Bunu ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı İqtisadi və Sosial Tədqiqatlar Mərkəzindən (İSTM) bildiriblər. “Rusiyada rublun məzənnəsinin sabitləşməsi fonunda qarşıdan gələn aylarda da sabitləşmə proqnozlaşdırıla bilər”,- deyə məlumatda bildirilir.
Əslində, bunu son yarım ildə yaranmış vəziyyətdə dönüş nöqtəsi saymaq olar. Sirr deyil ki, Rusiyada baş vermiş böhran bu ölkədə işləyən azərbaycanlı əmək miqrantlarının ölkəyə göndərdiyi vəsaitlərə ciddi təsir göstərib.
İSTM-in apardığı tədqiqatlara görə, keçən il Rusiyadan Azərbaycana göndəriləni pul transfertləri təxminən 40 faiz azalıb. “İlkin qiymətləndirmələrə görə, 2013-cü ildə Rusiyadan Azərbaycana 1 milyard dollara yaxın vəsait göndərilmişdisə, 2014-cü ildə bu, təxminən 600 milyona düşüb. Burada söhbət rəsmi gedən pullardan gedir. Qeyri-rəsmi göndərilən vəsaitlərin həcmində də azalma olub. 2014-cü ildə Azərbaycan üçün mənfi meyllərdən biri də bəzi ölkə vətəndaşlarının evlərini sataraq pullarını Rusiyaya aparması olub. 2014-cü il son on il üzrə Rusiyadan göndərilən və Azərbaycandan Rusiyaya aparılan vəsaitlər baxımından ən pis il olub”,- deyə İSTM-dən bildiriblər.
Transfertlərin azalmasında əsas rolu, böhran nəticəsində Rusiyada çalışan soydaşlarımızın xərclərinin artması və rublun qiymətdən düşməsi oynayıb. “Əvvələr ayda 100 min rubl qazanırdıqsa, bunun 50 mini özümüz xərcləyidik və 50 minini evə göndərirdik. Bu,1500 dollar edirdi. İndi 70 minini özümüzə xərcləməli oluruq, evə isə cəmi 30 min rubl göndərə bilirik ki, indiki məzənnə ilə bu, 500 dollardan artıq eləmir. Yəni evə göndərdiyim vəsait təxminən 3 dəfə azalıb”,- deyə Moskvada çalışan ucarlı Aydın ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
Amma heç də Rusiyada çalışan azərbaycanlalıların hamısının bəxti ucarlı Aydın kimi gətirməyib. 2015-ci ilin yanvarında Rusiya Federal Miqrasiya Xidmətinin yaydığı məlumata görə, 2014-cü ildə Rusiyanı təxminən 30 minə yaxın azərbaycanlı miqrant tərk edib. Yəni 30 min Azərbaycan ailəsi Rusiyadan gələn vəsaitlərdən tam məhrum olub. Azərbaycanın Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarında əldə etdiyi vəsaitləri də azalıb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, keçən il Azərbaycandan Rusiyaya ixracat təxminən 400 milyon dollar azalıb. Statistik göstəricilərə görə, 2014-cü ildə Azərbaycandan Rusiyaya ixracın həcmi isə 640,27 milyon dollar təşkil edib. 2013-cü ildə isə bu, 1 milyard 77,84 milyon dollar olmuşdu. Yəni vəziyyət yetərincə pessimist görünür.
Amma iqtisadçı alim Vüqar Bayramov bu fikirdə deyil və onun sözlərinə görə, Azərbaycan MDB üzrə transfertlərdən ən az asılı olan ölkədir. "2014-cü ili nəzərə alsaq, görərik ki, Rusiyadan göndərilən vəsaitlər Azərbaycan ümumi daxili məhsulunun (ÜDM) yalnız 1,3 faizini təşkil edir. Büdcə gəlirlərinin götürdükdə isə Rusiyadan gələn vəsaitlər 3 faizdən artıq deyil. Qonşu Gürcüstanda bu rəqəm 20 faiz, Ermənistanda isə 27 faiz təşkil edir. Orta Asiya respubliklarında isə bu rəqəm 40 faiz ətrafındadır",- deyə iqtisadçı alim ANS PRESS-ə bildirib.
Əslində, Rusiyadan Azərbaycana dönmüş miqrantların sayı da elə yüksək deyil. Rusiya Rusiya Federal Miqrasiya Xidmətinin yaydığı məlumata görə, bu ölkədə 600 minə yaxın azərbaycanlı yaşayır ki, onların 400 minə yaxını artıq Rusiya vətəndaşıdır, evləri və iş yerləri var. Həmin azərbaycanlıların təxminən 120 mini Dağıstan Respublikasının yerli sakinləridir. Rusiyaya əmək miqrantı kimi təxminən 200 minə yaxın azərbaycanlı gedir ki, onların da təxminən 30 mini geri qayıdıb. Rəsmi qeydiyyatda olan əhali sayı Azərbaycanda 3 dəfə az olan Ermənistandan isə Rusiyada 640 mindən çox erməni əmək miqrantı işləyir. Hazırda 100 minə yaxın erməni əmək miqrantının Rusiyaya girişi qadağandır və İrəvan bu məsələni vaxtından tez həll etmək üçün tez-tez Moskvaya nümayəndələr göndərir. Yəni Rusiyada milyonlarla azərbaycanlının çalışması barədə uydurulan əfsanələr reallığa elə də uyğun deyil.
Amma bununla belə, iqtisadçı alim Vüqar Bayramov Rusiyadan gələn vəsaitlərin bəzi spesifik özəlliklərini önə çəkir: «Onlar əsasən regionlara gedirlər və regionlardakı ailələrin sosial vəziyyətinə təsir göstərir. İstehlak və əmlak bazarlarında tələbin formalaşmasına rol oynayırlar. Həmçinin Rusiyaya regionlardan əsasən ixtisası olmayan vətəndaşlar gedir. Onların Rusiyaya getməsi məşğulluq bazarında da müəyyən sabitlik yaradır. Bu baxımdan qayıtmaları arzu olunan deyil"
İqtisadçı alim bu problemi tam həll etmək üçün regionlarda iqtisadi inkişafın təmin edilməsini vacib sayır: «Adətən, iqtisadiyyat böyüdükcə transfertlərdən asılılıq aradan qalxır. Bu asılılığın tam aradan qaldırılması üçün region ailələrinin transfertlər vasitəsi ilə əldə etdiyi vəsaitlərin yerli mənbələr vasitəsi ilə kompensasiya edilməsidir. Bu zaman transfertlərin azalması regiondakı ailələrin sosial vəziyyətinə təsir göstərməyəcək. İndiki halda belə ailələr müəyyən edilərək ünvanlı sosial yardımlar vasitəsi ilə təmin edilməlidirlər».
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bella Kotakdan nağılları xatırladan fotolar
Yalnız qadınların qarşılaşdığı hallar
Koronavirusdan qorunmaq üçün beş TÖVSİYƏ
Dünyada bir ilk
Bayram süfrəsinin bəzədilməsi üçün 10 aksessuar
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bürünc makiyaj
Üz dərisi üçün qidalandırıcı maskalar
Ayaqdakı çatları aradan qaldıran üsul
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Yatarkən bunları geyinməyin!
2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQ
Yeni nazirliklər yaradılır
Südlü türk paxlavası (foto resept)
Ən sürətlə inkişaf edən sosial şəbəkə
Narşərabın faydaları
Tavada sadə börək (foto resept)
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Adamlar adlarına bənzəyirlərmi?
İdeal bədənə sahib olmaq üçün pəhriz
Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək
Bu canlı hər kəsi təəccübləndirəcək
Azərbaycanda peşə məktəblərində yenilik
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
XX əsrin faciəsi: Xocalı soyqırımından 22 il ötür
Bu, vakant yerdən imtina hesab olunacaq - Müəllim olmaq istəyənlərə XƏBƏRDARLIQ
Angela Merkel: "Müsəlmanları əsassız ittiham etmək olmaz"
Xocalı dünyanın ən böyük məscidlərindən birində
Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Sevgiliyə necə sürpriz hazırlamalı?
Uzun paltar geyinməyin yolları
Corc Kluni əkizləri üçün 100 minlik ev tikdirdi-FOTO
Xərçəng riskini artıran amillər
Günün qoroskopu: Pozitiv gündür!
İçi doldurulmuş badımcan(foto resept)
3 günə ağ dişlərə qovuşun
Günəş ləkələrinə qarşı nə etməli?
Unudulmaz günün bəyaz donu
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Avtobusla bölgələrə gedib-gələnlərə şad xəbər
Şokoladlı peçenye (foto resept)
Ölkədə YENİ QADAДћA
Günün ulduz falı - 30.12.2013
MTN "işi" ilə bağlı RƏSMİ AÇIQLAMA - 7 nəfər həbs olundu
Rusiyanın xalq artistləri Bakıya gəlir
Lavandalı limonad (foto resept)
Madonnanın Üzünə Nə Olub?
Minimalist manikür nümunələri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]