Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonun məşhur OXO qalereyasında “Azərbaycan idmanı diqqət mərkəzində” (“Azerbaijan sport in focus”) adlı fotosərgi açılıb.
Sərgi eyniadlı müsabiqədə iştirak edən və qalib gələn fotolardan ibarət olub. Müsabiqə TEAS tərəfindən təşkil edilən ikinci foto müsabiqədir. Müsabiqənin məqsədi “Bakı-2015” Avropa Oyunları ərəfəsində idmanın beynəlmiləlliyini və dəyərini nümayiş etdirmək, professional və həvəskar fotoqraflara öz işlərini sərgiləmək fürsəti yaratmaq olub. Yarışda 10 ölkədən 50 fotoqraf iştirak edib.
Mərasimdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter təmsil etdiyi qurumun fəaliyyəti və keçirilən müsabiqələr haqqında məlumat verib, “Bakı-2015” Avropa Oyunları ərəfəsində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Müsabiqənin qalibi azərbaycanlı fotoqraf Dilavər Nəcəfov Azərbaycanın son illərədəki nailiyyətlərinə toxunaraq ölkə rəhbərliyinin idmana olan xüsusi qayğı və diqqətindən bəhs edib. D.Nəcəfov bu cür müsabiqənin qalibi olmaqdan qürur hissi keçirdiyini ifadə edib, təşkilatçılara minnətdarlığını bildirib
Müsabiqədə üçüncü yerə layiq görülən azərbaycanlı fotoqraf Rüfət Abbas müsabiqədə iştirak etməkdən şad olduğunu deyib, müsabiqənin təşkilinə görə TEAS-a təşəkkürünü bildirib.
Münsiflər heyətinin üzvü Əqdəs Bağırzadə müsabiqədə jüri kimi iştirak etməyin çətinliklərindən danışıb. İştirak edən bütün fotolarda yüksək sənətkarlığın əks olunduğunu vurğulayan Ə.Bağırzadə dəyərləndirmənin və qərar verməyin olduqca çətin olduğunu bildirib. Çıxışının sonunda Ə.Bağırzadə təşkilatçılara təşəkkürünü çatdırıb, iştirak edən fotoqraflara karyeralarında uğurlar arzulayıb.
Münsiflər heyətinin digər üzvü Filip Ratmer müsabiqənin gedişi və dəyərləndirmə prosesi haqqında məlumat verib, Azərbaycanla bağlı müsabiqədə jüri kimi iştirak etməkdən məmnunluğunu ifadə edib.
Tədbir çərçivəsində “Bakı-2015”dən bəhs edən qısa film nümayiş etdirilib.
Daha sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Aydın Oktayoğlunun da fotoları nümayiş etdirilib. Müsabiqədə iştirak edən 3 min fotodan 65 foto seçilərək sərgilənib. A.Oktayoğlunun 4 fotosu sərgilənən fotolar arasında böyük maraq doğurub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Nağıl kimi toy üçün gəlinliklər
Meyvə,tərəvəz və şirniyyat kalori cədvəli
İrem Dericinin Ayrılıq xəbərləri yayıldı-FOTO
Bu gün Su çərşənbəsidir
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
Murat Boz böyük qalmaqala son qoydu
Üz quruluşuna uyğun gözəllik tövsiyələri
BÜRCLƏR bizə nə vəd edir? - 23 APREL
Dünya milyarderlərinin yeni reytinqi açıqlanıb
Bakıda maraqlı və nümunəvi aksiya
Emin parti keçirdi - FOTO
Bir sıra şəxslərə Gənclər üçün Prezident mükafatları verilib
Qışa hazırlıq
Aborta Allah qarşısında heç bir bəraət yox...
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
Qadın.Netlilərin ləhcəsi (4)
Səyahət - Yunanıstan
Dəbli ayaqqabılar
XXI əsrdə bizi qul edən nədir?
WhatsApp hərəkətə keçdi
Milyarderin özəl təyyarəsini görənləri heyrətə gətirir – FOTO
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Sertap Erenerin TƏNQİD olundu-FOTO
Məktəblərdə hicab qadağası ləğv edildi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Moruqlu biskvitli piroq(foto resept)
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
Ördəkli plov (foto resept)
Ledi Qaqanı dəstəkləyənlər arasında o da var-FOTO
Xəstəliyini Facebook vasitəsi ilə xəbər aldı, 4 həftə sonra öldü - FOTO
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Abituriyentlər növbəti sınaqda.
Dərinizi şaxtalı havadan qoruyun
Kəsmikli keks (foto resept)
Dəfnə yarpağının faydaları
Gözaltı problemləri üçün 2 maska
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir
Yeni gəlinlik dəbi - şəffaf, alt paltarsız
İncəbel olmaq üçün
Göbələk yeməyi (foto resept)
Ruhumuzun qidası
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Bakıda partlayıcı qurğu aşkarlanıb
"Coca-Cola"nın "gücü"
İngilis Dili - III Dərs
Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik
IBM yeni laboratoriya yaradır
Dollara görə şok qərar verildi
- ŞƏRHLƏR