
Milli.Az Azər Tac-a istinadən bildirir ki, oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban ƏliyevaNaftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.Avropa ilə Asiya arasında körpü olan respublikamızda idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkədə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna möhkəm zəmin yaradır. Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər görülür. Bu otellərdə qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir. Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin tez-tez keçirildiyi məkana çevrilib. Bundan bərabər, ölkəmizdə qeyri-neft sektorunun inkişafı da başlıca prioritetlərdəndir.Naftalanda inşası yenicə başa çatan “Qarabağ SPA and Resort” otel kompleksi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks də təkcə Naftalanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektidir. Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırıldı ki, otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.
Bildirildi ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.
Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.
Daha sonra xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı və xanımı elektromobillə otelin ərazisini gəzdilər.

Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Rus dilində imtahan verəcək abituriyentlərin nəzərinə qaydalar dəyişib
Meryem Üzerlinin son halı təəccübləndirdi-FOTO
Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi
Ezgi Mola sevgilisinə sataşdı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Hava haqqında
Amir Xan sevənlərini təəccübləndirdi-FOTO
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Sükan arxasında siqaret çəkənlər cərimələnəcək
Şeyma Subaşından Çağatay açıqlaması-FOTO
Məşhur aktrisa yıxıldı-FOTO
Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda temperatur -10 dərəcədən aşağı düşdü
Uğur Ebru Şalıya bu cür dəstək verdi_FOTO
Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?
Şokoladlı pryanik (foto resept)
Xoruldayanı xəbərdar edir
Məhkəmə təxirə salındı
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
Bizi gözəlləşdirən düşmənlər-Pariklər
Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?
Nadir hallarda görə biləcəyiniz şəkillər
Türkiyədə dincələn Keti Praysın ayaqları sındı
Kleopatranın makiyaj sirləri
RİO-2016: 48 idmançımiz çıxışını başa vurub - SİYAHI
Azad Söz (10-cu hissə) SON
İşləyənlərə xəbərdarlıq
Qırmızı kələmin faydaları
Ayrı yatmaq sevgini öldürürmü?
Dolu Gürcüstanın rayonunu viran qoydu
Ərtoğrol Cavid (vaxtdan uca)
Polis avtovağzalda doğuş qəbul etdi-FOTO
“Arsenal”ın ulduzu İngiltərə kubokunu sındırdı - VİDEO
Pendirsevərlər üçün hotel açıldı - FOTO
Rus Dili dərs-16
Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏ
Dekorasiyada zidd rənglər
Makiyajın tarixi
Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək
Ən ucaboy vətəndaşımızın işi ASANlaşdı
Səhiyyə Nazirliyi 124 sahibkarı cərimələdi
Murat Bozun FOTOsu səs-küy yaratdı
5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA
Dilqəmdən ermənilərə dərs
Ərəbistanda İNANILMAZ QƏRAR
Akrobatlar eniş edən təyyarəyə təhlükə yaratdılar -FOTO
Hava haqqında - 30.01.2014
Saç aksesuarı olan şallar
İstanbuldakı partlayışı terrorçu qadın törədib















- ŞƏRHLƏR