
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Naftalan şəhərində tibbi turizm geniş inkişaf etməkdədir. Bunu deməyə əsas verən şərtlərdən biri də şəhərə üz tutan yerli və xarici turistlərin sayıdır. Proqnozlara görə, bu ilin sonuna qədər 15000-dən artıq turistin gələcəyi gözlənilir. Qədim zamanlardan bəri yaxından və uzaqdan gələn xəstələr Naftalanda özlərinə şəfa tapardılar.
Neftlə müalicə üçün Naftalana üz tutanlar əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəlikləri, sonsuzluq, eləcə də qaraciyər xəstəliklərindən şikayət edənlərdir.
Nəzakət Əhmədova - sanatoriyanın baş həkimi: “Bütün mövsümlərin özünə uyğun xəstəlikləri var. Biz məsləhət görərdik ki, ürək-damar xəstəlikləri ilə əlaqədar əsasən yaz, payız, qış aylarında gəlsinlər. Amma sümük-oynaq xəstəsi olanların hazırki mövsümdə gəlmələri məsləhətdir”.
Naftalan nefti güclü iltihab əleyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı, digər effektiv xüsusiyyətlərə də malikdir.
Nəzakət Əhmədova: “Naftalan neftilə müalicə daha effektlidir. Dərmandan fərqli olaraq əks və ya əlavə təsirə malik olmur. Misal üçün, sümük-oynaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar mədə-bağırsağa çox təsir edir. Amma Naftalanda əksinədir. Sonzuluqla bağlı uzun müddət dərmanla müalicə aparılması hormonal çatışmazlıqlar yaradır, Naftalan isə təbii müalicədir”.
Həkimin sözlərinə görə, müəyyən xəstələrin 6 aydan bir, müəyyən xəstələrin isə ildə bir dəfə müraciət etmələri kifayətdir.
İsmayıl Qurbanov - Bakı sakini: “Həyat yoldaşımla ikinci ildir ki, gəlirik bura. Ötən ilə nisbətən bu il özümüzü daha yaxşı hiss edirik. Əvvəl, demək olar ki, yeriyə bilmirdik”.
Əsəd Hüseynov - Bakı sakini: “Bakı şəhərindən gəlmişəm. Ayın 4-dən buradayam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə gəlmişəm. Ayaqlarımda revmatizm var, bura çox kömək olur. Hər il gəlirəm”.
Cari ilin 7 ayı ərzində Naftalana üz tutan qonaqların sayı 7500 nəfər olub ki, onların da 1000-dən çoxunu xarici qonaqlar təşkil edib. Ötən ilin müvafiq dövründə isə qeydə alınan xarici və yerli turistlərin sayı 6150 olub.
Comard Darkiev - Qazaxıstan vətəndaşı: “Səhhətimdə elə bir problem yoxdur, sadəcə internet vasitəsilə tanışlarımdan, dostlarımdan bura haqda məlumat eşitdim. Maraqlı gəldi və profilaktik müalicə üçün gəldim. 5-ci gündür, bir neçə vanna qəbul etmişəm, artıq 5 yaş cavanlaşdığımı hiss edirəm. Bildiyim qədərilə dünyada iki belə müalicə ocağı var - biri Xorvatiyadadır, digəri isə Naftalanda. Amma Naftalanın sədası daha məşhurdur. Gələn il mütləq həyat yoldaşımı və 3 uşağımı da özümlə gətirəcəm”.
Aleksandr Papkov - Rusiya vətəndaşı: “Dərimdə problemlər vardı. Müalicəsi üçün hər il buraya gəlirəm. Bura haqda nənəmdən eşitmişəm. O hələ Sovet dövründə müalicə məqsədilə Naftalanda olub. Onun oynaqlarında problemləri olub. Məndə dəri xəstəliyi aşkarlananda məsləhət edərək dedi ki, Saşa, Naftalana get, orada dərdinə əlac ediləcək. Düşündüm ki, nənəm yalnış məsləhət verməz və buraya üz tutdum”.
Xarici qonaqlar arasında əsasən MDB ölkələrindən gələnlər üstünlük təşkil edirlər. Avqust ayında Naftalana 3000-ə yaxın yerli və xarici turistin gələcəyi gözlənilir. Hazırda qonaqların sıxlığı ilə bağlı sanatoriya və otellərdə yer tapmaq elə də asan deyil.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Alkoqolu nəylə əvəz edək?
4 kameralı Huawei smartfonu təqdim olundu
"X" və "İ" hərfi ilə başlayan adların mənası
Dəbdə 70-ci illərin izi
Qadınları cəlbedici edən xüsusiyyətlər
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
Kömür lattenin faydaları
Son model bilərziklər
Sağlam bəslənmə pəhrizi (2)
İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
Microsoft-da işçilər izlənəcək
Qəhvəli piroq (foto-resept)
Dünyanın ən qəribə masajı
Saakaşvili yalançılıqda ittiham olunur
Koronavirusla bağlı son STATİSTİKA
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Qaraciyər xərçəngində laparoskopik cərrahiyyə
“Bu ölkə tezliklə məhv olacaq” - Vanqanın yeni öncəgörməsi üzə çıxdı
Demet Akalın bazarlığa 70 minlik geyimlə çıxdı-FOTO
Şarliz Teron oğlunun geyimlərindən danışdı-FOTO
Türkiyənin məşhur kanalı bağlandı
Təzyiqi aşağı salan 4 ərzaq
Məşhurların təəccübləndirən evlilikləri
Uşaqlar üçün hazırlanmış yeməklər
Disleksiyadan əziyyət çəkən məşhurlar
Ruhaninin prezident seçkilərindəki əsas rəqibi bəlli oldu
Bakının bir hissəsi susuz qalacaq
Çimərlik üçün saç modelləri
Avropada koronavirusun ilk yayıldığı ölkə və zaman bəlli oldu
Dünya çempionu Azərbaycana gəlib
Bürclərin musiqi seçimi (1)
Cey Lo əkizlərini belə təbrik etdi - FOTO
Toxumağı öyrənək. Dərs - 1
Azərbaycanda zəlzələ olub
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
"Çox təəssüflər olsun ki, zəif həkimlərimiz var"
Azərbaycanda gələcəkdə yerüstü metro xətləri çəkilə bilər
Azərbaycanda komendant saatı tətbiq edilə bilər? - VİDEO
Əsgərlərimiz Şuşadan Azərbaycana salam yolladı - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi
Qozlu buğda salatı (foto-resept)
Tələbələrin təqaüdlərində QAYDA DƏYİŞİKLİYİ
Putinə inanılmaz təklif: “Mənimlə evlənin"
2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
Çəhrayı rəngli fil balası - VİDEO
Yediyimiz toyuqlar belə şişirdilir
Postları necə aldıq?
Evdəki sadə vasitələrlə gözəllik təklifləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]