
O 24 illik ömrünə şairliyi, bəstəkarlığı, rəssamlığı, gözəl səsi, işləməyi, oxumağı, professional şahmat oynamağı və əzabları və nəhayət vərəmlə mübarizəni sığdırdı.
Bir çiçək yeni açmağa başlar,
Görənlər bir çiçək həmən qoparar.
Ona toxunanlar həpsi vicdansız.
Könül çalan əfi, canavar, qansız.
Sonra çiçək incə boynunu büküb,
Göz yaşı yerinə zəhərlər töküb
Gündən günə solur tikana dönür
Gözündə parlayan səadət sönür.
Bunu 11 yaşındaykən, 1932-ci ildə Ərtoğrol Cavid yazıb. Həmişə necəsən sualına dünənkindən yaxşı sabahkından pis deyən, Cavid soyadının daşıdığı üçün bütün qapılar üzünə bağlı olan möhtəşəm insan yazıb. Mən deyərdim ki, Hüseyn Cavidin dahiliyi yazdığı əsərlərdən cox tərbiyə verdiyi övladları olub. Ən böyük əsəri onun Ərtoğrol idi. Canlı əsəri olan Ərtoğrol cəmi 24 il ömür sürdü. O elə bir qabiliyyət sahibi idiki, bilmirəm fələkmi qısqandı onu yoxsa Tanrı bizdən tez aldı ki, ona çox əzab verməsinlər. Uşaqlığından yazdığı şerləri nə biləydiki zaman ötdükcə özü yaşayacaq. Sanki özü özünün tale yolunu qabaqcadan yazırdı. Ona şair desəm ruhu inciyər. Çünki gözəl bəstələri vardı. Hətda 10 illik fortepiono məktəbini 3 ilə bitirmişdi. Rus dilindən yüksək səviyyədə nə qədər bəstələri tərcümə etmişdi. Müsiqi tərcümə etmək üçün gərək ədəbiyyatı da, dili də gözəl bilməklə yanaşı gözəl musiqi duyumun ola. İlk böyük əsəri fortepiano üçün yazılımış “9 Lariasiya” dır. (1941-42 Ü. Hacıbəyova ithaf olunub) . Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi”. T. Rəsizadənin “Səninlə olaydım” və s. Şerlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasının və marşlar yazmış, “Şeyx Sənan”, “Məshəti” operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-42 illərdə Azərbaycanın Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmişdi. Baş qoşsaydı dahi riyaziyyatçıda olardı. C.Məmədovun xatirələrində yazib ki, Ərtoğrol ona bənzədiyi və riyaziyyat imtahanını özü verə bilməyəcəyini görüb Ərtoğrola onun yerinə imtahan verməyi xaiş edib. Ərtoğrol isə bu xahişi yerə salmayıb və imtahana onun yerinə girib , imtahandan əla qiymət alıb. Əla bilmədiyi fənn yox imiş. Hətda atası bir dəfə deyib ki -oğlum bütün fənlərdən əla oxuyursan amma bir sənət seç onun dalıyca get. Dəftərlərində səliqəsi və xətti belə hər kəsi valeh edirdi. O “şahmat partiyaları” adlı dəftərində günün qrossmeysterlərinin seçmə oyunlarını yazıbmış. Kim baxsa hər birini xüsusi şərhlə yazdığı bu dəftərin sahibini peşəkar olduğunu düşünərdi. Bu qədər ömrə həm əzablarla yaşamağı həm işləməyi həm oxumağı necə sığdırırdı. Bunları dedim, amma gözəl səsidə var idi. Hətda gözəl rəssamlığı da vardı. Bir sıra əl işləri durur. “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. Lakin vərəm yaxasına necə yapışdısa bu qabiliyyətiləri özündə cəm edən dahi insanı aldı bizdən. Zaman onda qalib gəldiyini düşündü amma o vaxtdan ucadaydı. Rəfail Hüseynov Cavidlər ailəsi haqda yazarkən gözəl ad qoyub kitaba “vaxtdan uca. “ Zaman həmişə dahilərin qarşısında acizdi. Zaman kecəcək, yaşa dolacaq ama Ərtoğrolun dahiliyi, qoyduğu əsərlər daim yüksəkdə duracaq. Onu ölüm apardı, amma ölümün gözlərinə baxıb öz əməlləri ilə onu ağlar qoydu.
Mən Ərtoğrolu qısa olaraq sizə anlatsam da, bu məncə cox azdı. 800 vərəqlik kitabı qısaltdım sizə. İnsallah sizə nəyi isə çatdıra bildim və tanımayanlara tanıtdım.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Android-də viruslar azalıb
Yad planetli olmaq üçün 50.000 dollar xərclədi
90 min uşağın həyatını xilas edən qadın
Soğan kababı (foto resept)
Rusiya hərbi gəmiləri Xəzərdə hazır vəziyyətə gətirildi
Övladımızın sevdikləri və sevmədikləri
Sinəsini böyütmək istəyirdi həyatı kabusa döndü-FOTO
Uşaqlar yay tətilində nə etməlidirlər?
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Gülben Ergen və Yeşim arasında qalmaqal
Badam yağının 6 faydası
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Yeni il tortları-2
Qaymaqlı sosuda dadlı dairəciklər(foto resept)
Depressiyadan qorunmağın yolları
Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq
Serialdakı eşq gerçək oldu?
Bir vücudda iki insan
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Ağıllı uşaqların valideynlərinin nəzərinə!
Messi Raulu geridə qoydu
Prezidentdən qanuna dəyişiklik
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
“Qarabağ”da şok itki
Necə “aldanırıq” – MARKETOLOQLARIN AДћILLI HİYLƏSİ
"Halal" standartı almaq üçün müraciət etmiş şirkətlərdə yoxlamalar aparılır
Azərbaycanda 50 minə yaxın insanın qan problemi
Avropada tərk edilmiş binalar
16 yaşlı qızın mədəsindən 300 qramlıq tük topası çıxarıldı
Deyl Karnegidən 12 məsləhət (1)
Bayram namazı necə qılınacaq?
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Günün ulduz falı - 04.02.2014
"Eurovision 2012"-nin qalibi İsveç oldu!
Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Hamiləlik psixologiyası
“Wi-Fi” şəbəkəsini necə genişləndirmək olar? - Yeni kəşf
Sıla milyonluq maşını ilə gündəmdədir-FOTO
Qeyri-adi üzüklər
MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 44 yeni yoluxma
Neslihan:"Qorxularımla üzləşirəm"
Adriana Limanın bu FOTOsu diqqət çəkdi
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]