
Bu gün Qafqaz Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirin təşkilatçılarından olan Qafqaz Universitetinin rektoru Əhməd Sanıc açılış mərasimində çıxış edərkən bildirib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan ədib, romantizim ədəbi cərəyanın banisidir. Azərbaycanda fəlsəfi ədəbiyyatın da böyük yaradıcılarından biri olan H.Cavid Türkiyədə təhsil alıb. Sibirə sürgün edilən və orada da dəfn edilən Cavidin nəşi 51 il sonra doğulduğu Naxçıvan torpağına gətirilib. Daha sonra tədbirdə H.Cavidin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Filmdən sonra çıxış edən filologiya elmləri doktoru, professor, Cavidşünas alim Kamran Əliyev qeyd edib ki, bu kitab çoxdan nəşr edilməli idi. Onun sözlərinə görə, yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur. Bu nəşr Hüseyn Cavidin yenidən doğuluşudur: "H.Cavid yalnız özü üçün yaşamayıb. O, bütün xalq, millət üçün yaşayıb. Bu gün çox böyük qürurla deyirik ki, H.Cavid həmişəyaşar yazıçıdır. H.Cavidin zamanı məhdud deyil. Onun əsərlərinin zamanı 1 ay, 1 il deyil. H.Cavid müraciət etdiyi dövr birbaşa türkcülüyün başlanma dövrüdür". K.Əliyev qeyd edib ki, H.Cavidin məkanı bütün dünyadır. Onun məkanı şimaldan cənuba, şərqdən qərbə doğru uzanır: "Cavid Nizami Gəncəvi ideyalarını yenidən doğurdu və yenidən ədəbiyyata gətirdi. Nizami kimi Hüseyn Cavid də öz yaradıcılığında ideyalara söykəndi". Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin rəhbəri, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyevaisə Cavidi minilliklərin yazarı adlandırıb. H.Cavidin bundan sonra növbəti minilliklərin də yazarı olacağını vurğulayan S.Vəliyeva qeyd edib ki, belə sənətkarlar el üçün deyil, bəşəriyyət üçün doğulurlar. Bəşəriyyət üçün doğulanların yaradıcılığı isə həmişə öyrənilməlidir: "Cavid taleyində xüsusi missiyası olan insan kimi düyaya gəlib. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Hüseyn Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı". S.Vəliyeva qeyd edib ki, H.Cavid Türkiyədən əvvəl Urmiya vilayətinə gedib. Orada Şərq ədəbiyyatını, Quranın təfsirini öyrənib: "O, axtardığı ən böyük suala cavab tapmaq üçün Türkiyəyə getməli idi. Burada 2 il universitetə hazırlaşandan sonra indiki İstanbul Universitetinə qəbul olundu, türkçülük fəlsəfəsini öyrəndi". Layihə rəhbəri qeyd edib ki, Cavid türkcülük ideyasını daha da yüksəldən ideoloq idi. Onun ən böyük ideyaları kiçik bir şeirində - "Gülbahar"da öz əksini tapıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Ledi Qaqa yıxıldı-FOTO
Bakı metrosunda havayı internet
Məşhur müğənninin sümüyü sındı-FOTO
Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?
Əliyevdən yeni əfv sərəncamı
Super qadınlar üçün super qidalar
"Zəhərlənmə mövsümü" gəlir
Xərçəng xəstəliyindən müalicə alan Nilufər “donuz qripi”nə yoluxub
Dünyanın ən iri ombasının sahibi-FOTO
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Sakit okeanda sunami təhlükəsi
Kaia Gerberdən qısa saç modelləri
İzləyiciləri konsert başlamamış zalı tərk etdilər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Bu qızın əlində tər "yağışı" var-FOTO
Ebola 10 min adamı məhv etdi
Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib
Orijinal evlər
Bakının "Qış cəhənnəmi"
İştah kəsən 5 qida
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Kosmosda sərvət tapıldı-FOTO
Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ
Günün Ramazan təqvimi (4 iyul)
Şəkidə "Şəhər günləri" start götürdü
Yığılıb-sökülən kompüter hazırlanıb
Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq
Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq
Heç yerdə görmədiyiniz 10 meyvə
Uşaqları günəşdən qorumağın yolları
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Uşaqlar üçün pijamalar
Polad Həşimovun yaşadığı bina təmir edilir - FOTO
Kral ailəsi Bekhemi seçdi
HAVA necə olacaq? 23 MAY
Bitkilər və təbabət (3)
Matriksin dəbə təsiri
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerlərinə sənəd qəbulu elan edir
İnternet dükanlarında kim nə alır?
Eminin geyimi diqqət çəkdi-FOTO
Hillari Klinton: "Putin çox dikbaş adamdır"
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bakıda sahibsiz itlər niyə öldürülür?
Prezident Polad Bülbüloğlunu təltif etdi
Azərbaycanda cütlük SMS-lə icazə alıb evləndi -VİDEO
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
UEFA Albaniyanın “Skenderbeu” klubunu avrokuboklarda iştirakdan məhrum edib
Belinizin formasına görə necə geyinməlisiniz?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]