Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.Milli.Az APA-ya istinadən bildirir ki, ölkə daxilində 54 milyon, xaricdə isə 3 milyon vətəndaşın səs verməyə haqqı olan seçkidə seçicilərin təxminən 84%-i iştirak edib. Səsvermənin rəsmi olmayan ilk nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4%-ni alaraq seçkidən birinci yerdə çıxıb.Bu reytinq AKP-nin məclisdə 316 mandat qazanmasına səbəb olub ki, heç bir ictimai rəy sorğusu şirkəti AKP-nin bu qədər səs ala biləcəyini əvvəlcədən təxmin etməyib. Seçkini 25,4% səslə ikinci yerdə tamamlayan Cümhuriyyət Xalq Partiyası (CHP) məclisdə 134 millət vəkili ilə təmsil edəcək. 7 iyundakı seçkidə də təxminən eyni dərəcədə səs almış CHP məclisdə 132 millət vəkili ilə təmsil edilirdi. 7 iyundakı seçki ilə müqayisədə 4% səs itirərək 12% səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq. 10%-lik ölkə baryerini xaricdən gələn səslərin hesabına 0.5% fərqlə keçə bilən kürd təmayüllü Halkların Demokratiya Partiyası (HDP) isə məclisə 59 millət vəkili ilə daxil olub. Bu nəticələrə görə, seçkinin qəti qalibi AKP, ən çox reytinq itirən siyasi qurumları isə MHP və HDP olublar. Faiz etibarı ilə HDP-dən daha yüksək reytinq alan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10%-lik baryerdən irəli gəlib. Belə ki, ölkənin Cənubi-Şərq bölgələrindən daha çox səs alan HDP-nin reytinqi o bölgələrdən daha çox mandat qazanmasını şərtləndirsə də, MHP-nin İstanbul kimi böyük şəhərlərdə qazandığı reytinq bu partiyanın daha çox mandat qazanmasına kifayət etməyib. Seçkinin gedişini ana vətəni Konyada izləyən AKP lideri Əhməd Davudoğlu ilk qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra partiya üzvlərinə və tərəfdarlarına müraciət edərək onlara minnətdarlığını bildirib. 2019-cu ildəki seçkiyə qədər ölkəyə xidmətə davam edəcəklərini xatırladan AKP lideri Davudoğlu "İnşallah, Allah-tala axirətdə də sizlərlə qonşu olmağı mənə qismət edər"- deyə sözlərini bitirərək Konyadakı Mövlana muzeyini ziyarətə gedib.
Qeyd edək ki, Türkiyənin parlamentar sistemində hökumətin məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyac var. 1 noyabrdakı nəticələrə görə, AKP 5 aydan sonra 316 mandatla yenidən təkbaşına hökumət qura biləcəkdir. 7 iyundakı seçkidə 258 mandat qazanmış AKP-nin nə təkbaşına, nə də koalisiya hökuməti qurması mümkün olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra müxalifət partiyalarında ciddi çalxantıların olması gözlənilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sırğa modelləri
Koronavirusa qarşı ömürlük immunitet qazanmaq olar?
Təbii gözəllik vasitəsi: Hind Yağı
Bayraq küləyə tab gətirməyib
Müslüm Gürses 21 milyona film çəkdi-FOTO
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
Sərnişinlərə şad xəbər: “Sahil” stansiyası...
Bu qadağa da ləğv olundu
Göz yaşlarının intiharı
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
İlk iş gününün hava proqnozu açıqlandı
Günün ulduz falı
Muğanbank İsmayıllı rayonunda yaşıllaşdırma aksiyasında iştirak edib
Əhvalı yüksəldən məşğuliyyət
Çanta modelləri
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
Tatlısəsdən evlənmə təklifi-FOTO
Kəsmikli tort (foto resept)
Qadın idmançımız Avropa çempionatının finalında
Dəriyə parlaqlıq verən ərzaqlar
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Şokoladlı tort (foto resept)
Bu da yeni Nissan Qashqai
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Avropa İttifaqı sərhədlərin açıldığı ölkələrin sayını azaltdı
Seriala baxıb evdən qaçan qadınlar
48 saat dayanmadan oyun oynadı-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın
Doğru insanı tapdığınızı göstərən işarələr
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Bu ölkədə insanları elektron bilərzik vasitəsilə izləyəcəklər
İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - Əbdül Hüseynov
HAVA necə olacaq?
Bu ölkə gözəl qadın "fabriki"dir
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib
3 günə arıqladan banan pəhrizi
Ana-atalığın verdiyi məsuliyyət hissi
Ərəb şeyxi rəsmi qarşılandı
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
Dazlaşma problemi olanlar, çarə tapıldı
Bazar, mağaza və yarmarkalar belə fəaliyyət göstərəcək - RƏSMİ
Lolita qonorarını açıqladı
Geyim kombinasiyaları
Erməni cərrah: “Ermənistan hərbçiləri arasında ölən və yaralananlar həddən artıq çoxdur”
2017-nin dəbli şərfləri
Arıqladan kokteyllər - RESEPTLƏR
Körpə biskviti ilə kökəlmə
Ürək üçün ideal MƏHSUL














