2014-cü ilin aprel ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 450-ə yaxın müraciət edilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumiyyətlə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 25 minə yaxın müraciət daxil olub.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
Mənbə: Anspress.com
XƏBƏR LENTİ
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Əncirli vafli (foto resept)
Bakı-Biləcəri sahəsində dəmir yolunun təmiri başa çatır
Məscidə qısa ətəklə girən Ember Herdi türklər tənqid etdi
Azərbaycanda qadın intiharları: səbəb nədir?
Ən təhlükəli qeybətcil tiplər
Azərbaycanlını təhqir edən nazir işdən gedir
Kino tarixindən 30 maraqlı fakt
Səbəbi bilinməyən nevroloji xəstəlik
HAVA necə olacaq?-23 Oktyabr
Uğur əldə etməyin asan yolları
Cennifer Lopezdən yeni FOTOsessiya
Hörümçəyin hipnoz edən baxışları
Azərbaycanın şimalına qar yağır
Üç dövlət universiteti distant təhsil sisteminə keçdi
Guacamole salatı (foto resept)
Bu günün Ramazan təqvimi (12 iyul)
“İmamzadə” ilə bağlı sərəncam
Ən uzun saçlı qadınlar
Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı?
İşıqforlar ləğv edilə bilər
Aspirin sağlam insan üçün zərərlidir
İnstaqramda YENİLİK!
Xamalı keks(foto resept)
Zərif və baxımlı olmağın yolları
Nəhəng uşaq böyüyür
ABŞ-dan Türkiyəyə pis xəbər
Bayram günlərində marşrut avtobusları hansı qaydada işləyəcək? - RƏSMİ
İlaxır çərşənbəyə aid el adətləri
2016-cı ilin bayram günləri SİYAHI
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq” -VİDEO
Burak Hakkı ayrılıq səbəbindən danışdı-FOTO
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
Üz quruluşuna görə papaq seçimi
İranda boşanma halları artıb
Fincan şirniyyatı (foto-resept)
Disleksiya olan uşaqlar üçün oxuma və yazma strategiyaları
Fahriye Evcendən sevənlərinə pis xəbər
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
Valideyn himayəsindən məhrum olmuş uşaqlara xoş xəbər
Şəhid anasından nümunəvi addım: Birdəfəlik yardımı Ordumuza bağışladı
Kraliça II Yelizavetanın əri xəstəxanalıq oldu-SƏBƏB
Milli Qəhrəmanın doğum günüdür
Abdullah Gülün 55 cangüdəni, 45 işçisi və 18 avtomobili var
Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı
Sergen Yalçın koronavirusa yoluxdu
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Xəstə uşaqlar üçün xüsusi maskalar
Hamilə qadınlardan gözlənilməz hərəkət
“Instagram”a qadağa qoyuldu














