
Hamımızın gündəlik rasionumuza daxil etdiyimiz ət haradan əldə olunur və necə kəsilir?
ANS TV-nin məlumatına görə, bazarlarda hər gün əhaliyə tonlarla ət satılır. Amma bazara girəndə ətin ağır qoxusunu elə ilk anda hiss etmək olar. Təzə bazarda da natəmizlik göz önündə idi.
Satıcılar deyirlər ki, əti hər gün təzə-təzə ət kəsimi məntəqələrindən alırlar. Qalıq ət iki gün satışda saxlanır. Daha sonra isə farş şəklində satılır. Bu yerdə isə həm farş çəkən maşınlar, həm də satıcılar əllərini soyuq su ilə və sabunsuz antisanitar vəziyyətdə yuyurlar.
Bazarın baytar həkimi burada satılan ətlərin tam keyfiyyətə və standartlara uyğun olduğunu düşünür. Elə onun təmsil etdiyi baytarlıq xidmətinin qaydalarına əsasən, bazarda satılan ət yalnız alıcının istəyi ilə sümükdən ayrılaraq satıla bilər.
Bazarda ətlərin yoxlanışını həyata keçirən laborotoriya da var. Baytar həkim 5-6 muasir tipli aparat göstərərək bildirir ki, bu avadanlıqlar vasitəsi ilə ətin keyfiyyəti bir neçə dəqiqə ərzində yoxlanılır.
Əslində qayda-qanuna görə, paytaxtda satılan hər kiloqram ət və ət məhsulu Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Xidməti tərəfindən yoxlanıldıqdan sonra satışa çıxarılmaldır. Bazarlarda bu qaydalara yaxşı-pis müəyyən qədər nəzarət olsa da, dükanlarda ümumiyyətlə kim necə gəldi ət satır.
Satıcı bildirdi ki, ət bazara daxil olmazdan öncə həkim nəzarətindən keçir. Həkim icazəsindən sonra ətin bazarda satışına başlanılır.
Ölkədə ət satışının sanitar-gigiyenik normalarına isə Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Amma qurumun rəsmisi bu nəzarətin yetərli olmadığını özü də etiraf edir.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmisi İmran Abdullayev deyir ki, ət soyuduculu maşınlarda daşınmalıdır. Amma hazırda buna əməl edən yoxdur. O düşünür ki, bu kimi halların qarşısını almaq üçün tətbiq olunan tədbirlər bir az daha sərtləşdirilməlidir.
Yediyimiz ətin mənşəyi ilə də maraqlandıq. Məlum oldu ki, biz hələ də özümüzü tam şəkildə yerli istehsalla təmin edə bilmirik. Elə bu səbəbdən də Rusiyadan, Hindistandan ət alırıq.
İqtisadçı Vahid Məhərrəmov bildirdi ki, ət istehlakı təxminən 250-260 min tondur. Bundan əlavə, 10 min ton ət isə idxal olunur. Azərbaycana 300 min baş diri heyvan gətirilir ki, bunun da 95%-i kəsimə gedir. Səhiyyə təşkilatı tərəfindən müəyyən edilir ki, adambaşına düşən ətin çəkisi 84 kiloqramdır. Amma Azərbaycanda bunun yalnız 30%-i adambaşına ödənilə bilinir.
İqtisadçı bir məlumat da açıqladı ki, son 1 il ərzində ölkədə 100 min başdan çox camış kəsilərək ətlik kimi istehlak olunub. Ancaq bu ətlər ümumi bir ad altında - mal əti kimi satışa çıxarılır. Maraqlıdır ki, satış mərkəzlərində camış əti yazılan lövhələrə rast gəlinmir. Onda, çətin ki, alıcı da aldığı ətin camış, yaxud dana əti olduğunu aydınlaşdıra bilsin.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Toylarda araq qadağan olunsun?
Subaylıq sultanlıqdır
Uşaqlarımızın otağını özümüz dizayn edək
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO
Ətlə ayran birlikdə qəbul edilərmi?
Həftənin ulduz falı
VB 6 Pəhrizi (Vegan Before 6)
Qida Təhlükəsizliyi Agentliyindən Qurban bayramı ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
Hər gün 10 min addım atın!
Ermənilər gizirimizi vurdu
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Salma Hayekdən L'Officiel üçün fotosessiya
Bu ölkədə hicab və niqab qadağan ediləcək
Azərbaycanda 124 min peyğəmbərin sayına uyğun tikilən məscid
Könül Hüseynova ilə müsahibə
Prezident açılış etdi
Ölkədə hamı bu sayta girir
Saçlarınızın sağlamlığını testlə yoxlayın
Azərbaycanlı zəvvarlara ŞAD XƏBƏR
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
Göbələkli və pendirli kotlet
Fransa təhlükəli silahın anonsunu verdi
Zerrin keçmiş sevgilisini təbrik etdi-FOTO
Tarix İnstitutu uydurma "erməni soyqırımı"nın 100-cü ildönümününə qarşı yeni kitablar hazırlayır
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Tökülən qaşlar üçün MASKA
Bu gün qar yağacaq
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Yalnız qadınların qarşılaşdığı hallar
Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın
"WhatsApp"da YENİLİK!
Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi
At şabalıdı
Həyatımızın "Kaş ki"ləri
"Stilist WOM-MAN" - Qalib SEÇİLDİ!
DİM abituriyentlərə müraciət etdi
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 286 yeni yoluxma
Prezident Bakıda yeni ASAN xidmət açdı
Nazirlik 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıdı
Yay meyvələrinin faydaları
Hökumətə 6 gün vaxt verildi
Münasibətdə ən çox yol verilən xətalar
Google-da nə qədər xanım çalışır?
"Ayıb" mentaliteti bizi hara aparır?
Dırnaq üçün bəzəklər
Telefonu bu orqanlardan uzaq tutun

- ŞƏRHLƏR