
(Ya Rəsulum! Səndən ruh haqqında soruşarlar, de: “Ruh Rəbbimin əmrindədir. Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir!” (Qurani Kərim. İsra - "Gecə aparılma" surəsi, 85-ci ayə).İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar - təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir. Yəni Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərsiz. Bu ayədən çıxış edən ilahiyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Göstərilən ayədə ruhun nə oduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumu artırmaq istiqamətində bir təşviq var. Quranda buyurulur ki, insan tək bir candan yaranır və İlahidən ona görkəm verilir. Sonra İlahi öz ruhundan ona üfürür. Yəni insanın mahiyyətinin özündəhəm can, həm də ruh var. Can yalnız insana aid olan məfhumdur, ruh isə İlahi materialdır.
ANS PRESS elmin gözəgörünməz və insanların çox vaxt mistika adlandırdığı Ruh barədə elm adamlarının fikirlərini bir araya toplamaqla kiçik araşdırma aparıb. Əstəğfurullah, Allahın işinə qarışmaq fikrimiz yoxdur, sadəcə insanların bu barədə düşüncələrinə bir balaca aydınlıq gətirmək istəyirik:
Kosmosla əlaqəyə girdiyini iddia edənlərin açıqlamalarını müəyyən dərəcədə ciddiyə almaq olar. Bəli, elm ruhu qəbul edir! Düzdür, ruhun energetik varlıq olduğu elm qəbul etsə də, onun mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi ali güc, ali enerji olan İlahi varlığın özüdür. Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Ruhun mahiyyəti barədə adi insan təfəkkürü acizdir, amma elm adamları üçün bunu demək düzgün olmazdı.
Müasir alimlərə görə, insanın düşünmək qabiliyyəti beyindəki neyronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə, qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tədqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir: "Ağlı sadəcə beynin funksiyası kimi izah etmək üçün illərlə çalışandan sonra başa düşürsən ki, varlığımızın iki ünsürdən ibarət olması haqqında deyilənlərlə razılaşmaqdan başqa yol yoxdur. Ağlı yalnız beyində baş verən fiziki-kimyəvi proseslərlə izah etmək mümkünsüzdür. Demək, varlığımız iki ünsürdən - maddə və ruhdan ibarətdir".
Elm adamlarını bu qənaətə gətirən səbəb şüurun heç bir halda maddi amillərlə izah olunmamasıdır. İnsan beyni 5 duyğumuzun toplandığı və analiz edildiyi möhtəşəm kompüter kimidir. Amma bu kompüterin "mənlik" duyğusuna sahib olması, hiss etməsi, düşünməsi mümkün deyil. TР°nınmış ingilis fiziki Rocer Penrouz bununla bağlı yazır: “Konkret insana onun şəxsiyyət duyğusunu verən nədir? Vücudu əmələ gətirən atomlarmı? İnsanın kimliyi atomları əmələ gətirən elektron, proton və digər hissəciklərin seçimindənmi asılıdır? Bunun belə olmadığını göstərən azı iki səbəb var. Birincisi, hər bir canlının bədəni durmadan dəyişir. Doğulduğumuz andan bəri vücudumuzun bütün hüceyrələri dəfələrlə dəyişilib, yeniləri ilə əvəz olunur. İkinci səbəb isə kvant fizikası ilə bağlıdır. Əgər bir kimsənin beynində hansısa elektron başqa maddədə olan elektronla əvəzlənsəydi, heç bir fərq ortaya çıxmazdı. Sistem eynilə əvvəlki kimi çalışardı. Eyni fikir protonlara və digər bütün hissəciklərə də aiddir. Əgər bir insanın bədənində bütün maddə bir evin uyğun maddəsi ilə dəyişdirilsəydi, sözün həqiqi mənasında heç bir fərq ortaya çıxmazdı".
Eyni şeyi beyni əmələ gətirən maddə haqqında da demək olar. Demək, insanı insan edən nədirsə maddə deyil, onun tamamilə fövqündə olan bir şeydir. Penrouz kitabının nəticə bölməsində bununla bağlı bildirir: "Şüur elə bir varlıqdır ki, onun hansısa təsadüflər nəticəsində yarandığına heç vaxt inana bilmərəm. Biz bütün kainatı, onun əmələ gəlməsini şüur nəticəsində anlaya bilirik".
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, elm də qeyri-maddi varlıq ruhun qarşısında aciz olsa da, onu qəbul edir. Kvant fizikasının qurucusu Maks Plank (1858-1947) maddənin ən kiçik parçası Atomu kəşf etdikdən sonra ruhun real varlıq olduğunu təsdiqləyir. Maks Plankın 1944-cü ildəki çıxışdan bir parçanı təqdim edirik:
"Bir fizik olaraq, yəni bütün həyatını elmə - maddənin araşdırılmasına və kəşfinə xidmət etmiş biri olaraq və atom kəşfimdən sonra sizə bunu söyləyirəm: Əslində maddə deyə bir şey yoxdu! Maddə deyilən şeylərin hamısı, atomu əmələ gətirən partikülləri titrəşdirərək kiçicik Günəş sistemləri şəklində bir arada tutan bir güc tərəfindən əmələ gəlir və hamısı o gücdən ibarətdir. Kainatda nə ağıllı, nə də sonsuz bir güc olmadığına görə, bu gücün ardında şüurlu və ağıllı bir ruhun olduğunu qəbul etmək saymaq məcburiyyətindəyik.
Görünən maddə, keçici müddətli olan maddə gerçək, real deyil. Görünməyən, ölümsüz olan ruh gerçəkdi, realdı. Amma ruh da özbaşına ola bilmədiyi üçün, hər ruh bir varlığa aid olduğu üçün, məcburən ruh-varlıqları qəbul etmək məcburiyyətindəyik. Ruh-varlıqlar özbaşlarına ola bilmədiklərindən və yaradılmış olmaq məcburiyyətində olduqlarından, bu gizli yaradıcını Yer üzündki hər xalqın min illərdir adlandırdığı kimi adlandırmaqdan çəkinmirəm: Tanrı. Gördüyünüz kimi sevgili dostlarım, bütün yaradılışın əsl səbəbi ruha artıq inanılmadığı üçün Tanrıdan uzaqda qalmağın əzabıyla yaşayarkən, ən kiçik görünməyən bir parçacıq (atom), gerçəyi maddə dəlisi materializmin məzarlığından çıxarır və qeyb edilib unudulan ruhun dünyasına gedən qapıları açır."
Sonda belə bir sual yaranır; bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olur? Ruh birbaşa Tanrının özünə qayıdır, hər can ona qayıda bilməz. Quranda "can" sözü ərəbcə "nəfs" sözü ilə ifadə olunur. Bu, bizim çox zaman mənfi mənada "nəfs", "tamah" mənasını vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi bir fəza sistemi var ki, adına Cənnət deyilir. Yalnız paklanmış canların, təmizlənmiş ruhların həmin məkana daxil olma imkanı var. Amma Tanrının insanı yaratdığı zaman canına üfürdüyü o ruh isə birbaşa Tanrının özünə qayıdır. O çirkab götürmür, İlahi materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən, bizi hərəkətə gətirən daimi bir enerjidir. İnsan dünyasını dəyişən zaman həmin o enerji bir başa Tanrıya qayıdır. Amma canda da enerji var. Yalnız paklanmış canlar bir başa cənnətə gedir, təmizlənməmiş canların isə din anlamında aqibəti Cəhənnəmlikdir. Bəzi dinlərdə bu son məqsəd sayılsa da, yaranışın mənası və məqsədi Cənnətə düşmək deyil. Mənəvi paklanmadan və tam ruhi təmizlənmədən sonra Tanrı dərgahına düşmək olar ki, ora da Cənnətdən milyon dəfə üstündür.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Ziyafət geyimləri
"AzərLayt" bir qədər ucuzlaşdı
10 yaşında ərə verilən Azərbaycanlı Məşhur-FOTO
Naxçıvanda orduya əmr verildi
Karantin qaydalarının pozulması halları ilə bağlı AÇIQLAMA
Günün ulduz falı
Bir saniyə əvvəl: Çox güləcəksiniz
Münasibətdə güclü qadınların xüsusiyyətləri
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Qorxunc statistika: Azərbaycanda cinsi tarazlıq pozulur
Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
Ağcaqanad boyda düşüncə
Yadplanetlilərin qalıqları aşkar edildi – UNİKAL TAPINTI
Soyuducular
Şeyda Coşkundan 6 günlük pəhriz proqramı
Qadın.Netlilərin tərcümeyi-halı (3)
Antonio Banderas koronavirusa qalib gəldi
Övladlarınız haqda bilmədikləriniz şok faktlar: bir şəkil yetər
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
Türkmənistan Qazaxıstanla sərhədini bağladı
Mən bildim...
Kəndir bitkisi
Ekspertdən təhsilin bərpası ilə bağlı tövsiyə
Möhtəşəm don modelləri
Beyonce 100 kq-lıq çəkisindən danışdı-FOTO
Qarabağdan ürək dağlayan görüntü
Qadın və kişiləri özünə əmin edən amillər
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
İnqilabi kəşf insanları xərçəng və allergiyadan xilas edəcək
Britni Spirs pəhrizi
Hava haqqında
Bu gün qəbul imtahanıdır
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
Lavaş incə məsələdir
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
İçki və insan orqanizmi
Stallone ailəsinin karantin əyləncəsi - FOTO
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur
Cansu Dere hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Dondurmalı, isti şokoladlı keks (foto-resept)
2013-cü ilin dəbli şəffaf çanta və ayaqqabıları
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxub
Haray çəkən Şuşam, ağla...
Məşhur aparıcıdan hicab AÇIQLAMASI
Qadınlar sirri neçə gün saxlaya bilər?

- ŞƏRHLƏR