Qadin.NET / Qafqazda yeni müharibə təhlükəsi

Qafqazda yeni müharibə təhlükəsi

 

Qafqazda yeni müharibə təhlükəsi

İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşı vuruşur.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər naziri Vladimir Kolokolsevmətbuata açıqlaması zamanı deyib.
Terror qruplaşmasının tərkibində vuruşanlardan 477 nəfərə qarşı cinayət işi açıldığını bildirən nazir qeyd edib ki, bu vəziyyət Rusiya hakimiyəti ilə yanaşı yerli sakinləri də narahat edir. 
Daxili işlər nazirliyinin başçısı döyüşçülərin əsasən Rusiyanın Şimali Qafqaz regionundan olduğunu bildirib. Qruplaşma Rusiyada daxil olmaqla bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.Bu rəqəmlərə nəzər yetirdikdə görürük ki, İŞİD Rusiya üçün böyük problemə çevrilir. Bir problem qruplaşmanın tərkibində döyüşənlərin sayının artması, digər bir problem isə bu döyüşçülərin Rusiyanın ən qaynar regionlarından biri olan Şimali Qafqazdan olmalarıdır.
Bu ilin iyul ayında terror təşkilatı Şimali Qafqaz regionunda “Qafqaz Əmirliyinin” tərkibində “Qafqaz Vilayəti” qurduğunu elan etmişdi. Təşkilat bununla da ilk dəfə Şimali Qafqazdan olan döyüşçüləri öz sıralarına qəbul etdiklərini etiraf etmişdilər.
BBC-nin məlumatına görə, 21 iyunda Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar vəQaraçay-Çərkəz Respublikalarının adından kimliyi bilinməyən bir nəfər tərəfində oxunan səs yazısı ortaya çıxıb.
İŞİD rusca yayımlanan televiziyaların biri vasitəsi ilə “Qafqaz Əmirliyinin” Çeçenistan vilayəti lideri Əmir Həmzə kimi tanınan çeçen lider Aslan Byutukayevin terror təşkilatına biət etdiyini göstərən video yaymışdı. 1990-cı illərdə Rusiyaya qarşı başladılan çeçen hərakatının davamı olaraq “Qafqaz Əmirliyi” 2007-ci ildə Doku Umarov tərəfindən qurulub.
2010-cu ildə Moskova metrosundakı terror aktı daxil olmaqla bir çox hücumlar İŞİD-ə biət edən “Qafqaz Əmirliyinin” silahlıları tərəfində törədildiyi sübuta yetirilib. Silahlılar daha çox Rusiya ordusunun əsgərlərinə hücumlar təşkil edirlər.
Hətta 2012-ci ilin qış aylarında Şimali Qafqazda daha dəqiqi Çeçenistan və Dağıstanda “Qafqaz Əmirliyi”nin döyüşçüləri ilə Rusiya ordusu arasında şiddətli döyüşlər gedirdi. Rusiyanın təhlükəsizlik qüvvələri güclü müqavimətlə qarşılaşdığından bölgəyə əlavə qüvvələr, tank və hərbi vertolyotlar cəlb etmişdi.
Rəsmilər tərəfindən verilən açıqlamaya görə, son bir həftədə 17 təhlükəsizlik əməkdaşı həlak olub, 24 nəfər isə yaralanıb. Şimali Qafqaza azadlıq tələb edən 12 müqavimətçi öldürülüb. Öldürülən müqavimətçilər arasında “Qafqaz Əmirliyi”nin Dağıstan bölgəsi üzrə komandiri olaraq tanınan Əmr Saleh də var idi. Döyüşçülər qarşıdurmanın dayandırılması üçün hökümətdən müstəqillik tələb edirdilər.

 

Mənbə: ANS PRESS

18 sentyabr 2015
GO BACK