Milli.Az-ın sorğusunu cavablandıran "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, havanın orta sutkalıq temperaturu 8 dərəcədən aşağı düşməyincə, istilik mövsümünə noyabrın 15-dən tez başlanmayacaq: "Hələ Sovet dövründən, 1969-cu ildə Bakı Şəhər İstilik İdarəsi yaranandan bəri Nazirlər Kabinetinin qərarı ilə respublika ərazisində istilik mövsümü 152 gün - noyabrın 15-dən aprelin 15-ə kimi, dağlıq ərazilərdə isə 182 gün nəzərdə tutulurdu. Amma orada bir bənd var idi ki, meteroloji şəraitdən asılı olaraq, payızda havaların kəskin soyuması baş verərsə və ya yazda havalar tez qızarsa, yerli icra hakimiyyətlərinin qərarına əsasən, istilik mövsümü vaxtından tez və ya gec başlaya, eləcə də tez və ya gec bitə bilər. Yəni Bakı şəhərində istilik mövsümünün başlanması Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə tənzimlənir. İstilik mövsümü ilə bağlı norma və qaydalarda göstərilir ki, havanın orta sutkalıq temperaturu 5 gün dalbadal müsbət 8 dərəcə C-dən aşağı olarsa, yerli icra hakimiyyəti orqanları istilik mövsümünün tez başlanması barədə sərəncam verə bilərlər. Əgər temperatur 8 dərəcədən aşağı deyilsə, o zaman mövsüm noyabrın 15-dən tez başlamayacaq. Biz də bunu görə-görə gəlmişik.Noyabrın 15-dən aprelin 15-dək olan vaxt sınaqdan çıxarılmış mövsümdür. Amma ötən il havalar tez soyudu və noyabrın əvvəlində, ilk növbədə, istilik verilməsi nəzərdə tutulan obyektlərə - uşaq və doğum evləri, xəstəxana və poliklinikalara, internat məktəblərinə istiliyin verilməsinə başlandı, daha sonra yaşayış binalarındakı sistem işə salındı".Xidmətin rəisi bildirib ki, yeni istilik mövsümünə keçidlə bağlı sərəncam veriləndə qaz və işığın alındığı "Azəriqaz" İstehsalat Birliyi və "Azərenerji" ASC də payız-qış mövsümünə keçməlidir: "Yəni təkcə bizim vaxtından tez yeni mövsümə keçməyimizin heç bir mənası olmayacaq. Biz yalnız fərdi qazanxanası olan obyektlərdə, məsələn, internat məktəbi, xəstəxana və s. bizimlə birbaşa müqaviləsi olan obyekt varsa, onların xahişi ilə orada istilik sistemlərini vaxtından tez işə sala bilirik. Amma harada ki, istilik sistemi mərkəzi rayon istilik qazanxanalarına bağlıdır, artıq orada iş təkcə bizdən asılı olmur. Bunun üçün "Azəriqaz" da, "Azərenerji" də bizimlə paralel payız-qış mövsümünə keçməlidir. "Azəriqaz" qazın təzyiqini artırmalı, "Azərenerji" isə istilik enerji mənbəyindən istilik verməyə başlamalıdır".Deməli, məntiqlə sakinlər hələ ya 3 həftə də birtəhər dözməli, ya da temperaturun 8 dərəcədən aşağı enməsini gözləməlidirlər.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO