Xalq Cümhuriyyəti generallarının adının əbədiləşdirilməsilə bağlı araşdırma aparan əməkdaşımız maraqlı faktın izinə düşüb. Məlum olub ki, nəinki, generallar, hətta Azərbaycan tarixinin mühüm və şərəfli bir mərhələsi olan cümhuriyyət dövrünə orta məktəbin tarix dərsliklərində çox az yer verilib. Bunun pis nəticəsini isə çox gözləmək lazım deyil. Vəziyyət artıq göz qabağındadır.
"Cümhuriyyət dövrünün generallarını - Mehmandarovu, Əliağa Şıxlinskini tanıyırsanmı" sualına məktəbli Ramin tanımıram cavabını verib.
ANS TV-nin məlumatına görə, orta məktəblərdə Azərbaycanın cümhuriyyət dövrü zəif tədris olunur. Dərsliklərdə 1918-1920-ci il tarixi əhəmiyyətli dərəcədə öz əksini tapmayıb. Bu dövrü xüsusilə yuxarı siniflərdə tədris edirlər. Məsələn, 11-ci sinfin Azərbaycan tarixi 1-ci bölmədən Azərbaycan Xalq Cümhuriyyətini öyrənir. Cəmi 6 paraqrafda cümhuriyyətin yaranması və süqutundan bəhs edilir. Amma hansı səviyyədə? Bax bu əsl müzakirə mövzusudur.
“Yaxşı olardı ki, 11-ci sinfin Azərbaycan tarixini təzədən yazsınlar. Mən çox istəyərdim” – deyə tarix müəllimi Nailə Məmmədova bildirib.
Bunu orta məktəbin rus bölməsində Azərbaycan tarixini tədris edən Nailə müəllimə deyir. Təsəvvür edin, rus bölməsi üçün nəzərdə tutulan tarix dərsliklərinin işi daha ağırdır. Ona görə də sualımıza cavab verə bilməyən bu 11-cilər özlərinə bu cür haqq qazandırdılar.
11-ci siniflər üçün Azərbaycan tarixi dərsliyi bu il nəşr olunub. Amma maraqlıdır ki, dərslik Təhsil Nazirliyinin 2000-ci il tarixli əmri ilə təsdiq edilib. Yəni 14 ildir uşaqlar bu kitabdan istifadə edir, üz təzələnir, içərisi olduğu kimi qalır. Əgər dərslik mükəmməl yazılsaydı, buna eybi yox deyərdik. Amma dərslik nəinki mükəmməl, heç orta səviyyədə də deyil. Təsəvvür edin, 6 paraqrafda müstəqil Azərbaycanın ordu qurucuları haqqında üst-üstə cəmi 6 cümlə tapsan böyük şeydir. Gəl indi bu uşaqları qına görüm necə qınayırsan.
“Hərb nazirimiz kim olub? Tanımram. Heç bir generalımızı tanımırsan? Yox. Bu suallara məktəbli Səbuhi Əkbərov belə cavab verib.
Tarix müəllimi Ruhiyyə Hüseynovanın sözlərinə görə, dərslər çox vaxt xronoloji ardıcıllıqla getmir: “O qədər mürəkkəb dillə yazılır ki, uşaq bilmir hadisələrin xronologiyasına fikir versin, bilmir ki, terminlərə vaxt ayırsın və s”.
Orta məktəblərdə tədris olunan bu dərsliyin müəlliflərin üçü dünyasını dəyişib. Allah onlara rəhmət, sağ qalanlara türk demiş zehin açıqlığı versin. Və onlar açıq zehinlə bu dərsliyə bir də baxsınlar. Onda Pankratovun güllələtdirdiyi 21 generalımızıda görəcəklər, başqa digər məsələləridə. Hələ ki, bu kitabda onların heç biri yoxdur. Uşaqlarımızın isə tariximizi bilməyə haqqı var.
XƏBƏR LENTİ
Kartof pəhrizi (3 günə 5 kilo)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Bu gün Tofiq Bəhramovun günüdür
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Tramp yenidən prezidentliyə namizəd oldu
Kakaolu gecə maskası
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Üç qat keks (foto resept)
Gül kələmli zapekanka (foto resept)
Məktəbli formaları indi neçəyədir?
Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - VİDEO
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Depressiya zəngli saat kimidir, qurduğunuzda çalar
Uşaqlarımız itəndə nə etməlidirlər
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Kakoslu qurabiyələr (foto resept)
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər
Portağaldan şam düzəldin
Kainatın kiçik modeli tapıldı - FOTO
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Azərbaycanda 5 gün iş olmayacaq
Gədəbəyə dolu düşdü - VİDEO
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Sosial izolasiyanın normal hala çevrildiyini göstərən şəkillər
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
Piylənmə və maddələr mübadiləsi sindromu
Şaxta baba xəstəxanada
Sadə qələmlə çəkilmiş şəkillər
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
Kişilər niyə aldadır? (2)
"Rüzgar gülü"pizza (foto resept)
Günün qoroskopu: əlverişli zamandır
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Şumaxerin həyatı ilə bağlı xoş xəbər
Günün qoroskopu: həm uğurlu, həm də maraqlı gündür
İsmayıllıya dolu yağıb
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Rahibələr 10 ildə daim oğurluq etdilər-FOTO
Planetimizin iki yeni peyki kəşf edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)
Məşhur prodüseri öldürmək istədilər-FOTO
3 tələbə böcək yeyib sağ qaldılar
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
Enrikenin yeni doğulan körpəsi - FOTO















- ŞƏRHLƏR