Milli.Az Trend-ə istinadən xəbər verur ki, mayın 13-də Heydər Əliyev Mərkəzində "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" adlı sərginin açılış mərasimi keçirilib. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin bu gün yeni bir layihəsini təqdim etdiyini bildirib. "Heydər Əliyev Mərkəzində keçirilən çoxsaylı tədbirlər həm Bakının sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən çox sevilir. Son vaxtlar biz bir neçə böyük layihəni təqdim etmişik və həmin layihələri ilin sonunadək davam etdirmək niyyətindəyik", - deyən Anar Ələkbərov bugünkü sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Heydər Əliyev Mərkəzinə də çoxsaylı qonaqların gələcəyini bildirən Anar Ələkbərov bu məkanın bir mədəni obyekt kimi artıq qəbul edildiyini söyləyib və təqdim olunan sərgidən hər kəsin zövq alacağına ümidvar olduğunu deyib.Sərginin açılış mərasimində çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Heydər Əliyev Mərkəzinin, Türkiyə və Azərbaycan Mərkəzi banklarının rəhbərliyinə, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib. Səfir diqqətə çatdırıb ki, Türkiyə Mərkəzi Bankı ildə bir dəfə kolleksiyasını ölkədən kənarda nümayiş etdirir. Bakıda belə gözəl məkanda sərginin təşkilindən qürur duyduğunu deyən səfir, Heydər Əliyev Mərkəzinin təkcə Azərbaycanın deyil, dünya memarlığının ən gözəl nümunələrindən biri olduğunu vurğulayıb.Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu layihənin Heydər Əliyev Mərkəzində reallaşdırılmasının olduqca böyük rəmzi məna daşıdığını bildirib. O, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayaraq Ümummilli Liderin "Bir millət, iki dövlət" kəlamının Azərbaycan və Türkiyə dövlətləri arasında strateji əməkdaşlığın başlıca prinsipinə çevrildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Elman Rüstəmov ölkəmizdə çox böyük tədbirlərin həyata keçirildiyindən də söhbət açıb.
Qeyd edilib ki, bu gün Azərbaycan dünyada multikulturalizm məkanı kimi tanınır."Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyini diqqətə çatdıran Elman Rüstəmov Azərbaycanın bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb.Qardaş ölkələrimizin iqtisadi əməkdaşlığından söhbət açan Elman Rüstəmov qeyd edib ki, Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında əlaqələr hələ müstəqilliyimizin ilk illərindən mövcuddur. Ötən illərdə Türkiyə Mərkəzi Bankı Azərbaycanda bank sektorunun inkişafına, o cümlədən Mərkəzi Bankın formalaşmasına olduqca mühüm dəstək göstərib.Həmçinin Azərbaycan Mərkəzi Bankı da belə xarakterli layihələr həyata keçirir. Ölkədə şahmatın inkişafından danışan Elman Rüstəmov son beş ildə şahmatçılarımızın böyük uğurlar qazanaraq, Azərbaycanı idmanın bu növü üzrə beynəlxalq yarışlarda layiqincə təmsil etdiklərini söyləyib. Mərkəzi Bank təhsil, səhiyyə sahələrində də layihələr həyata keçirir, habelə milli ordu, qaçqın və məcburi köçkünlərlə bağlı sosial layihələrə daim dəstək verir və bu istiqamətdə işlər davam etdiriləcək.Daha sonra çıxış edən Türkiyə Mərkəzi Bankı sədrinin müavini Necati Şahin təmsil etdiyi qurumun fəaliyyətindən, ölkə iqtisadiyyatında rolundan söhbət açıb, sərginin bu məkanda təşkilindən qürur duyduğunu bildirib.Sərginin kuratoru Mümtaz Saqlam Türkiyə müasir rəsm sənətinin inkişaf yolundan söhbət açıb. Diqqətə çatdırıb ki, müasir türk təsviri sənətinin təməli 1860-1870-ci illərdə qoyulub. İkinci Dünya müharibəsindən sonra isə türk təsviri sənəti daha yaradıcı və sərbəst istiqamət alıb. Həmin vaxtdan etibarən rəssamlar düşüncələrini sərbəst şəkildə ifadə etməyə başlayıblar.Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyiblər.Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib.Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.2003-cü ildən indiyədək 16 ölkədə kolleksiyadakı əsərlərdən ibarət 18 sərgi təşkil olunub.Sənət kolleksiyasındakı seçmə əsərlərdən ibarət olan "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərə getdiyini hər kəsdən gizlədir
Zərif portağal piroqu (foto-resept)
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
"Aslan" qonağını parçaladı
90 kiloqram arıqlayan aktrisa yenə əməliyyat olundu - FOTO
HAVA necə olacaq? 18 Mart
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
Atmosfer təzyiqi. Külək
Dünyanın gözlədiyi körpə
Körfəz kənarında möhtəşəm bağ
Bizi bu torpaq yaşadır
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
İrəvandan geriyə addım
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Acı bibərlı pomidor sousu (foto resept)
Yeni il axşamı üçün kombin tövsiyələri
Ən yaxşı çimərliklər hansılardır?
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Yağlı boya tabloları
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Aktrisa məşhur serialda çıxdı
Gəlin obrazı (2)
Oranqutan bataqlıqdakı insanı xilas etməyə çalışdı - FOTO
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (II hissə)
Krediti olanlara yeni xəbər
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
Riberidən sərt açıqlama: "Biz robot deyilik, insanıq"
İlham Əliyev qəhrəman polisimizi mükafatlandırır
Bakıda karantinə nəzarət gücləndirildi
2019 Couture Moda Həftəsi (2)
Gələn il Azərbaycanın əmək bazarında vəziyyət necə olacaq?
Kişilərin evlənmək istəmədiyi qadın tipləri
Azərbaycanda zəlzələ oldu
Ordumuzdan sarsıdıcı zərbə: Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi - VİDEO
Kimsəsiz uşaqları sevindirdilər
Neslihan Atagül hamilədir-FOTO
Türkiyədə bina çokdü
Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Yunan Küftəsi -"Köftedes" (foto-resept)
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Sızanaqları yox edən meyvə maskaları
İran və "altılıq" arasında yeni raund
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
"Facebook"da nə baş verir?
Sonuncu buraxılış imtahanı keçirilir
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
HAVA necə olacaq?-17 İyul















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]