“Facebook” şirkətinin təsisçisi və baş direktoru Mark Sukerberqin dünyanın ən varlı insanları arasında sərvətində böyük azalma qeydə alınıb. Bu barədə “Bloomberg” agentliyinin sahibkarlara məxsus aktivlərin qiymətləndirilməsi əsasında gündəlik yenilənən “Bloomberg Billionaires Index” milyarderlər indeksində deyilir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu ilin yanvar-dekabrında “Facebook” rəhbərinin var-dövləti 23 milyard azalaraq 49,7 milyard dollar təşkil edib. Azalmaya “Facebook”un istifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqallar fonunda yaranan böhranlar səbəb olub.
Reytinqə görə, dünyanın ən varlı insanı “Amazon” internet şirkətinin təsisçisi və baş direktoru Ceff Bezos olaraq qalır. Onun sərvəti sentyabrda 168 milyard dollar olmaqla ən yüksək həddə çatıb, lakin dekabrın sonunda 53 milyard – 115 milyard dollaradək azalıb.
Bildirilir ki, C.Bezosun kapitalı əsasən “Amazon” şirkətinin – dünyanın ən böyük internet pərakəndə satış şəbəkəsinin səhmlərinin dəyərinin bahalaşması sayəsində artıb. O, “Amazon” səhmləri ilə yanaşı, “The Washington Post” qəzeti və kosmik gəmilərin hazırlanması ilə məşğul olan “Blue Origin” şirkətinin sahibidir.
2018-ci ildə dünyanın 500 ən varlı sahibkarının var-dövləti 511 milyard dollar azalaraq ümumilikdə 4,7 trilyon dollar təşkil edib. “Bloomberg” ekspertləri bunu dünya ticarətində gərginlik və ABŞ-da əksər bazarlara təsir göstərən iqtisadi tənəzzüllə əlaqədar narahatlıqla izah edirlər.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
