İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşı vuruşur.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər naziri Vladimir Kolokolsevmətbuata açıqlaması zamanı deyib.
Terror qruplaşmasının tərkibində vuruşanlardan 477 nəfərə qarşı cinayət işi açıldığını bildirən nazir qeyd edib ki, bu vəziyyət Rusiya hakimiyəti ilə yanaşı yerli sakinləri də narahat edir.
Daxili işlər nazirliyinin başçısı döyüşçülərin əsasən Rusiyanın Şimali Qafqaz regionundan olduğunu bildirib. Qruplaşma Rusiyada daxil olmaqla bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.Bu rəqəmlərə nəzər yetirdikdə görürük ki, İŞİD Rusiya üçün böyük problemə çevrilir. Bir problem qruplaşmanın tərkibində döyüşənlərin sayının artması, digər bir problem isə bu döyüşçülərin Rusiyanın ən qaynar regionlarından biri olan Şimali Qafqazdan olmalarıdır.
Bu ilin iyul ayında terror təşkilatı Şimali Qafqaz regionunda “Qafqaz Əmirliyinin” tərkibində “Qafqaz Vilayəti” qurduğunu elan etmişdi. Təşkilat bununla da ilk dəfə Şimali Qafqazdan olan döyüşçüləri öz sıralarına qəbul etdiklərini etiraf etmişdilər.
BBC-nin məlumatına görə, 21 iyunda Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar vəQaraçay-Çərkəz Respublikalarının adından kimliyi bilinməyən bir nəfər tərəfində oxunan səs yazısı ortaya çıxıb.
İŞİD rusca yayımlanan televiziyaların biri vasitəsi ilə “Qafqaz Əmirliyinin” Çeçenistan vilayəti lideri Əmir Həmzə kimi tanınan çeçen lider Aslan Byutukayevin terror təşkilatına biət etdiyini göstərən video yaymışdı. 1990-cı illərdə Rusiyaya qarşı başladılan çeçen hərakatının davamı olaraq “Qafqaz Əmirliyi” 2007-ci ildə Doku Umarov tərəfindən qurulub.
2010-cu ildə Moskova metrosundakı terror aktı daxil olmaqla bir çox hücumlar İŞİD-ə biət edən “Qafqaz Əmirliyinin” silahlıları tərəfində törədildiyi sübuta yetirilib. Silahlılar daha çox Rusiya ordusunun əsgərlərinə hücumlar təşkil edirlər.
Hətta 2012-ci ilin qış aylarında Şimali Qafqazda daha dəqiqi Çeçenistan və Dağıstanda “Qafqaz Əmirliyi”nin döyüşçüləri ilə Rusiya ordusu arasında şiddətli döyüşlər gedirdi. Rusiyanın təhlükəsizlik qüvvələri güclü müqavimətlə qarşılaşdığından bölgəyə əlavə qüvvələr, tank və hərbi vertolyotlar cəlb etmişdi.
Rəsmilər tərəfindən verilən açıqlamaya görə, son bir həftədə 17 təhlükəsizlik əməkdaşı həlak olub, 24 nəfər isə yaralanıb. Şimali Qafqaza azadlıq tələb edən 12 müqavimətçi öldürülüb. Öldürülən müqavimətçilər arasında “Qafqaz Əmirliyi”nin Dağıstan bölgəsi üzrə komandiri olaraq tanınan Əmr Saleh də var idi. Döyüşçülər qarşıdurmanın dayandırılması üçün hökümətdən müstəqillik tələb edirdilər.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi