
Azərbaycana quş yemi əsasən xaricdən idxal olunur. Deyilənə görə, məhsulun maya dəyərinin 65 faizini yem və yem əlavələri təşkil edir. Bu səbəbdən də broyler təsərrüfatları az xərclə məhsuldarlığa nail olmağa can atırlar. Vasitə kimi də genetik modifikasiya olunmuş məhsullara, kimyəvi maddələrə üz tuturlar. Ölkə qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni bu cür yemlərin gətirilməsini qadağan etsə də, məlumata görə, quşçuluq fabrikləri bir çox hallarda buna əməl etmirlər. Nəticədə təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb edildiyi halda, broyler təsərrüfatlarında toyuqlar 4 həftə ərzində az qala 2 kiloqrama çatırlar.
Məsələ ondadır ki, yerli quşçuluq fabriklərində çalışan işçilər çox vaxt bu səbəbdən toyuq əti yeməkdən imtina edirlər. Uzun müddət Bakıdakı broylerlərdən birində çalışan xanım, analitik.az-a bunları təsdiqləyərək bildirib ki, onun işlədiyi fabrikdə vəziyyət olduqca acınacaqlı olub. Belə ki, toyuqlara tez böyüməsi və kökəlməsi üçün lazım olan normadan daha çox dərmanlar vurulub. Ona görə də dərmanlar hesabına kökəldilərək satılan toyuq ətini evlərinə aparmaqdan imtina ediblər. Üstəlik, toyuqlara verilən yemlər də təbii yox, geni dəyişdirilmiş məhsullar olur ki, bu da insan sağlamlığı üçün olduqca təhlükəli hesab olunur. Yəni, müxtəlif xəstəliklərə yol açır.
Milli.Az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Analitik.Az-a dedi ki, hazırda Azərbaycana quş yemləri əsasən Cənubi Amerika ölkələrindən gətirilir: “Xüsusən Argentina, Braziliyadan gətirilən və toyuqlara verilən yemlər genetik modifikasiya olunan yemlərdir. Bu azmış kimi, Azərbaycanda geni dəyişdirilən qarğıdalı əkilərək broylerlərə yem olaraq verilir. Bu, bizi çox narahat edir. Üstəlik, broyler toyuqlarının 30 günə yeməli vəziyyətə gəlməsi, quşçuluq fabriklərində baytarlıq dərmanları qalıqları ilə bağlı tədqiqatın aparılmaması, heç bir müstəqil laboratoriyanın olmaması, yalançı sertifikatların verilməsi problemlərdən xəbər verir. Biz Azərbaycanda heç bir laboratoriyada baytarlıq dərmanlarının qalıqlarını müəyyən edə bilmərik. Nə qədər ki, antibiotikləri müəyyən edən müstəqil laboratoriya yoxdur, nə qədər ki, bu sahədə şəffaflıq yoxdur, bu məsələ qaranlıq olaraq qalacaq. Qaranlıq məsələlərdə də həmişə şübhələr olur”.
Ekspert bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən əksər broylerlərdə arzuolunmaz vəziyyət mövcuddur: “Bütün broylerlər eyni standart üzrə hərəkət edir. Kim tez toyuq yetişdirəcək, kim tez bazara məhsul çıxaracaq, bu xətt üzrə çalışırlar”.
Eyyub Hüseynov onu da vurğuladı ki, hazırda ölkədə qida təhlükəsizliyi nişanının verilməsi üçün tələblərə cavab verən müəssisə tapılmır: "Azad İstehlakçılar Birliyi 1 ildir ki, USAİD-in maliyyə dəstəyi ilə layihə həyata keçirir. Bəzi müəssisələrə Azərbaycan istehlakçılarıının qida təhlükəsizliyi nişanını tətbiq etmək istəyirik. Təsəvvürünüzə gətirin ki, ölkəmizdə təhlükəsiz qida istehsal edən broyler fabriki tapmamışıq ki, ona təhlüksəsiz qida nişanı verək. Belə bir nişan artıq dövlət qeydiyyatına alınıb. Bu nişan veriləndə artıq həmin müəssisədə təhlükəsiz qida istehsal olunduğu təsdiq olunacaq. Biz onun lobbiçiliyini aparacağıq. Təəssüf ki, belə bir müəssisə hələ yoxdur”.
Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma təəssüf ki, çox vaxt bu qaydalar nəzərə alınmır.
Bir qədər əvvəl də anailitik.az xəbər vermişdi ki, broylerlərdən birində toyuqlar satışa göndərilməzdən əvvəl onların bud nahiyəsinə və ağ ətinə şprislə xüsusi maddə yeridilir. Bu isə toyuğun öz real çəkisindən 300-500 qram artıq çəkidə olmasına səbəb olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən bir neçə kiloqram artırmaq da mümkündür.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İrəvan Moskvadan bərk inciyib
Kişilərin sevdiyini göstərən əlamətlər
Cinsi problemlərə yol açan duyğular
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Suriya baş naziri: "Savaşı qazanırıq"
18 dəbli manikür modeli
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ekspress xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək - RƏSMİ
Bəbir dərisi naxışı dəbi
Xərçəng xəstəliyindən qorunun!
Biz hər yerdəyik
Koalaların nəsli kəsilə bilər
Köhnə film ulduzların palto dəbi
İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)
Danışan idman ayaqqabıları
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Yeni günə gümrah oyanmaq üçün
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı
Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Ailə tərbiyəsi necə olmalıdır?
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Soyuq da gözəllik yaradır
Tətil sabahdan başlayır!
"Ronaldu və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır"
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bengü canlı yayımda ağladı-VİDEO
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
İlham Əliyev Almaniyada
“Yeşilçam”ın aktyoru vəfat etdi
Qaranlıqdan qorxan uşağa necə davranmalıyıq?
Culiya Roberts 45 kq oldu-FOTO
O mükəmməl bədən kimindir?
Kəsmikli alma piroqu
JeepВ® Compass yeniləndi
Sukeçirməz, ağıllı qolbaq
Qreypfrutun faydaları və zərərləri
Hande Erçelin FOTOsu səs-küy yaratdı
Peruda YADPLANETLİLƏRİN cəsədləri aşkar edildi
Almaniya haqqında maraqlı faktlar
Uşaqlarınıza kitab oxuyun
Çuğundur salatı (foto resept)
Hava ilə bağlı XƏBƏRDARLIQ
Ən yaxşılar seçilir
Son 50 ildə görünməmiş həddə qar yağıb
Azərbaycanda 9 May















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]