Serjant Elvin Abışov Onu nəyinki bütün Azərbaycan? hətta dünya bir foto ilə tanıdı. Üzündə heç bir qoruyucu maskası olmayan polis yanan binadan xilas etdiyi körpəni həkimlərə çatdırmağa çalışır. Və bu şəkil dünya mediasında günün fotosu kimi dərc edilir. Elvin Abışov - “Qəhrəman Polis”. Qəhrəman, həm də ona görə ki, o həmin gün dumanların arasından bu körpə ilə yanaşı, Azərbaycan polisinin obrazını da xilas etdi.
“O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən an sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamadığım mənim üçün önəm daşımadı”, – deyə Elvin Abışov bildirir.
"Mən polis kimi, vətəndaş kimi, borcumu yerinə yetirdim", deyir serjant.
“Biz polis orqanlarına qəbul olarkən and içmişik. Mən o anda sadiq qalaraq vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Polis əməkdaşı kimi, vətəndaş kimi hər an bu vətənin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Çünki böyüklərimizdən belə görmüşük”, - deyə Elvin Abışov deyir.
Onun bu addımı dövlət tərəfindən qiymətləndirildi. Prezident Elvin Abışovu “İgidliyə görə” medalı ilə təltif etdi. Bu gün onunla yanaşı minlərlə polis əməkdaşı peşə bayramını qeyd edir.
Azərbaycan cəmiyyətində bu peşənin sahiblərinə münasibət heç də birmənalı deyil. Amma bu gün obrazlarında nə qədər mənfi çalar olur-olsun Azərbaycan cəmiyyətini, ümumilikdə ölkənin vəziyyətini polis olmadan təssəvvür belə etmək istəmir insan.
Təkcə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daxili işlər orqanları və daxili qoşunların şəxsi heyətindən 931 nəfər şəhid olub.
Şərəfli tarixdən keçən Azərbaycan polisinin fəaliyyəti bu gün dünya standartlarına uyğunlaşdırılır. Onların peşəkarlığı ildən ilə artırılır. Bəzən narazı olduğumuz məqamlarsa, Elvinin timsalında müsbətə doğru dəyişir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Unutqanlığın qarşısını alan məşqlər
5 manata satılan yaşıl yumurta -FOTO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Naringili dondurma (foto resept)
Kök şorbası
Vegeterianlıq nədir?
Qarın bölgəsindəki yağları əridən detoks
Aslı Enver idmana başladı-FOTO
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
Ən gülməli manekenlər
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Ağciyərindən mismar çıxdı-FOTO
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Gözəl saçlar
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Ağır idmanın zərəri
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Beren Saat sevərlərə bəd xəbər (FOTO)
Övladımla necə dost ola bilərəm?
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
WhatsApp-da daha bir yenilik
Qaymaqlı qurabiyə (foto resept)
Yazıqlar məkanı: irəliyə doğru, geriyə...
Nişan üzükləri
"Qarabağ bir neçə günə geri alınacaq"
Dimedrol reseptlə satılmalıdırmı?
Xərçəngin yarandığını göstərən əsas əlamətlər açıqlandı
Günün qoroskopu: Mübahisə etməyin!
Çimərlik çantaları
Hava haqqında - 12.08.2013
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
5 əsas fitness hərəkətinin doğru və səhvləri
“Facebook”da sistem dəyişir
Günün ulduz falı - 11.03.2014
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Neymarın cəzası məlum oldu
Ərtoğrol Cavid (vaxtdan uca)
Bu günün hava proqnozu
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Disney gözəllərinin oxşarları
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər