Quranda camaatın yox olması və fəlakətə düçar olması hansı səbəblərə görə olmuşdur?
Qurani-Kərimdə açıqlanmış ilahi sünnələrdən biri cəmiyyətlərin və millətlərin ölüm və həyat sünnəsidir (adətidir). Din təlimlərində bildirilənlərə əsasən cəmiyyətlərin də adamlar kimi həyat və ölümü vardır. Bu ölüm və həyatın Quranın nəzərinə görə müxtəlif amillərlə bağlılığı vardır. Qurani-Kərim millətlərin yoxa çıxmasını Nuhun qövmündən başladığını bəyan etmişdir: “Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir”. (“İsra” surəsi, 17-ci ayə)
Bu qısa cavabda Quranda işarə olunan bəşəri millətlərin və sivilizasiyaların həlak olmasının ən əsas amillərindən bəzilərini qeyd edirik:
1. İlahi ayələri təkzib etmək: Quranın nəzərində cəmiyyətlərin məhv olma amillərindən biridi: “Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü”. (“Əhqaf” surəsi, 26-cı ayə)
2. Zülm və sitəm: “Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq”. (“Yunis” surəsi, 13-cü ayə)
3. Rəhbərlərin və cah-cəlal içində yaşayanları fəsad törətməsi: “Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. (“İsra” surəsi, 16-cı ayə)
4. Cinayət və günah işlətmək: “Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq”. (“Ənam” surəsi, 6-cı ayə)
5. Təkəbbür etmək və özünü böyük göstərmək: “Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz”. (“Fussilət” surəsi, 15-16-cı ayələr)
6. Həddi aşmaq, israfçılıq etmək: “Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq”. (“Ənbiya” surəsi, 9-cu ayə)
7. Qürrələnmək və məstlik: “Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq”. (“Qasas” surəsi, 58-ci ayə)
Hazırladı: F.A.
XƏBƏR LENTİ
Xoşbəxt cütlüklərin sirri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
HAVA necə olacaq?
Qeyri-adi milyonçular
Bu günün hava proqnozu
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Dollar yenə bahalaşdı
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Blinçik tortu (foto resept)
İdman görmə qabiliyyətini qoruyur
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Rayondan Bakıya gələnlər belə saxlanılır
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
Nəfəs kəsən istilər qayıdacaq?
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Xəzəri Bakıda böləcəklər
İrem Dericidən gözlənilməz etiraf
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
"Hercai"dən yeni Rekord
İŞİD Türkiyəyə müharibə elan etdi
Noutbuk satışları artacaq
Üzdə mimik qırışları təmizləyən maskalar
Bu sezon makiyajda minimalizm dəbi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Finlandiya futbolunda tarixi qərar
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Gəlin buketləri-2
Cəbhə xəttində təxribat
Ürəyi xəstə olanlar, yayda diqqətli olun!
Bu zalım dünyada doğulma...
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib - FOTO
Damla şokoladlı türk paxlavası (foto resept)
Sirli pilləkən
Pensiya xərcləri artıb
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Kişilər aşiq olarsa
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Məşhur serialda azərbaycanlı obrazı olacaq-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Evlilikdə maddiyyat
Göz laynerini asan çəkmə üsulları
- ŞƏRHLƏR