Yenicə qədəm qoyduğumuz ilin yanvar ayının ilk günlərində Las-Veqasda "Consumer Electronics Show" ("CES") beynəlxalq elektronika sərgisi keçirilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hər il təşkil olunan sərgi yeni texnologiyalar sahəsinin yeni trendlərini müəyyən edir. O baxımdan bu il də sərgidə təqdim olunan yenilikləri ilin trendləri hesab etmək olar.
Gələcəyin avtomobili
Məlumdur ki, sürücüsüz idarə olunan maşınlar avtomobil nəqliyyatının gələcəyidir. Elə sözügedən sərgidə də əvvəlki illərlə müqayisədə daha çox sürücüsüz avtomobillər nümayiş etdirilib. Bu isə o deməkdir, yaxın gələcəkdə özü idarə olunan maşınlardan istifadəyə başlanılacaq.
Virtual reallıq texnologiyalarının inkişafı
Cari ildə virtual reallıq texnologiyaları sahəsində böyük irəliləyiş gözlənilir. Son versiya "CES" sərgisində təqdim edilən "Oculus Rift" virtual reallıq eynəyinin təkmilləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Qeyd edək ki, "Facebook" daxil olmaqla populyar xidmətlər artıq 360 dərəcə formatlı panorama videosunun göstərilməsini dəstəkləyir.
Pilotsuz uçan aparatlar
Bu sahədə maneələrə (ABŞ və Rusiyada pilotsuz uçan aparatların məcburi qeydiyyatı tətbiq olunub) baxmayaraq, 2016-cı ildə böyük irəliləyiş gözlənilir. Əvvəlki modellərlə müqayisədə yeni modellər daha sürətli və yaxşı manevr etmək qabiliyyətinə malikdir.
Yeni nəsil striminq video xidmətləri
Ən böyük axınlı video tədarükçüləri olan "Netflix" və "YouTube" "CES 2016" sərgisinin əsas iştirakçıları olublar. Bu o deməkdir ki, cari ildə striminq video xidmətləri öz tamaşaçılarını yeniliklərlə sevindirməyə davam edəcək. Bu xidmətlər yeni tendensiyaları ("4K" formatı, 360 dərəcə formatında video və virtual reallıq) müəyyən edəcək. "Netflix" xidməti 1 yanvar 2016-cı il tarixindən etibarən dünyanın 130 ölkəsində işə salınıb. Yeri gəlmişkən qeyd edək ki, "Netflix" yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings məlumat verib.
"Ağıllı ev" texnologiyalarının inteqrasiyası
Ötən il "ağıllı" ev üçün texnologiyalar sahəsində ümidverici həllər yaradılsa da, lakin bu məhsullar kütləviləşmədi. "Apple" və "Google" şirkətlərinin "ağıllı" ev üçün nəzərdə tutulmuş platformaları smart qurğuları vahid sistem üzrə birləşdirməyi planlaşdırılsa da, lakin bu, hələ qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, cari ildə yeniliklər gözlənilir.
Fərdi mini nəqliyyat
Bir çoxları yəqin ki "Hoverboard" adlı cihazla tanışdır. Maqnit sahəsinin köməyi ilə asfalta toxunmadan uçan bu nəqliyyat növünün təhlükəsizliyi müzakirə mövzusu olsa da, "CES 2016" sərgisində bu sahədə bir çox yeniliklər nümayiş etdirilib.
Sağlamlığın qeydinə qalan cihazlar
"Ağıllı ev" texnologiyalarından fərqli olaraq, personal tibbi qurğular "qızıl dövrünü" yaşayır. Qabaqcıl sensorlar, çiplər və simsiz ölçü cihazları real vaxt rejimində müxtəlif fizioloji parametrlərə nəzarət etməyə imkan verirlər. Bu il "CES 2016" istehlak sərgisində belə qurğular da nümayiş etdirilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Göbələkli qarabaşaq (foto resept)
Putin: “Rusiya silahlarının analoqları uzun müddət xarici ölkələrdə olmayacaq”
Kerem Bürsin ilk dəfə Hande Erçel haqqında danışdı
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
Hərbçilərimiz güclərini belə sınadılar
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
Azərbaycanda film çəkilişlərinə start verilib
Van Qoq əslində elm sahəsində də bir dahi idimi?
Bəzi "İPhone" telefonları bloklanacaq
Uzun və sağlam saçlar üçün
Ən bahalı saatları taxan məşhurlar
Su pəhrizi nədir?
1800-cü ilin əl çantaları
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
İnsanın yaddaşını silmək mümkün olacaq
Eşitmə məhdudiyyətli uşağın anasını eşitdiyi ilk an-VİDEO
Nigar Köçərli: "Kitab ümumiyyətlə vergi yükündən azad olmalıdır"
Kökəlmək üçün nə etməli?
Məşhur kardioloqdan xəbərdarlıq
Milyarderin qızı "Hə" dedi!-FOTO
II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Ingilis Dili-XXII Dərs
ABŞ-da türk festivalı
Meryem Üzerli "Oscar" mərasiminə bu geyimdə qatılacaq-FOTO
İşığı öləziyən ölkənin nuru olarmı?
"Game of thrones" izləyicilərinə pis xəbər
Fransız qadınlarının gözəllik sirləri
Sevdiyi qıza dövlət sirri verən zabitə həbs cəzası
"Jara" 2020-də kimlər olacaq?
Fiziki yüklənmələr yuxunun keyfiyyətini artırır
Məşhur aktyor ata oldu
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
Dəridə yaranan ləkələrin səbəbləri
Bekhem çinli model ilə "evləndi"
Hürrəm Sultan geyim və aksessuarları
Azərbaycanda pullu yolların əsas şərtləri nədir?
Güclü qadınlar niyə sevə bilmir?
Çəki azaltmaq üçün quşburnu için!
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb
Yağış yağacaq - XƏBƏRDARLIQ
Ezgi Mola ərə gedir-FOTO
Uzunömürlü ailələrin sirri
Şənbə və bazar günləri taksilər işləyəcək
Burnunuz xasiyyətinizdən xəbər verir!
"Bakı 2015"də ilk
Emosiyalar həyatı bəzəyir
Saç tökülməsinə qarşı maska
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
Səmada fişənglə uçdular