
Mətbuatda tez-tez ticarət və xidmət obyektlərində vaxtı keçmiş məhsulların, keyfiyyətsiz malların aşkarlanması ilə bağlı faktlara rast gəlirik. Mütəmadi yoxlamalara baxmayaraq, bu cür hallar davam etməkdədir. Bu isə istehlakçı hüquqlarının pozulmasına, sağlamlığımızın təhlükə ilə üzləşməsinə gətirib çıxarır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Ekspressə bildirdiyinə görə, şikayətlərin qəbulu üçün nazirliyin 195-2 telefon məlumat mərkəzi fəaliyyət göstərir. Bu qaynar xəttə daxil olan müraciətlər operativ olaraq cavablandırılır. Əgər araşdırma tələb olunan müraciətlər varsa, nazirliyin müvafiq strukturları tərəfindən araşdırılır və qanunla təyin olunmuş müddətdə müraciət edən şəxsə cavab verilir. Bundan başqa, nazirlik yanında fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinin iki telefon xətti daim olaraq istehlakçıların xidmətindədir: 498-15-01, 498-15-05-04. Dövlət xidmətinə bu nömrələrlə istehlakla bağlı müxtəlif müraciətlər daxil olur. Dövlət xidməti operativ olaraq müraciət edən şəxslərin qaldırdığı məsələlərlə bağlı tədbirlər görür. Bundan başqa, nazirlikdə video qəbulu üçün imkanlar yaradılıb. İstənilən şəxs istənilən yerdən nazirliyə müraciət edib qurumun məsul şəxsləri ilə video əlaqə saxlaya və onu maraqlandıran məsələlərlə bağlı cavab ala bilər. "Qeyd edim ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinin saytında daxil olmuş müraciətlər və görülmüş tətbirlərlə bağlı bölmə də var. Dövlət xidmətinə olan istehlakçı müraciətlərinə çox həssas yanaşılır".
A.Əliyev bildirib ki, istehlakçı şikayət etmək istəyirsə, müvafiq nömrələrə zəng edib öz əlaqə nömrəsini, ad və soyadını, ünvanı, hansı məsələ ilə bağlı müraciət etdiyini bildirməlidir.
Onun dediyinə görə, ticarət və ya xidmət obyektində aşkar olunan fakta uyğun olaraq qanunvericilklə nəzərdə tutulan tədbirlər görülür: "Mağazada mal qoyuluşu prinsipinin pozulması, saxta, vaxtı keçmiş malların satışı, markalanmanın düzgün aparılmaması baş verə bilər. Əgər ticarət və ya xidmət obyektində qanun pozuntusu aşkarlanıbsa, buna qarşı qanunvericiliklə nəzərdə tutulan tətbirlər görülür".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, mağazalarda aparılan yoxlamalara baxmayaraq, keyfiyyətsiz və vaxtı keçmiş məhsulların satışının davam etməsinin əsas səbəbi ölkədə qida təhlükəsizliyi haqqında qanunun olmamasıdır: "Qanun olmayan yerdə mütləq cinayət baş verir. İkincisi, İqtisadiyyat və Sənaye Nazirliyi vaxtı keçmiş və yararsız malları satışdan çıxarır, malların məhv edilməsi ilə bağlı akt tərtib olunur. Lakin əksər hallarda həmin mallar aparılıb məhv edilmir, regionlara göndərilir, müxtəlif yollarla qiyməti, yararlılıq müddəti pozulub üstündə yenisi yazılır. Bir sözlə, müxtəlif yollarla istehlakçıya məhv olmalı malı sırıyır".
Onun dediyinə görə, iş elə qurulmalıdır ki, mağazalar özləri satdıqları məhsulların təhlükəsizliyinə cavabdeh olsunlar: "Mağazalar özləri müəyyən laboratoriyalarla müqavilə bağlamalı, aldıqları malı ekspertizadan keçirməli və təhlükəsiz qida satmalıdırlar. Bu halda vəziyyət qlobal şəkildə dəyişə bilər. Çünki bu saat dükanlar istehsalçıdan malı alır, istehsalçı da müəyyən sertifikatları təqdim edir, malın standartlara cavab verdiyini göstərir. Sonda isə zəhərlənmələr baş verir".
Müsahibimiz hesab edir ki, ticarət obyektlərində vaxtı keçmiş məhsulların satılmasının bir səbəbi də dövlət orqanlarının həmin obyektlərə qoyduğu yüksək cərimələrdir: "Yoxlamalar zamanı qanun pozuntusu aşkarlanırsa, yüksək cərimələr tətbiq olunur. Mağaza sahibləri isə həmin cərimələri istehlakçılardan alırlar. Çox vaxt da bu yararsız, vaxtı keçmiş məhsulların satışı ilə həyata keçirilir. Bu da süni qiymət artımına gətirib çıxarır. Bundan da ən çox istehlakçılar zərər çəkir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xaricdən gətirilən mal-qara sərfəlidirmi?
Hər kəs bu qadından danışır-FOTO
Bədənimizi möhkəmləndirək
Şəhid anaları ilə görüş
ABŞ-dan İrəvana tərs şillə
Moskva Vahid Mustafayevi alqışlayır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
Ayrılıq “salam”dan başlar…
Engin Akyürek atasına 500 minlik maşın aldı
Ekologiyamız "sağlam" olarsa..
Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO
Tailand silkələndi
Özbək plovu (foto resept)
Emin Əmrullayevdən yeni TƏYİNAT
Daha bir məşhur futbolçu koronavirusa yoluxdu
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Gözü daha böyük göstərən makiyaj tövsiyələri
Qadın.Net şərfi
Həm atadır, həm də ana -FOTO
HAVA necə olacaq? 28-yanvar
Koronaviruslu gəlin qoruyucu kostyumla evləndi
Şeyma Subaşıya QADAДћA qoyuldu-SƏBƏB
İdmançımız dünyanın ən yaxşısı seçildi
Murad Aslıya Surpriz etdi
İspaniya kraliçasının donu qiymətinə görə diqqət çəkdi...
Ajda Pekkandan AÇIQLAMA
Düşbərə (foto-resept)
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Sadə və gözəl paltarlar.
Azərbaycanda uşaqları internetin mənfi təsirindən necə qorumalı?
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Niyə ilıq su içməliyik?
Futbolda yenilik: kartların sayı arta bilər
Öncə anasınız, yoxsa həyat yoldaşı?
Britaniyalı alimlər Azərbaycan atalar sözünü yalan çıxardılar
Nazirlikdən XƏBƏRDARLIQ: iyulun 6-7-də...
Ziyafət geyimləri
Rihanna ilə milyarder sevgilisindən qeyri-adi istirahət
İflicin fəsadlarından xilas olmağın çarəsi tapılıb
Qadın şəkilli dollar...
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
İş müsahibəsi haqda bilməli olduqların
Milyarderlər hansı avtomobilləri sürürlər?
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
Eynəkdən qurtulmaq olar
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
İstədiyimiz həyata sahib olmağın yolları
Dünya bazarlarında neft 50 dollardan baha satılır
Obama kirayə qaldığı evi satın aldı, qiyməti...
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]