Milli.Az bildirir ki, bunu dailykarabakh-a açıqlamasında ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.Amerikalı diplomat bildirib ki, münaqişənin həlli üçün tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-dan və Fransadan güclü siyasi dəstək hiss etməlidirlər və bu dəstək ən yüksək hökumət səviyyəsində göstərilməlidir.Metyu Brayza Qərb liderlərinin bu istiqamətdə fəallıq göstərməyə hazır olduğunu görmür: "Ancaq onlar bunu etməlidirlər. Qərb liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Rusiya ilə gündəliklərinə qoymağa təkid etməlidirlər". Sabiq amerikalı həmsədr hesab edir ki, Qərb liderlərinin başı Suriya, İŞİD, miqrantlar, qaçqınlar, Ukrayna böhranı və digər məsələlərə qarışmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet hesab etməlidirlər: "Bu böhranlı məsələlər kritik həddə çatdığı bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda yeni böhrana yol açmasına imkan verilməməlidir, çünki sonra bu məsələ daha təhlükəli vəziyyətə çatmaqla daha çox vaxt və səy göstərilməsini tələb edəcək. Bu baxımdan Qərb liderləri əvvəlcədən vasitəçilik prosesində daha çox səy göstərməlidirlər". Metyu Brayza hesab edir ki, hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər də çox vaxt və səy tələb etməyəcək, çünki münaqişənin həlli üçün "Madrid sənədi" formasında əsas prinsiplər artıq hazırdır və bu prinsiplər Azərbaycanı, Ermənistanı münaqişənin həlli üçün çərçivə razılaşmasına xeyli yaxınlaşdırır. Amerikalı həmsədr hesab edir ki, münaqişə tərəfləri özləri irəliyə doğru konstruktiv və gözlənilməz addımlar atmaqla diqqəti cəlb etməyənə qədər Qərb liderləri, çətin ki, yuxarıda qeyd olunan amillərə diqqət yetirsinlər. "Lakin Qərb liderlərinin siyasi dəstəyi olmadan münaqişə tərəfləri üçün bu cür addımı atmaq olduqca çətindir. Beləliklə biz toyuq və yumurta dalanında qalırıq".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 363 yeni yoluxma
Yeni prezident ölüm hökmünü bərpa etmək istəyir
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO
Erməni hərbçinin dəhşətli etirafı
Milyarderlər hansı avtomobilləri sürürlər?
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Qəbul imtahanı başa çatdı
Bu gecə cəbhədə nə baş verdi?
Abituriyentlər imtahana bəyannamə ilə buraxılacaq - RƏSMİ
İşğaldan azad edilmiş Cəbrayılın Hovuslu kəndindən görüntülər - VİDEO
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
LC Waikiki
Leykemiya haqqında bilmədiklərimiz
“Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır” - Mehriban Əliyeva
İt pişik balalarını ölümdən xilas etdi - FOTO
Yemək, idman və yuxu üçün ən uyğun zaman
BÜRCLƏR bizə nə vəd edir?-22 yanvar
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Asan salat (foto resept)
Nikahı möhkəmləndirən məqamlar
Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir”
Uşaqlar üçün tortlar
İki ölkə arasındakı qalmaqal məktəb dərsliyində
Gəzməyə qərib ölkə, bəs bayrama?
Yanan binanın aqibəti necə olacaq?
NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?
Azərbaycanda qızıl istehsalı artıb
Müdriklər demişlər (2-ci hissə)
Azərbaycanda iqlim dəyişmələri insanların sağlamlığına necə təsir edir?
Digər ölkələrdə tərbiyə üsulları
İdmançımız Çində möhtəşəm qələbə qazandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Rusiya-Almaniya teleskopu kosmosda heyrətamiz bir struktur tapıb
HAVA necə olacaq?
"Ballı tort" (foto-resept)
Bu göldə çimənlərin saçları saralır
Bolqar bibərli toyuq kotleti (foto resept)
Tək böyrəklə yaşayanlara tövsiyələr
Temperatur artır
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Muazzez Ersoydan Ledi Qaqa AÇIQLAMASI-FOTO
Orta məktəblərə işə qəbul olunmaq istəyənlərlərin nəzərinə
Buludu topa tutacağıq
Bakıda mənzillərin qiymətləri - CƏDVƏL
Beyin haqqında miflər(1)
"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət
İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın
Azra Akın ana olacaq-FOTO














