Hicri: 24 Zilqədə 1436
İlin 251-ci günü
İlin sonuna 114 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:01
Günəş – 07:13
Zöhr – 13:43
Əsr – 17:51
Məğrib - 20:20
İşa – 21:40
Dünyada olan hadisələr
70 — İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.
1331 — Stefan Duşan özünü Serbiya kralı elan etdi.
1296 — Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyuldu. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkildi. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir.
1380 — Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğratdılar.
1504 — Mikelancelo (Michelangelo di Lodovico Buonarroti Simoni) "David" heykəlini tamamladı.
1514 — Orşa döyüşü. Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub etdilər.
1522 — Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatdı. Magellan özü yolda vəfat etmiş, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıtmış, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalmışdı.
1529 — Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.
1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.
1664 — Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirildi və sonradan Nyu-Yorkadlandırıldı.
1831 — Varşava döyüşü. Varşava rus ordusu tərəfindən ələ keçirildi.
1862 — Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.
1886 — CAR-ın ən böyük şəhəri – Yohannesburqun əsası qoyulmuşdur.
1888 — İngiltərə futbol liqasında ilk oyun keçirilmişdir.
1926 — Almaniya Millətlər Cəmiyyətinə qəbul edilmişdir.
1930 — 3Рњ şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.
1943 — İtaliya kralı III Viktor Emmanuil (Vittorio Emanuele III di Savoia) İtaliyanın müttəfiq qoşunlarına təslim olduğunu elan
etdi.
1944 — almanlar reaktiv Fau-2 (V-2) raketlərinin istifadəsinə başladılar. Gündüzlər Paris, gecələr isə London raket atəşinə məruz qalırdı.
1946 — Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrildi.
1951 — San-Fransiskoda Yaponiya və İkinci dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. SSRİsənədi imzalamamışdır.
1952 — Ernest Heminqueyin (Ernest Miller Hemingway) "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxmışdır.
1974 — Uotergeyt qalmaqalı – ABŞ prezidenti Cerald Ford (Gerald Rudolph Ford, Jr.) keçmiş prezident Riçard Niksonun(Richard Milhous Nixon) prezidentliyi dövründəki cinayətlərini əfv etdi.
1978 — Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.
1991 — Makedoniya Respublikası müstəqillik əldə etmişdir.
Azərbaycanda olan hadisələr
1991 – Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilir.
Doğumlar
1157 — Şir ürəkli Riçard (Richard I the Lionhearted) (ö. 1199).
1474 — Ludoviko Ariosto (Ludovico Ariosto) (ö. 1533) – italyan şairi, "Şücaətli Roland" qəhrəmanlıq poemasının müəllifi.
1812 — Natalya Qonçarova (ö. 1863) – A.S.Puşkinin həyat yoldaşı.
1830 — Frederik Mistral (Frédéric Mistral) (ö. 1914) – fransız şairi, 1904-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
1841 — Antonin Dvorjak (Antonín DvoЕ™ák) (ö. 1904) – çex bəstəkarı.
1918 — Derek Barton (Derek Harold Richard Barton) (ö. 1998) – ingilis kimyaçısı, 1969-cu il Kimya üzrə Nobel mükafatılaureatı (Odd Hassellə birlikdə).
1923 — Rəsul Həmzətov (ö. 2003) – avar şairi, yazıçısı, publisisti və siyasi xadimi.
1925 — Piter Sellers (əsl adı Riçard Sellers; Peter Sellers — Richard Henry Sellers) (ö. 1980) – ingilis kinoaktyoru ("Kazino Royal", "Çəhrayı panteranın qayıdışı", "Lolita").
1937 — Cüneyt Arkın – türk aktyoru.
1946 — Xəlil Ərgün, türk aktyoru.
1949 — Hüseynağa Atakişiyev – rejissor.
1971 — Bruk Börk (Brooke Burke) – amerikalı model.
1979 — Peter Leko (Péter Lékó) – macar şahmatçısı.
1979 — Pink (əsl adı Alesiya Bet Mur; Alecia Beth Moore) – amerika pop-müğənnisi.
1974 — Səxavət Əliyev - Höccət-ül-İslam vəl-Müslimin Ruhani
1979 - Avicii - isveçli dj
Ölümlər
117 — Mark Ulpiy Trayan (Marcus Ulpius Nerva Traianus) (d. 53) – Roma imperatoru.
780 — Bizans imperatoru IV Lev
1601 — Con Şekspir (John Shakespeare) – Uilyam Şekspirin atası (d. 1530)
1613 — Karlo Cesualdo (Carlo Gesualdo) – italyan bəstəkarı (d. 1566)
1645 — Fransisko de Kevedo (Francisco de Quevedo) – ispan yazıçısı (d. 1580)
1682 — Huan Karamuel i Lobkovitz (Juan Caramuel y Lobkowitz) – ispan ilahiyyatçısı və riyaziyyatçısı (d. 1606)
1709 — İvan Mazepa – 1687—1709-cu illərdə Ukraynanın getmanı.
1882 — Jozef Liuvill (Joseph Liouville) – fransız riyaziyyatçısı (d. 1809)
1893 — Mişel Lents (d. 1820) – şair, Lüksemburq himninin (Ons Hémécht) müəllifi.
1894 — Herman Helmholts (Hermann Ludwig Ferdinand von Helmholtz) (d. 1821) – alman fiziki, fizioloq və psixoloqu.
1895 — Adam Opel (d. 1837) – Opel şirkətinin banisi.
1933 — İraq kralı I Feysəl (d. 1883)
1944 — Yan van Gilse (Jan van Gilse) – holland bəstəkarı və dirijoru (d. 1881)
1949 — Rixard Ştraus – alman bəstəkarı və dirijoru (d. 1864)
1965 — Herman Ştaudinqer (Hermann Staudinger) – alman kimyaçısı, 1953-cü il Kimya üzrə Nobel mükafatı laureatı (d.1881)
1970 — Persi Spenser (Percy Spencer) – mikrodalğalı sobanı ixtira edən (d. 1894)
1979 — Cin Siberq (Jean Seberg) – amerikalı aktrisa (d. 1938)
1980 — Uillard Libbi (Willard Libby) – amerikalı kimyaçı, 1960-cı il Kimya üzrə Nobel mükafatı laureatı (d. 1908)
1981 — Hideki Yukava – yapon fiziki, 1949-cu il Fizika üzrə Nobel mükafatı laureatı (d. 1907)
1985 — Con Franklin Enders – amerikalı alim, 1954-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (d. 1887)
2003 — Leni Rifenştal (Leni Riefenstahl) – alman aktrisası, rejissoru və fotoqrafı (d. 1902), nasizmi təbliğ edən bir sıra filmlərin rejissoru, Adolf Hitlerin "sevimli aktrisası" olmuşdur.
2006 — Hilda Bernşteyn – ingilis əsilli Cənubi Afrika yazıçısı və rəssamı (d. 1915)
Bayramlar və xüsusi günlər
Katoliklərdə Müqəddəs Məryəmin doğum günü.
Andorranın Milli günü.
Makedoniya Respublikasının Müstəqillik günü.
Beynəlxalq jurnalist həmrəyliyi günü – 1958-ci ildə Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilmişdir.
BMT-nin beynəlxalq bilik günü
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Orta əsr coğrafiyası (V-XV əsrlər )
Ramazan ayının 23-cü gününün duası
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Məsamələri sıxlaşdıran maska
80 ölkə arasında 1-ci yerə çıxdı - Azərbaycanlı şagirdin qızıl uğuru
Dəbli koftalar
Düşmən Tərtəri atəşə tutur - RƏSMİ
Yeni il bayramını qeyd etmək olarmı?
HAVA necə olacaq? 20 MAY
Övlad valideyninə əl qaldırarsa...
Övlad sahibi olmaq istəyənlər
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Sadə tort (foto resept)
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Mövsümlər və dəri rəngi
Hava haqqında - 19.03.2014
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
Qarderobdakı təhlükələr
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Şahzadə Harri və Meqanın səfəri davam edir-FOTO
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Bu cür qadınlara heç zaman rast gəlməyəcəksiniz!
Metabolizmanı sürətləndirən tövsiyələr
Ağır əməliyyatdan sonra sağalmaq şansı qan qruplarından asılıdır
İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı
Azərbaycanda Qurban bayramı qeyd olunur
Bir birindən gözəl jiletlər
Cəbhədə vəziyyət gərginləşdi
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Məşhur müğənni əməliyyat olundu – FOTO
2014-cü ilin ən dəbli çantaları
Hava müjdəsi
İdmanın uşaq sağlamlığına faydaları
Bakıya qar yağacaq
Allergiya mövsümü başladı
Avropada ilk transfer bombası partladı
Uşaqların inkişaf dövrü
Fərqli və gözəl manikür
22 kq kökələn aktrisa tanınmaz halda - FOTO
Heyvanlar metroda
Bir-birindən gözəl çiçəkli tortlar
Fərqli manikür nümunələri
10 dəqiqəyə dərini yeniləyən maska
Anası ilk dəfə danışdı - küsülüdür