
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrinin qəbulu bu gündən başlayıb, aprelin 30-dək aparılacaq. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.“Abituriyentin elektron ərizəsi” forması doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Azərbaycanın ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən, ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
Kəsmikli-limonlu peçenye (foto resept)
Prezident İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi növbəti hərbi cinayətdir"
Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA
Floridada COVID-19-la bağlı bütün məhdudiyyətlər aradan qaldırıldı
Məşhur azərbaycanlı qarmon ustası vəfat edib
İtaliya COVID-19-a yoluxanların sayına görə Çini ötdü
Atəşkəsin 21 ili RƏQƏMLƏRDƏ
HAVA necə olacaq?-21 FEVRAL
Düzgün qərar qəbul etməyin yolları
“Ermənistan işğalçıdır”
"Sevinc" salatı (foto resept)
Günün qoroskopu: gəlirlər çox olmayacaq
.Bakıda möhtəşəm şeir gecəsi
HAVA necə olacaq?-11 FEVRAL
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Çay gözəlləşdirir
Müasir qadın gender bərabərsizliyi ilə üz-üzə
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
Qeyri-adi corab növləri
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin
Sukerberqin sərvəti 23 milyard azaldı
Arda Turan evləndi – FOTO
İnstaqramdan daha bir YENİLİK
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Gözəl məşhurlar və anaları
Uşaqlar yay tətilində nə etməlidirlər?
Şokoladlı şarlot (foto resept)
Bir daha yorğun görünməyəcəksiniz
Hicablı qadınlar üçün geyimlər
14 gündə 2000 zəlzələ xəritəni dəyişdi-FOTO
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Köhnə pianodan xəzinə çıxdı
Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı
Beş yaşlı uşaq ən gənc mütəxəssis oldu
Naftalan neftinin sirri nədir?
Mərkəzi Bankdan kredit açıqlaması
İranda 8 narkotacir asıldı
12 sevgili üçün 12 cür ayaqqabı
175 ədəddən çox mina tapılaraq zərərsizləşdirilib
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Rinanna Geyimi ilə seçildi - FOTO
Uşağınıza ev tapşırığını sevdirin
Azərbaycanda analoqu olmayan şəlalə
Fransa Fələstini tanımağa hazırlaşır
Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən açıqlama
Rianna brendini reklam edir-FOTO
Körpələrin saçını necə qurutmalı?
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Arı südünün faydaları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]