Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
DİM-dən Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
İmtahan nəticələri iləhttps://eservices.dim.gov.az/2020/netbak/?frm=egov linkində tanış ola bilərsiniz.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36840 abituriyentdən 2395 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu göstərib. O, hər iki mərhələnin cəminə görə 688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu göstərib. O, imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 31 avqust 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 30 avqust - 1 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında məlumat veriləcək.
XƏBƏR LENTİ
Ermənilər yenə səfirliyə yumurta atdılar
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Yunanıstan jurnalında ermənilərin Qafqaza köçürülməsi haqqında yazılıb
Disleksiyadan əziyyət çəkən məşhurlar
Cem Yılmaz Mayamidə EVLƏNİR-FOTO
İmtahana hazırlaşan abituriyentlər oxusun
Dağlıq Qarabağ bütün Türk və İslam dünyasının problemidir
Yeni İl gecəsi Bakıda bu avtobuslar səhərə qədər işləyəcək
Abituriyentlərin diqqətinə: bu gün sondur
Hava xəbərdarlığı
Cenner 10 il əvvəlki FOTOsu ilə TƏƏCCÜBLƏNDİRDİ
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Məşhur model görünüşü ilə təəccübləndirdi – FOTO
Noutbuklara tələbat niyə azalır?
Yağlı dərilər üçün limon maskası
Ana bətnindəykən musiqi
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
Tikə ətdən sulu yemək (foto resept)
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
SMS vasitəsilə bankomat "sınır"
Bakı-Sumqayıt yolunda tıxaca son: vaxt açıqlandı
İnsanlar niyə xəyanət edir?
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Dell biznesdən uzaqlaşmayacaq
Günün ulduz falı
Müəllim olmaq istəyənlərin nəzərinə
Google 5G şirkətini aldı
Bu prezidentin villasını çəkmək olmaz?
HAVA necə olacaq?-19 Sentyabr
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
“Facebook” “Snapchat”ın analoqunu yaradır
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
Günün qoroskopu: münasibətlərdə diqqətli davranın
Dünyanın ən məşhur qadın tennisçiləri
Topal Teymur
Ən gülməli manekenlər
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdi
Prezident İlham Əliyev və xanımı rəsmi qəbulda
Obamanın cibində nə qədər pul olur?
Bakı-2015: Bu sevgi türkləri heyran etdi
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
2013-də Azərbaycanda neçə film çəkilib?
Karantin dövründə ödəmələr edilmiş vergi ödəyicilərinin sayı bilindi - RƏSMİ
Pomidor maskası
Çanta modelləri
Toylarını mətbuatdan gizlədən məşhurlar
Kibritdən hazırlanan əşyalar
Azərbaycanda tədris ilinin müddətinin iyuna qədər uzadılmasının səbəbləri açıqlanıb














