərini gözəlləşdirən möcüzəvi məsləhətlər
Sinan Akçıl əkiz qardaş və bacısını gösərdi-FOTO
Hava haqqında
Xroniki xəstələr oruc tuta bilərmi?
Facebook-da bu tələlərdən uzaq durun!
Yağlı dəridən necə xilas olmalı?
Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ
Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək
Azərbaycanda bu şəxslər ödənişsiz ali təhsil ala bilər
Azərbaycanda "Formula 1" 2015-ci ilin payızında keçiriləcək. (ƏLAVƏ OLUNUB).
Yağ yandırmağa kömək edən çaylar
Şuşada ilk çörək sexi fəaliyyətə başladı - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]