İnternet həyatımızın bir hissəsinə çevrildiyi vaxtda, təəssüf ki, onun fəsadlarından da yan keçmək olmur. İnternetin yaratdığı problemlərdən şikayət edənlərin sayı da kifayət qədərdir.
Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə saxta profillərin açılması, adminin adından yanlış məlumatların yerləşdirilməsi və internet resurslarında yayımlanması insanları narahat edən əsas amillərdən biridir. Mütəxəssislər deyir ki, belə halların qarşısını dərhal almaq mümkündür. Yetər ki, vəziyyətdən asılı olaraq hara müraciət etdiyini biləsən.
Fərhad Hüseynov (şikayətçi): "Belə hallar 2-3 dəfə başıma gəlib. Birinci dəfə profilim oğurlandı, ikinci dəfə dostum mənə dedi ki, adına profil açılıb".
Mütəxəssislərin sözlərinə görə, saxta profillərin yaradılmasında kriminal xarakterli nüanslar varsa, o zaman hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etmək lazımdır.
Osman Gündüz (İT mütəxəssisi): "Hesab edirəm ki, bununla bağlı məlumatlandırma işləri aparılmalıdır. Saxta profillərin qarşısını almaq üçün ilk növbədə həmin sosial media resursunun rəhbərliyinə məlumat vermək lazımdır. Saxta profili müəyyən etmək üçün, araşdırma aparmaq lazımdır. Onun yaranma tarixinə, paylaşımlarına baxmaq lazımdır.
Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə saxtakarlıq və şantaja əl ataraq bu sahədəki boşluqlardan geninə-boluna yararlananlar az deyil. Bəs saxta profili necə müəyyən etmək olar? Saxta profil açan insanları elektron müşahidə vasitələri və İP adreslə tapmaq mümkündür. Həmçinin saxta profilləri müəyyən etməyin digər yolu onların qondarma adlarla adlandırılmasıdır. Hüquqşünaslar da təsdiqləyirlər ki, belə faktlar kifayət qədərdir. Lakin insanlar buna bir o qədər də ciddi yanaşmadığından polisə, məhkəməyə müraciət edənlərin sayı olduqca azdır.
Təəssüf ki, belə təxribatlara məruz qalanlar arasında tanınmış insanlar da var. Hətta bəzən dünya şöhrətli yazıçıları dırnaqarası dirildənlər də tapılır. Məsələn, Dostoyevski, Cek Londan, Enşteyn sizə dostluq göndərsə heç də təəccüblənməyin. Psixoloqlar bu üsula əl atan insanların addımını onların daxili boşluğu ilə əlaqələndirirlər.
Qanuna edilən son dəyişikliyə görə, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edib, böhtan və təhqir edən şəxslər 1000 manatdan 1500-dək cərimə olunur, eyni zamanda 2 ilədək azadlıqdan məhrum edilir.
XƏBƏR LENTİ
İnternet reklamı barədə proqnoz
3 mərhələdən ibarət dəriyə qulluq
"Admiral" tortu (foto-resept)
"WhatsApp" pullu olacaq
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?
Almaniya yığması London metrosunda
Kəpənək kimi uçur, arı kimi sancırdı
Evdə"şirin" epilyasiya
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Qadın.Netlilərin körpələri-3
Boğaz ağrısı zamanı HƏKİM MƏSLƏHƏTİ - Təbii resept
Türkiyə kuboku: "Beşiktaş"da getdi
Müsəlmanlar üçün xüsusi oyuncaq
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Mehmet Ali Erbil yenidən reanimasiyaya yerləşdirilib
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Prezidentdən mühüm fərman
İnternetdə dolaşan təhlükə
Qabarıq saçlar üçün 2 maska
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
İraq yenə silkələndi
Ləkə
Hər zövqə uyğun ayaqqabılar
Ayaqqabılar
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
Günün qoroskopu: yardımı əsirgəməyəcək
İnsanın evi onun üçün cənnətdir, cənnət də olmalıdır...
Küçə sənəti - 1
"Qara qızıl" yeni həftəyə ucuzlaşma ilə başladı
Dünyanın ən böyük televizoru hazırlanır
Apple bu sistemin istifadəsini dayandırdı
Daşdan yonulan nərd lövhəsi
Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
Valideynlərin ən böyük səhvi...
Apple lobbiçilərin pulunu artırır
28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO
DİN-dən əhaliyə ÇAĞIRIŞ
Yeni dərs ilinin başlaması ilə bağlı AÇIQLAMA - Valideynlərə müraciət
Avropalılar Google-u araşdırırlar
Bağça dekorasiyası üçün yaradıcı fikirlər
Bakıya təcili tibbi yardım helikopterlərinin gətirilməsi təklif edilib
Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub
Manat yenə ucuzlaşacaq?
Defne Samyelinin qızı Serenay Sarıkayaya görə reklamdan imtina etdi
Bakıda zaman durdu - FOTO
Məmurun əlindəki qovluq canlı yayımda rəngini dəyişdi - VİDEO